Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1878/2022 19.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1964-cü il tarixdə anadan olmuş mərhum bacısı X3 xx.xx.1964-cü il tarixdə Yevlax rayonunda vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, onun mərhum bacısı X4 xx.xx.1964-cü il tarixdə dünyaya gəlmiş, ağır xəstə olaraq doğulduğundan çəkdiyi xəstəlik səbəbindən xx.xx.1964cü il tarixdə dünyasını dəyişmişdir. Hazırda mərhum bacısı Mənsurə Mustafayevanın adına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs2nə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs2 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs2 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1709 №li məktubda X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. xx.xx.2022-ci il tarixli Doğum akt qeydindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X3 atası X6, anası isə X2r. Mingəçevir şəhər 8 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 475 №-li arayışdan görünür ki, Ərizəçi həqiqətən Mingəçevir şəhəri Nizami küçəsi ev 6, mənzil 11-da yaşayır. Nərgiz Bayramova, Məzahir Hüseynov və Gülsüm Rüstəmova tərəfindən tərtib edilmiş aktdan görünür ki, X6 ilə X1 birgə nikahdan doğulmuş xx.xx.1964-cü il təvəllüdlü qız cinsinə mənsub övladları dünyaya gəlmiş, ona Mənsurə adlı verilmiş, ancaq 20 gündən sonra vəfat etmişdir. Salahlı kənd qəbristanlığında dəfn olunmuşdur. Məzar yeri məlumdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində ərizəçinin həmkəndlisi və əmisi qızı olduğunu, ərizəçinin bacısı X3 xx.xx.1964-cü ildə öldüyünü və Yevlax rayonunda yerləşən Salahlı kənd qəbristanlığında dəfn olduğunu bildirmiş və müvafiq fotoşəkilləri təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, xx.xx.1964-cü ildə Yevlax şəhərində doğulmuş X4 xx.xx.1964-cü il tarixdə Yevlax rayonunda, ölmüşdür. Ərizəçi bacısının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü ildə doğulmuş X3 xx.xx.1964-cü il tarixdə Yevlax rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1878/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1878/2022
19.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver