Məhkəmə qərarları › İş №2(039)-18/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-18/2020

07.05.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-18/2020 07.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı Məmmədova (Özçelik) Sevinc Nəriman qızının Cavabdeh qarşı miras əmlakların müəyyən edilməsi, cavabdehlə bərabər bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı maraqlı şəxs olaraq X2, İsmayılova (Məmmədova) Nərminə Nərimanq qızını və X1 qeyd etməklə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək atalarının mülkiyyətində və faktiki mülkiyyətində olan miras əmlakların müəyyən edilməsi, əmək hüquqları, icarəyə götürülmüş torpaq sahələrindən hər birinə ayrı-ayrılıqda hansı ölçüdə, həcmdə istifadə edilməsi, becərilməsi, idarə edilməsi hüquqlarının müəyyən edilməsi, ümumilikdə bütün mülklərin, icarəyə götürülənlərin, miras əmlakların cavabdehlə aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar iclasa gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Mülki Prossesual Məcəllə: Maddə 259.0.6. işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflər iclasa gəlmədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.6, 263, 264 və 267-ci maddələrini rəhbər tuturaq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Məmmədova (Özçelik) Sevinc Nəriman qızının Cavabdeh qarşı miras əmlakların müəyyən edilməsi, cavabdehlə bərabər bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsimi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar