Məhkəmə qərarları › İş №2(039)-1787/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1787/2022

23.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1787/2022 23.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mərhum oğlu 25 fevral 2015-ci il təvəllüdlü X7 15 noyabr 2019cu il tarixdə vəfat etməsi ilə əlaqədar onun ölümünün qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, mərhum oğlu X9 25 fevral 2015-ci tarixdə doğulmuşdur. 15 noyabr 2019-cu il tarixdə isə vəfat etmişdir. Lakin oğlunun ölüm şəhadətnaməsi müəyyən səbəblərdən alınmamışdır. Hazırda ölüm şəhadətnaməsini başqa formada əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etmişdir Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, oğlu Namiq 2019-cu ilin noyabr ayında qəflətən xəstələnmişdir. Onu həkimə aparsalar da, hər hansı bir diaqnoz qoyulmamışdır. 15 noyabr 2019-cu il tarixdə Namiqin vəziyyəti yenidən pisləşmiş və o, evdə vəfat etmişdir. Hüquqi savadı olmadığından ölümün qeyd edilməsi məqsədi ilə həkim çağırılmamış, qeydiyyatın aparılması üçün müvafiq orqanlara müraciət olunmamışdır. Namiq kənd qəbiristanlığında dəfn edilmişdir. Bundan sonra əri də vəfat etmişdir. Vərəsəlik işinin rəsmiləşdirilməsi üçün oğlu Namiqin ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən qeydiyyat orqanına müraciət etsə də, ona imtina məktubu verilmişdir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. X2 bildirmişdir ki, Ərizəçi onun gəlinidir. X14 qəfil xəstələnərək 15 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. Lakin başları yas mərasiminə qarışdığından nəvəsinə ölüm haqqında şəhadətnaməsinin almamışlar. X3 kənd qəbiristanlığında dəfn edilmişdir. X6 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçi oğlu Namiq Adgözəlov 15 noyabr 2019-cu il tarixdə yaşadığı evdə vəfat etmişdir. Namiq qohumları tərəfindən kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt evə həkim çağırılmamışdır. Yevlax şəhər İcra Hakimiyyətinin Başçısının Səmədabad kənd Ərazi Dairəsi üzrə nümayəndəliyinin tərəfindən verilmiş 346№-li, 18 iyun 2022-ci il tarixli arayışda qeyd olunur ki, Yevlax rayonu Nərimanabad kəndində yaşayan Ərizəçi oğlu xx.xx.2015-ci il təvəllüdlü X9 xx.xx.2019-cu il tarixdə vəfat edib. Yevlax rayon Nərimanabad kənd qəbiristanlığında dəfn edilib. Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubunda qeyd edilir ki, oğlunuzun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra ölüm haqqında şəhadətnamə verilə bilər. Mülki Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.11 qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin oğlu X7 15 noyabr 2019-cu il tarixdə, Yevlax rayonu Səmədəabad kəndində ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 25 fevral 2015-ci il təvəllüdlü X7 15 noyabr 2019-cu il tarixdə, Yevlax rayonu, Səmədabad kəndində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar