Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1886/2023 28.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçılar İddiaçı2, X11, İddiaçı1 nümayəndəsi Nümayəndə və vəkili Vəkil Cavabdeh Maraqlı şəxs X10 nümayəndəsi X7 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X11 Cavabdeh və maraqlı şəxs X12 qarşı «yaşayış sahəsindən çıxarılma, əmlakın mülkiyyətçilərin sahibliyinə verilməsi və yaşayış sahəsinə köçürülmə» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X16 Cavabdeh və maraqlı şəxs X12 qarşı «yaşayış sahəsindən çıxarılma, əmlakın mülkiyyətçilərin sahibliyinə verilməsi və yaşayış sahəsinə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə 12 aprel 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyesrindən çıxarış əsasında iddiaçıların birgə mülkiyyətində olan Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 0.27 ha torpaq sahənindən və 63.90 kv.m fərdi yaşayış evindən çıxarılması; iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X11 mülkiyyətlərində olan Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 63.90 kv.m fərdi yaşayış evinə köçürülməsi; həmin torpaq sahəsinin və fərdi yaşayış evinin iddiaçıların istifadə və sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. X15 iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, mübahisəli ev onların birgə mülkiyyətindədir. Cavabdeh atasının evi var. Onların evində qanunsuz olaraq yaşayır. O mülkiyyətində olan evə gedə bilmir. İddiaçı2 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı X16 məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, Cavabdeh onların evində qanunsuz olaraq yaşayır. O mülkiyyətində olan evə gedə bilmir. Orada qanunsuz narkotik bitkilər əkir. Bununla bağlı məhkum olunmuşdur. Onların evinə köçməsinə razılıq vermişlər. Hazırda da onun həmin evdən çıxarılmasını istəyirlər. Cavabdeh qanuna zidd hərəkətləri ilə onları nüfuzdan salır. İddiaçı X16 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 0.27 ha torpaq sahəsi və 63.9 kv.m fərdi yaşayış evi iddiaçıların birgə mülkiyyətindədir. Cavabdeh qanunsuz olaraq həmin evdə yaşayır. İddiaçılar öz mülkiyyətlərindən istifadə edə bilmirlər. İddiaçı1 nümayəndəsi Nümayəndə məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 0.27 ha torpaq sahəsi və 63.9 kv.m fərdi yaşayış evi iddiaçıların birgə mülkiyyətindədir. Həmin evlə bağlı məhkəmə mübahisəsi olub və iddiaçıların hər birinin 5/1 hissədə payları müəyyən olunmuşdur. Cavabdeh həmin ünvanda qanunsuz olaraq narkotik bitki əkməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda onun həmin evdə yaşaması iddiaçıların mülkiyyət hüququnu pozur. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izah etdi ki, 2016-cı ildən həmin evdə yaşayır. Həmin evdə anasının da mülkiyyət hüququ var. Hazırda anası Əfruz Səfərova ilə birlikdə həmin evdə yaşayır. Ev pis gündə idi, xərc çəkib evi təmir etmişdir. İddiaçılar öz paylarından istifadə etməsinə etiraz etmir. Maraqlı şəxs X10 nümayəndəsi X8 izah etdi ki, Əfruz Səfərovanın da həmin evdə payı var. Hazırda da övladı Cavabdehla birlikdə Əfruz Səfərova həmin evdə yaşayır. Cavabdeh həmin evdə X10 razılığı ilə yaşayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlər qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 12 aprel 2023-cü il tarixli ********** saylı çıxarışdan məlum olur ki, Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 0.27 ha torpaq sahəsində və 63.9 kv.m fərdi yaşayış evində İddiaçı1, İddiaçı2, İddiaçı3, X11 və X10 5/1 hissədə payı vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2(107)-649/2022 saylı qətnaməsindən məlum olur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi; Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(039)-1096/2021 saylı qətnaməsi ləğv edilməsi; yeni qətnamə qəbul edilməsi; iddia tələbi təmin edilməsi; «Qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnamə və “********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarış” ləğv edilməsi; X13 Yevlax rayonu, Qoyunbinəsi kəndində 0.27 ha torpaq sahəsi və 63.90 kv.m fərdi yaşayış evindən paylar bərəbər hissədə bölünməklə vərəsələrin hər birinin payı 1/5 hissədə müəyyən edilməsi qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2(102)-5745/2022 saylı qərarından məlum olur ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-649/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli hökmümün surətindən məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilimərək 01 il müddətinə azadlığn məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 iyul 2023-cü il tarixli 04 saylı arayışdan məlum olur ki, Cavabdeh ailəsi ilə birlikdə 2016-cı ildən Yevlax rayonu, Qoyunbinəsi kəndində yaşayır. X8 və X1 yaşamırlar. Beləliklə, məhkəmədə aydın oldu ki, hüquqların dövlər qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 12 aprel 2023-cü il tarixli ********** saylı çıxarışdan məlum olur ki, Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 0.27 ha torpaq sahəsində və 63.9 kv.m fərdi yaşayış evində İddiaçı1, İddiaçı2, İddiaçı3, X11 və X10 5/1 hissədə payı vardır. Həmin evdə hazırda Cavabdeh ailəsi ilə birlikdə yaşayır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X16 Cavabdeh və maraqlı şəxs X12 qarşı «yaşayış sahəsindən çıxarılma, əmlakın mülkiyyətçilərin sahibliyinə verilməsi və yaşayış sahəsinə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə 12 aprel 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyesrindən çıxarış əsasında iddiaçıların birgə mülkiyyətində olan Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 0.27 ha torpaq sahənindən və 63.90 kv.m fərdi yaşayış evindən çıxarılması; iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X11 mülkiyyətlərində olan Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 63.90 kv.m fərdi yaşayış evinə köçürülməsi; həmin torpaq sahəsinin və fərdi yaşayış evinin iddiaçıların istifadə və sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh iddianı qismən qəbul edir. İddiaçıların həmin evə köçürülməsinə etirz etmir. Lakin iddianın evdən çıxarılması hissəsini qəbul etmir. Məhkəmə qeyd edir ki, evin mülkiyyətçilərindən bir olan X15 Cavabdeh anasıdır. Ev və torpaq sahəsi naturada bölünməmişdir. X6 ailə üzvü kimi həmin evdə yaşamaq hüququ vardır. X15 həmin evdə və torpaq sahəsində olan payından istifadə etməsinə razılıq vermişdir. Ona görə də iddia cavabdehin ailə üzvləri ilə birlikdə evdən çıxarılması hissəsi təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçıların evdə payı olduğundan, yəni mülkiyyətçi olduqlarında iddianın iddiaçıların həmin evə köçürülməsi hissəsi təmin edilməlidir. Eyni zamanda iddianın torpaq sahəsinin və fərdi yaşayış evinin iddiaçıların istifadə və sahibliyinə qaytarılması hissəsində məhkəmə qeyd edir ki, iddianın iddiaçıların evə köçürülməsi hissəsi təmin edildiyindən, onlar həmin evə köçərək istifadə və sahiblik etmək imkanları olduğundan iddia bu hissəsində təmin edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 12 aprel 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyesrindən çıxarış əsasında iddiaçıların birgə mülkiyyətində olan Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 63.90 kv.m fərdi yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. 12 aprel 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyesrindən çıxarış əsasında iddiaçıların birgə mülkiyyətində olan Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 63.90 kv.m fərdi yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X3. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1886/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1886/2023
28.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver