Məhkəmə qərarları › İş №2(039)-180/2023

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-180/2023

14.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-180/2023 14.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-də 15 noyabr 2016-cı il tarixli 20168091 qeydiyyat nömrəsi ilə dövlət reyestrində Cavabdeh adına reyestir qiymətinə alınmış, ünvan 1 ünvanda yerləşən 0,0309 ha torpaq sahəsinin 2/3 hissədə onun payını, 1/3 hissədə cavabdehin payının müəyyən edilməsi, o cümlədən ona məxsus olan, iddiada qeyd etdiyi 19 adda zinət əşyalarının: qiyməti 800 manat olan 1 ədəd üzükdən 2 ədəd sırğadan ibarət 583 əyyarlı Rusiya istehsallı, qızıl çəkisi 8 qram olan qızıl komplekt, qiyməti 400 manat olan, İtalyan istehsalılı qızıl çəkisi 4.3 qram olan 1 ədəd qızıl stka formalı üzük, qiyməti 400 manat olan Rusiya istahsallı 583 əyyarlı qızıl çəkisi 3.8 qram olan 1 ədəd iri qaşlı nişan üzüyü, qiyməti 250 manat olan, Rusiya istahsallı 583 əyyarlı qızıl çəkisi 2.4 qram olan nazik 1 ədəd üzük, qiyməti 320 manat olan, Rusiya istehsallı 583 əyyarlı qızıl çəkisi 3.2 qram olan 1 ədəd qızıl üzük, qiymət 150 manat olan, Rusiya istahsallı 583 əyyarlı qızıl çəkisi1.5 qram olan 1 ədəd sırğa, qiyməti 220 manat olan, Rusiya istehsallı 583 əyarlı çəkisi 2.1 qram olan 1 ədəd sırğa, qiyməti 900 manat olan, Rusiya istehsallı 583 əyyarlı qızıl çəkisi 10 qram olan 1 ədəd üzük, 2 ədəd sığradan ibarət komplekt, qiyməti 450 manat olan, Ərəb istehsallı qızıl çəkisi 4.3 qram olan 1 cüt sırğa, qiyməti 150 manat olan, Rusiya istehsallı 583 əyyarlı çəkisi 5 qram olan 1 ədəd klon, qiyməti 250 manat olan Rusiya istehsallı 583 əyyarlı qızıl çəkisi 2.5 qram olan 1 ədəd Firuzə qaşlı üzük, qiyməti 300 manat olan Rusiya istahsallı 583 əyyarlı qızıl çəkisi 3.6 qram olan 1 cüt sırğa dəsti, qiyməti 260 manat olan, Türliyə istehsallı qızıl çəkisi 2.4 qram olan qızıl bilərzik, qiyməti 400 manat olan, Türkiyə istetehsallı qızıl çəkisi 4.2 qram olan 1 ədəd Türk sepi, qiyməti 500 manat olan Rusiya istehsallı 583 əyarlı qızıl çəkisi 7.6 qram olan qızıl sep, qiyməti 250 manat olan Rusiya istehsallı 583 əyyarlı qızıl çəkisi 2.4 qram olan qızıl bilərzik, qiyməti 200 manat Rusiya istehsallı olan 583 əyyarlı qızıl çəkisi 1.4 qram olan qızıl bilərziyin, qiyməti 150 manat olan Rusiya istehsallı olan 583 əyyarlı qızı çəkisi 1.2 qram olan nazik bilərziyin, qiyməti 150 manat olan Rusiya istehsallı olan 583 əyyarlı qızıl çəkisi 1.3 qram olan 1 ədəd üzüyün naturada özümün və yaxut da dəyərinin, o cümlədən ödənilən dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tərləbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, tələbinin torpaq sahəsində payın müəyyən olunması hissəsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, cavabdehlə 2017-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Toy zamanı ona cavabdeh və qohumları tərəfindən qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Hazırda həmin qızıllar cavabdehdədir və qaytarmaqdan imtina edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasi MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, Arzu onun qohumudur. Toyda o da iştirak etmişdir. Toy zamanı və sonrada Arzuya qızıllar hədiyyə olmuşdur. Arzu atası evinə qayıdarkən qızıllar yox idi. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, İddiaçı 85 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2(039)-39/2022 saylı qətnaməsinin surətindən məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında Bərdə Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 30 yanvar 2017-ci il tarixdə bağlanmış nikah pozulması; nikah pozularkən tərəflərin birgə nikahlarından olmuş xx.xx.2016-ci il təvəllüdlü X2, xx.xx.2017ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqları İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 avqust 2021-ci il tarixli 000945 saylı arayışdan məlum olur ki, İddiaçı əmlak tələbi ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, 15 noyabr 2016-cı il tarixli çıxarışının surətindən məlum olur ki, Yevlax şəhəri Dostluq küçəsi 107-də yerləşən 0.0309 ha torpaq sahəsi Cavabdeh məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 noyabr 2016-cı il tarixli AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, Yevlax şəhəri Dostluq küçəsi 107-də yerləşən 0.0309 ha torpaq sahəsini Cavabdeh almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Əmlakın Qiymətləndirirlməsi MMC-nin ƏQ-267/2023 saylı rəyindən məlum olur ki, iddiaçının iddia ərizəsində göstərdiyi sırğa-üzük dəsti 583 əyyarlı Rusiya istehsallı, qızıl çəkisi 8 qram olan 800 manat, qızıl üzük (setka formalı) İtalyan istehsalılı qızıl çəkisi 4.3 qram olan 400 manat, qızıl nişan üzüyü (ortasında iri brilyant qaşlı) Rusiya istahsallı 583 əyyarlı qızıl çəkisi 3.8 qram 400 manat, qızıl üzük (nazik formalı, sadə) Rusiya istahsallı 583 əyyarlı qızıl çəkisi 2.4 qram 250 manat, qızıl üzük (sadə) Rusiya istehsallı 583 əyyarlı qızıl çəkisi 3.2 qram 320 manat, qızıl sırğa (sadə) Rusiya istahsallı 583 əyyarlı qızıl çəkisi 1.5 qram 150 manat, qızıl sırğa (sadə) Rusiya istehsallı 583 əyarlı çəkisi 2.1 qram 220 manat, qızıl sırğa-üzük dəsti Rusiya istehsallı 583 əyyarlı qızıl çəkisi 10 qram 900 manat, qızıl sırğa Ərəb istehsallı qızıl çəkisi 4.3 qram 450 manat, qızıl klon (sadə) Rusiya istehsallı 583 əyyarlı qızıl çəkisi 5 qram 350 manat, qızıl üzük (ortasında iri firuzə qaşlı) Rusiya istehsallı 583 əyyarlı qızıl çəkisi 2.5 qram 250 manat, qızıl sırğa (sadə) Rusiya istahsallı 583 əyyarlı qızıl çəkisi 3.6 qram 300 manat, qızıl qolbağ Türliyə istehsallı qızıl çəkisi 2.4 qram 260 manat, qızıl sep Türkiyə istetehsallı qızıl çəkisi 4.2 qram 400 manat, qızıl sep Rusiya istehsallı 583 əyarlı qızıl çəkisi 7.6 qram 500 manat, qızıl qolbağ Rusiya istehsallı 583 əyyarlı qızıl çəkisi 2.4 qram 250 manat, qızıl qolbağ (sadə) Rusiya istehsallı olan 583 əyyarlı qızıl çəkisi 1.4 qram 200 manat, qızıl qolbağ (sadə, nazik) Rusiya istehsallı olan 583 əyyarlı qızı çəkisi 1.2 qram 150 manat, qızıl üzük Rusiya istehsallı olan 583 əyyarlı qızıl çəkisi 1.3 qram 150 manat dəyərində qiymətləndirlilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, tərəflər nikah qeydindən keçməklə evlənmişlər. Toy zamanı iddiaçıya qızıl-zinət əşyaları hədiyyə etmişdir. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Ayrıldıqları vaxt qızıllar cavabdehdə qalmışdır. İddiaçı qızılların qaytarlmasını cavabdehdən tələb etsə də, cavabdeh qızılları qaytarmaqdan imtina etmişdir. İddiaçı qızıl tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh qiyməti 800 manat olan 1 ədəd üzükdən 2 ədəd sırğadan ibarət 583 əyyarlı Rusiya istehsallı, qızıl çəkisi 8 qram olan qızıl komplekt, qiyməti 400 manat olan, İtalyan istehsalılı qızıl çəkisi 4.3 qram olan 1 ədəd qızıl stka formalı üzük, qiyməti 400 manat olan Rusiya istahsallı 583 əyyarlı qızıl çəkisi 3.8 qram olan 1 ədəd iri qaşlı nişan üzüyü, qiyməti 250 manat olan, Rusiya istahsallı 583 əyyarlı qızıl çəkisi 2.4 qram olan nazik 1 ədəd üzük, qiyməti 320 manat olan, Rusiya istehsallaı 583 əyyarlı qızıl çkisi 3.2 qram olan 1 ədəd qızıl üzük, qiymət 150 manat olan, Rusiya istahsallı 583 əyyarlı qızıl çəkisi 1.5 qram olan 1 ədəd sırğa, qiyməti 220 manat olan, Rusiya istehsallı 583 əyarlı çəkisi 2.1 qram olan 1 ədəd sırğa, qiyməti 900 manat olan, Rusiya istehsallı 583 əyyarlı qızıl çəkisi 10 qram olan 1 ədəd üzük, 2 ədəd sığradan ibarət komplekt, qiyməti 450 manat olan, Ərəb istehsallı qızıl çəkisi 4.3 qram olan 1 cüt sırğa, qiyməti 150 manat olan, Rusiya istehsallı 583 əyyarlı çəkisi 5 qram olan 1 ədəd klon, qiyməti 250 manat olan Rusiya istehsallı 583 əyyarlı qızıl çəkisi 2.5 qram olan 1 ədəd Firuə qaşlı üzük, qiyməti 300 manat olan Rusiya istahsallı 583 əyyarlı qızıl çkisi 3.6 qram olan 1 cüt sırğa dəsti, qiyməti 260 manat olan, Türliyə istehsallı qızıl çəkisi 2.4 qram olan qızıl bilərzik, qiyməti 400 manat olan, Türkiyə istetehsallı qızıl çəkisi 4.2 qram olan 1 ədəd Türk sep, qiyməti 500 manat olan Rusiya istehsallı 583 əyarlı qızıl çkisi 7.6 qram olan qızıl sep, qiyməti 250 manat olan Rusiya istehsallı 583 əyyarlı qızıl çəkisi 2.4 qram olan qızıl bilərzik, qiyməti 200 manat Rusiya istehsallı olan 583 əyyarlı qızıl çəkisi 1.4 qram olan qızıl bilərzik, qiyməti 150 manat olan Rusiya istehsallı olan 583 əyyarlı qızı çəkisi 1.2 qram olan nazik bilərzik, qiyməti 150 manat olan Rusiya istehsallı olan 583 əyyarlı qızıl çəkisi 1.3 qram olan 1 ədəd üzük həmin əmlaklar olmadıqda isə onların dəyəri alınaraq, İddiaçı xeyrinə verilməlidir. Cavabdeh 85 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, işə obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra, əldə edilən sübutlara hüquqi qiymət verərək iddiaçının iddia etdiyi tələblər üzrə nəticəyə gələrkən, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş, bilavasitəlik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh qiyməti 800 manat olan 1 ədəd üzükdən 2 ədəd sırğadan ibarət 583 əyyarlı Rusiya istehsallı, qızıl çəkisi 8 qram olan qızıl komplekt, qiyməti 400 manat olan, İtalyan istehsalılı qızıl çəkisi 4.3 qram olan 1 ədəd qızıl stka formalı üzük, qiyməti 400 manat olan Rusiya istahsallı 583 əyyarlı qızıl çəkisi 3.8 qram olan 1 ədəd iri qaşlı nişan üzüyü, qiyməti 250 manat olan, Rusiya istahsallı 583 əyyarlı qızıl çəkisi 2.4 qram olan nazik 1 ədəd üzük, qiyməti 320 manat olan, Rusiya istehsallaı 583 əyyarlı qızıl çkisi 3.2 qram olan 1 ədəd qızıl üzük, qiymət 150 manat olan, Rusiya istahsallı 583 əyyarlı qızıl çəkisi 1.5 qram olan 1 ədəd sırğa, qiyməti 220 manat olan, Rusiya istehsallı 583 əyarlı çəkisi 2.1 qram olan 1 ədəd sırğa, qiyməti 900 manat olan, Rusiya istehsallı 583 əyyarlı qızıl çəkisi 10 qram olan 1 ədəd üzük, 2 ədəd sığradan ibarət komplekt, qiyməti 450 manat olan, Ərəb istehsallı qızıl çəkisi 4.3 qram olan 1 cüt sırğa, qiyməti 150 manat olan, Rusiya istehsallı 583 əyyarlı çəkisi 5 qram olan 1 ədəd klon, qiyməti 250 manat olan Rusiya istehsallı 583 əyyarlı qızıl çəkisi 2.5 qram olan 1 ədəd Firuə qaşlı üzük, qiyməti 300 manat olan Rusiya istahsallı 583 əyyarlı qızıl çkisi 3.6 qram olan 1 cüt sırğa dəsti, qiyməti 260 manat olan, Türliyə istehsallı qızıl çəkisi 2.4 qram olan qızıl bilərzik, qiyməti 400 manat olan, Türkiyə istetehsallı qızıl çəkisi 4.2 qram olan 1 ədəd Türk sep, qiyməti 500 manat olan Rusiya istehsallı 583 əyarlı qızıl çkisi 7.6 qram olan qızıl sep, qiyməti 250 manat olan Rusiya istehsallı 583 əyyarlı qızıl çəkisi 2.4 qram olan qızıl bilərzik, qiyməti 200 manat Rusiya istehsallı olan 583 əyyarlı qızıl çəkisi 1.4 qram olan qızıl bilərzik, qiyməti 150 manat olan Rusiya istehsallı olan 583 əyyarlı qızı çəkisi 1.2 qram olan nazik bilərzik, qiyməti 150 manat olan Rusiya istehsallı olan 583 əyyarlı qızıl çəkisi 1.3 qram olan 1 ədəd üzük həmin əmlaklar olmadıqda isə onların dəyəri alınaraq, İddiaçı xeyrinə verilsin. Cavabdeh 85 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar