Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1885/2025 03.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, məhkəmə iclas katibi Quliyeva Ülkər Fikrət qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin təsdiq edilməsi tələbi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi Maraqlı şəxs qarşı tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, Maraqlı şəxs ilə onun arasında olan nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-677/2024 nömrəli qətnaməsinə əsasən pozulmuş, həmin qətnamə ilə birgə nikahdan olan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 anaları Maraqlı şəxs himayəsində saxlanılması qət edilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Mediasiya Təşkilatında bir sıra məsələlərə dair (birgə nikahdan olan uşaqları ilə görüş və ünsiyyətə dair) onların aralarında barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 onunla hər həftənin şənbə və bazar günləri (gecələmək şərti ilə), bayram günləri, xüsusi günlərdə (ad günlərində) bərabər şəkildə bölünməklə görüşü və ünsiyyəti ilə bağlı razılığa gəlmişlər. Hazırda Maraqlı şəxs barışıq sazişini icra etməkdən boyun qaçırır. Buna görə də qeyd edilən barışıq sazişinin icraya yönəldilməsində zərurət yaranmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəməyə xx.xx.2025-ci il tarixdə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, işdə olan Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişindən görünür ki, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 ataları Ərizəçi ilə hər həftənin şənbə və bazar günləri (gecələmək şərti ilə), bayram günləri, xüsusi günlərdə (ad günlərində) bərabər şəkildə bölünməklə görüşü və ünsiyyəti dair razılıq əldə olunmuşdur. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)- 677/2024 nömrəli qətnamənin surətindən görünür ki, Ərizəçi və Maraqlı şəxs arasında 3 noyabr 2022-ci il tarixdə Yevlax rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından olan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 anaları Maraqlı şəxs himayəsində saxlanılması qət edilmişdir. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.1 və 355-26.1.2ci maddələrinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişi qanuna zidd deyildir və barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqularına toxunmur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Yevlax 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: «Birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 ataları Ərizəçi ilə hər həftənin şənbə və bazar günləri (gecələmək şərti ilə), bayram günləri, xüsusi günlərdə (ad günlərində) bərabər şəkildə bölünməklə görüşü və ünsiyyəti ilə bağlı tərəflər arasında razılıq əldə olunmuşdur».. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №2(039)-1885/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1885/2025
03.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver