Məhkəmə qərarları › İş №2(039)-186/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-186/2025

21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-186/2025 21.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladları 24 avqust 1987-ci il təvəllüdlü X5 10 sentyabr 1996-cı ildə və 09 fevral 1990-cı il təvəllüdlü X6 12 aprel 1998-ci ildə Ağdaş rayonunun Ağcaqovaq kəndində vəfat etmələri faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Marqlı şəxs Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, X9 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və birgə nikahlarından dörd uşağı doğulmuşdur. Övladlarından 24 avqust 1987-ci il təvəllüdlü X10 10 sentyabr 1996-cı ildə, 09 fevral 1990-cı il təvəllüdlü X11 isə 12 aprel 1998-ci ildə Ağdaş rayonunun Ağcaqovaq kəndində xəstəlik səbəbindən ölmüşlər. Hər iki uşağı Ağdaş rayonunun Ağcaqovaq kəndində yerləşən qəbirstanlıqda dəfn etmişdirlər. Uşaqların ölümündən sonra ölüm haqqında şəhadətnamənin alınması barədə müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən uşaqların ölümü barədə akt qeydi aparılmamışdır. Ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müracət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsinə dir qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və birgə nikahlarından dörd uşaqları doğulmuşdur. Övladlarından 24 avqust 1987-ci il təvəllüdlü X10 10 sentyabr 1996-cı ildə, 09 fevral 1990-cı il təvəllüdlü X11 isə 12 aprel 1998-ci ildə Ağdaş rayonunun Ağcaqovaq kəndində xəstəlik səbəbindən ölmüşlər. Hər iki uşağı Ağdaş rayonunun Ağcaqovaq kəndində yerləşən qəbirstanlıqda dəfn etmişdirlər. Uşaqların ölümündən sonra ölüm haqqında şəhadətnamənin alınması barədə müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən uşaqların ölümü barədə akt qeydi aparılmamışdır. Ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Maraqlı şəxsnə müraciətedilmiş, lakin ölümü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müracət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi izahatında göstərmişdir ki, ərizəçini uzun müddətdir ki, tanıyır və onunla birlikdə işləmişlər. Ərizəçinin dörd uşağı doğulmuş, həmin uşaqlardan X10 1996-cı ilin sentyabr ayında, X11 isə 1998-ci ildə Ağdaş rayonunun Ağcaqovaq kəndində xəstəlik səbəbindən ölmüşlər. Hər iki uşaq Ağdaş rayonunun Ağcaqovaq kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında göstərmişdir ki, ərizəçi bacısıdır. Ərizəçi X9 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və onların dörd uşağı doğulmuşdür. Həmin uşaqlardan 24 avqust 1987-ci il təvəllüdlü X10 10 sentyabr 1996-cı ildə, 09 fevral 1990-cı il təvəllüdlü X11 isə 12 aprel 1998-ci ildə Ağdaş rayonunun Ağcaqovaq kəndində xəstəlik səbəbindən ölmüşlər. Hər iki uşaq Ağdaş rayonunun Ağcaqovaq kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İşdə olan Ağdaş rayon Eymur kənd XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1987-ci tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 24 avqust 1987-ci ildə doğulmuşdur, atası X12, anası X2r. İşdə olan Ağdaş rayon Eymur kənd soveti tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 09 fevral 1990-cı ildə doğulmuşdur, atası X12, anası X2r. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X5 və X6 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi «Yevlax rayon Mərkəzi Xəstəxanası» X19 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X5 və X6 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İşdə olan Ağdaş rayon Eymur kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X10 və xx.xx.1990cı il təvəllüdlü X11 vəfat etmişlər və Ağdaş rayonunun Ağcaqovaq kəndində dəfn edilmişdirlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin övladları xx.xx.1987ci il təvəllüdlü X10 10 sentyabr 1996-cı il tarixdə, xx.xx.1990-cı il təvəllüdlü X11 isə 12 aprel 1998-ci il tarixdə xəstəlik səbəbindən Ağdaş rayonunun Ağcaqovaq kəndində vəfat etmişlər və Ağdaş rayonunun Ağcaqovaq kəndində dəfn edilmişlər. Həmin vaxt uşaqların ölümü ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən ölümün qeydə alınmaı mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ərzəçiyə mərhum övladlarına ölüm haqqında şəhadətnamə almaq üçün zəruridir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24 avqust 1987-ci il təvəllüdlü X5 10 sentyabr 1996-cı ildə və 09 fevral 1990-cı il təvəllüdlü X6 12 aprel 1998-ci ildə Ağdaş rayonunun Ağcaqovaq kəndində xəstəlik səbəbindən vəfat etmələri faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar