Məhkəmə qərarları › İş №2(039)-189/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-189/2020

16.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-189/2020 16.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və vəkilləri X2 iştirakı ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «ümumi birgə mülkiyyətdə olan əmlakın bölünməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «ümumi birgə mülkiyyətdə olan əmlakın bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı xx.xx.2016-cı qeydiyyat tarixli **********08 reyestr nömrəli ******* saylı çıxarış əsasında Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən kənd təsərrüfat təyinatı üzrə nəzərdə tutulan ümumi birgə mülkiyyətdə olan 4.1846 ha torpaq sahəsinin mülkiyyətçilər İddiaçı, X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında bölünməsinə, həmin bölgü üzrə onun torpaq sahəsi 0.70 ha həddində ayrılmaqla bölünməsi, o cümlədən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı xx.xx.2015-ci il tarixli **********54 reyestr nömrəli, ******* saylı çıxarışa əsasən Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən həyətyanı torpaq sahəsi kimi nəzərdə tutulan 0.24 ha torpaq sahəsinin mülkiyyətçilər İddiaçı, X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında bölünməsinə, həmin bölgü üzrə onun torpaq sahəsinin 0.34 ha həddində ayrılmaqla bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, cavabdehlərlə birgə mülkiyyətlərində olan Daşınmaz Əmlakın Dövlət reysterində RX seryalı 24.06. 2016-cı il tarixli **********08 reyster nömrəli ******* saylı çıxarış əsasında Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən əkin üçün nəzərdə tutulan 4,1846 ha pay torpaq sahəsinin mülkiyyətçilər arasında bölünərək ona düşən hissəsinin verilməsinə və həmin hissənin Daşınmaz Əmlak Dövlət Reysteri Xidmətində qeydiyyata alınmasına, Daşınmaz Əmlakın Dövlət Reysterində RX seryalı xx.xx.2015-ci il tarixli **********54 reyster nömrəli ******* saylı çıxarışa əsasən Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən həyətyanı torpaq sahəsi kimi nəzərdə tutulan 0.24 ha torpaq sahəsinin mülkiyyətçilər arasında bölünərək ona düşən hissəsinin verilməsinə və həmin hissənin Daşınmaz Əmlak Dövlət Reysteri Xidmətində qeydiyyata alınmasına və cavabdehlərlə birgə yaşayan müddəti öz qazancları hesabına alıb saxladıqları iribuynuzlu mal-qaranın bölünərək ona verilməsinə və yaxud natura şəklində qiymətləndirilərək dəyərinin ona düşən hissəsinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, xx.xx.2016-cı il tarixli **********08 reyestr nömrəli ******* saylı çıxarış əsasında verilmiş 4.1846 ha torpaq sahəsində, həmçinin xx.xx.2015-ci il tarixli **********54 reyestr nömrəli ******* saylı çıxarış əsasında verilmiş 0.24 ha torpaq sahəsində onun paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax rayonu, Aşağı Qarxun kəndində onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş həyətyanı və kənd təsərrüfatlı torpaq sahələri var. Lakin həmin torpaq sahəsindən istifadə edə bilmir. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasında iddia tələbini qəbul edərək izah etdi ki, onların birgə mülkiyyəli torpaq sahələri var. Həmin torpaq sahələrinin çıxarışlarıda var. Ramilin həmin torpaqlarda payının müəyyə edilməsinə etiraz etmir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və vəkilləri X5 cavabdeh X1 izahatına oxşar eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsinə etiraz etmədilər. Cavabdehlər Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş 1637 saylı arayışdan məlum olur ki, İddiaçı xx xxxx 1978-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışın surətindən məlum olur ki, X1, Cavabdeh2, Cavabdeh3, İddiaçı, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə paylı 4.1846 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası toprağa mülkiyyət hüququna dair JN-142 (kod 90114028) saylı dövlət aktının surətindən məlum olur ki, Cavabdeh2, Cavabdeh3, İddiaçı, Cavabdeh4, Cavabdeh5 və X1 ümumi birgə paylı 4.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışın surətindən məlum olur ki, X1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və İddiaçı ümumi birgə paylı 0.24 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası toprağa mülkiyyətə verilməsinə dair JN-131F (kod 90114028) saylı dövlət aktının surətindən məlum olur ki, X1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və İddiaçı ümumi birgə paylı 0.24 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli 057 saylı arayışından məlum olur ki, Yevlax rayonu Aşağı Qarxun kəndində yaşayan Cavabdeh2 və ailə üzvlərinin JN-142 saylı Dövlət aktına əsasən birgə mülkiyyətlərində olan 4.18 ha torpaq sahəsinin mülkiyyətçilər naturada özlərinin razılığı ilə öz aralarında böldükləri üçün, mütəxəssisin əraziyə gedib baxış keçirilməsini lazım bilməmişlər. X1 JN-131F nömrəli şəhadətnaməyə əsasən mülkiyyətində olan 0.24 ha həyətyanı torpaq sahəsinin yerləşmə sxemi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar və konfiqurasiya fərqi olduğundan həmin torpaq sahəsinin naturada bölünməsi mümkün deyildir. Beləliklə, məhkəmədə aydın oldu ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən X1, Cavabdeh2, Cavabdeh3, İddiaçı, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə paylı 4.1846 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. HəmçininAzərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən X1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və İddiaçı ümumi birgə paylı 0.24 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı həmin çıxarışlarda onun paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və cavabdehlər iddianı etiraf edirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddiaçı paylı mülkiyyətin mülkiyyətçisi olduğundan və digər mülkiyyətçilərə qarşı öz payının müəyyən edilməsini tələb etmək hüququ olduğundan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən verilmiş torpaq sahəsində 6/1 hissədə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən verilmiş torpaq sahəsində 7/1 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci mad. əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən verilmiş torpaq sahəsində X3, Cavabdeh2, Cavabdeh3, İddiaçı, Cavabdeh4 və Cavabdeh5 kənd təsərrüfatı təyinatı üçün verilmiş 4.1846 hektar ölçüdə torpaq sahəsindən İddiaçı 6/1 hissədə, həmçinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən verilmiş torpaq sahəsində X3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və İddiaçı həyətyanı 0.24 hektar ölçüdə torpaq sahəsindən İddiaçı 7/1 hissədə payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar