Məhkəmə qərarları › İş №2(039)-1884/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1884/2020

28.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1884/2020 28.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qeyd etməklə, şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X1 xx.xx.2020-ci il tarixdə Yevlax rayonu Xanabad kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, X4 onun həyat yoldaşı olmuşdur. X4 1943-cü il tarixdə Yevlax rayonu Xanabad kəndində anadan olmuş, xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evin həyətindəki çardaqdan özünü sintetik təsərrüfat ipi ilə asaraq, intihar edərək vəfat etmiş və Xanabad kənd qəbirstanlığında dəfn edilmişdir. Mərhum həyat yoldaşının ölüm faktı qeydiyyat orqanında qeyd edilməmişdir. Mərhum həyat yoldaşı pensiya alırdı və onun ölməsi haqqında sənəd dövlət sosial müdafiə fondu tərəfindən tələb olunur. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli, 1423 №li məktubda X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. İş materiallarında olan AZE seriyalı 01680698 №li şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx xxxx 1943-cü il tarixdə Azərbaycan Respublikası Yevlax rayonu Xanabad kəndində anadan olmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X1 özünü öldürmə həddinə çatdırılması, qəsdən və ya ehtiyatsızlıqdan öldürülməsi faktı təsdiq olunmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan xx xxxxxx 1967-ci il tarixdə verilmiş AЗ 057302 №li nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə X6 arasında bağlanmış nikah 1967-ci ilin yanvar ayının 19-cu günündə akt qeydləri kitabında 2 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Namazov, arvada isə Namazova soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X3 ifadələrində ərizəçinin oğlu və qohumu-qudası olduqlarını, X1 xx xxxx 2020-ci ildə Yevlax rayonu Xanabad kəndində özünü asaraq öldürdüyünü və Xanabad kənd qəbirstanlığında dəfn olunduğunu bildirdilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, xx xxxx 1943cüildə Yevlax rayonu Xanabad kəndində doğulmuş X4 xx xxxx 2020-ci il tarixdə Yevlax rayonu Xanabad kəndində ölmüşdür. Ərizəçiərinin ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxx 1943-cü ildə Yevlax rayonu Xanabad kəndində doğulmuş X1 xx xxxx 2020-ci il tarixində Yevlax rayonu Xanabad kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar