Məhkəmə qərarları › İş №2(039)-1785/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1785/2022

18.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1785/2022 18.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumibirgə mülkiyyətdə olmuş əmlakın dəyərinin 1/3-nin cavabdehlərdən alınması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən birgə əldə etdikləri əmlaklarının ümumi dəyəri olan 22,740 manat məbləğinin 1/3 hissəsinin 7,580 manatın onlardan alınıb verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə göndərərək uşaqları ilə barışdığını nəzərə alaraq mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iclas zamanı iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişlər. Mülki Prossesual Məcəllə: Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə təqdim etdiyindən, iş üzrə cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.11., 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə əldə etdikləri əmlaklarının ümumi dəyəri olan 22,740 manat məbləğinin 1/3 hissəsinin 7,580 manatın onlardan alınıb verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsimi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar