Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1845/2024 04.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X2 31 yanvar 1996-cı il tarixdə Yevlax şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında göstərmişdir ki, atası X7 31 yanvar 1996-cı il tarixdə Yevlax şəhərində yaşadıqları binanın həyətində vəfat etmiş və Yevlax rayonunun Yuxarı Qarxun kənd qəbirstanlığında dəfn edilmişdir. Atasının ölümündən sonra ölüm haqqında şəhadətnamənin alınması barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etmədiklərindən atasının ölümü barədə akt qeydi aparılmamışdır. Ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi mərhum anasından miras qalmış əmlaka qanun üzrə vərəsə tanınması üçün lazımdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi 1984-cü ildən, yəni qonşu olduqları vaxtdan tanıyır. Ərizəçinin mərhum atası Sərdar Hümbətovu da tanımış və eyni binada yaşamışlar. Ərizəçinin atası Sərdar Hümbətov yaşadıqları binanın həyətində vəfat etmiş, onun ölümünün şahidi olmuşdur. X8 yas mərasimində qonşu olaraq iştirak etmiş, hansı onun hansı tarixdə vəfat etdiyini dəqiq xatırlamır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçini uzun müddətdir ki, tanıyır və onunla 1989-cu ildən qonşu olmuşlar. Ərizəçinin mərhum atası Sərdar Hümbətovla da qonşu olmuşlar və Sərdar Hümbətov 1996-cı ilin yanvar ayında onun yanında ölmüşdür. X8 yas mərasimində qonşu olaraq iştirak etmişdir. İşdə olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X5 07 dekabr 1966-cı ildə nikahlarını bağlamışlar və arvada Hümbətova soyadı verilmişdir. İşdə olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1980-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1963-cü ildə doğulmuşdur, atası X7, anası X3r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 29 sentyabr 2014-cü ildə ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi «Yevlax rayon Mərkəzi Xəstəxanası» X17 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1936-cı il təvəllüdlü X2 xx.xx.1996-cı il tarixdi Yevlax rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. İşdə olan Yevlax şəhər 2 saylı MTİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 226 saylı arayışdan görünür ki, X7 31 yanvar 1996-cı ildə vəfat etmiş və ölən günədək ünvan 1 ünvanda yaşamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin atası X7 31 yanvar 1996-cı il tarixdə Yevlax şəhərində yaşadıqları binanın həyətində vəfat etmiş və Yevlax rayonunun Yuxarı Qarxun kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt onun ölümü ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən ölümün qeydə alınmaı mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə alınmaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə X2 ölümünün qeydə alınması mümkün olmamışdır. Ölüm faktını müəyyən edilməsi ərizəçiyə miras əmlaka qanun üzrə vərəsə tanınmaq üçün lazımdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, X2 31 yanvar 1996-cı il tarixdə Yevlax şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1938-ci ildə doğulmuş X2 31 yanvar 1996-cı ildə Yevlax şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1845/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1845/2024
04.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver