Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1834/2023 03.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, X3 xx.xx.1988-ci il tarixdə Yevlax rayonunda vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəni belə əsaslandırmışdır ki, 1961-ci il təvəllüdlü qardaşı X12 22.11. 1988-ci il tarixdə vəfat etmişdir. Onun ölümü aidiyyəti üzrə Qeydiyyat Şöbəsində qeyd edilməmişdir. Mərhum X1 qəbrstanlığında dəfn edilmiş və onun qəbr daşı vardır. Mərhum X3 ölüm faktının təstiq edilməsini istəyir. Bu faktın təstiqi mərhum valideynlərindən miras qalmış fərdi yaşayış evinə vərəsəlik işinin açılması ilə bağlıdır. Belə ki, mərhum valideynlərinin vərəsələrin dairəsinə mərhum qardaşı Vidadi Məmmədov da daxildir və onun ölüm akt qeydi qeyd edilmədiyindən sağ vərəsə kimi tanınır. X3 xx.xx.1988-ci il tarixdə vəfat etməsi faktını şahidlər də təstiq edə bilərlər. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: X6 bildirmişdir ki, Ərizəçi onun baldızıdır. 1961-ci il təvəllüdlü qayını X12 xəstə olmuş və 22 noyabr 1988-ci il tarixdə Yevlax rayonu Nərimanabad kəndində yerləşən evlərində vəfat etmişdir. Özü şəxsən onun yas mərasimində iştirak etmişdir. X9 bildirmişdir ki, Ərizəçi onun qohumudur, həmkəndlidirlər. Onun qardaşı Vidadi Məmmədov 1961-ci ildə doğulmuş və anadangəlmə xəstə olmuşdur. Vidadi Məmmədov 22 noyabr 1988-ci tarixdə vəfat etmişdir. Onun yas və dəfn mərasimlərində şəxsən iştirak etmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubda qeyd edilir ki, X5na ölüm haqqında şəhadətnamə, mərhumun ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. AЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi 04 iyun 1955-ci il tarixdə Yevlax şəhərində doğulmuş, ata qrafasında X11, ana qrafasında X13 qeyd olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli arayışda qeyd olunur ki, X12 22 fevral 1961-ci il tarixdə Yevlax şəhərində doğulmuş, ata qrafasında X11, ana qrafasında X13 qeyd olunmuşdur. İİ-ЖГ 342650 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 ilə X18 31 dekabr 1979-cu il tarixdə nikaha daxil olmuşlar. Hüquqi məsələlər: Mülki-Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.11 qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin qardaşı, 22 fevral 1961-ci il təvəllüdlü X8 22 noyabr 1988-ci il tarixdə ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə miras qalmış əmlaka vərəsəlik işi açılması ilə bağlı gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 22 fevral 1961-ci il tarixdə Yevlax şəhərində doğulmuş X8 22 noyabr 1988-ci il tarixdə Yevlax rayonu Nərimanabad kəndində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1834/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1834/2023
03.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver