Məhkəmə qərarları › İş №2(039)-1774/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1774/2024

01.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1774/2024 01.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas lazında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə Maraqlı şəxs ilə aralarında xx.xx.2015-ci il tarixdi X6 Xidmət mərkəzində bağlanmış 607 saylı nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 və 28 noyabr 2016-cı il təvəllüdlü X1 onun (ərizəçinin) yanında qalmaları qət edilmişdir. Alimentin tutulmasına dair müraciət ilə əlaqədar keçirilən mediasiya prosesində hər ay hər uşaq üçün 200 manat məbləğində aliment ödəməsi barədə Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Lakin Maraqlı şəxs Ağakərm oğlu barışıq sazişinin şərtlərinə əməl etməyərək, alimenti tam məbləğdə ödəmir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X4 və 28 noyabr 2016-cı il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. İşdə olan Yevlax Rayon Məhkəməsinin 2(039)-387/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında 26 dekabr 2015-ci il tarixdə X6 Xidmət məkəzində bağlanmış 607 saylı nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 və 28 noyabr 2016-cı il təvəllüdlü X1 iddiaçı Ərizəçi yanında qalmaları qət edilmişdir. İşdə olan mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs öz üzərinə öhdəlik götürərək Ərizəçi yanında qalan övladları xx.xx.2015-ci il təvəllüdlü X2 və 28 noyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ərizəçi hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Həmin sazişdən görünür ki, alimentin ödənilməsi hər ayın 1-10-dan başlayaraq Ərizəçi kart hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. 10 may 2024-cü il tarixdən başlayaraq Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X2 və 28 noyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar