Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1900/2025 12.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X13 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə Regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” haqqında ərizəsi üzrə mülki işə 12 avqust 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Bərdə Regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X4 ölüm faktının təsdiqinə dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah et ki, o, ünvan 1 evdə yaşayır. Onun həyat yoldaşı X6 xx.xx.1993-cü ildə anadan olmuş, 07 fevral 2025-ci il tarixində Yevlax rayonu, Aran qəsəbəsində vəfat etmişdir. Ağdam yaronu, Quzanlı kənd qəbiristanlığında dəfn olunmuşdur. X6 ilə o Ərizəçi 19 oktyabr 2019-cu il tarixində ailə qurmuşlar, birgə nikahdan üç övladları olmuşdur. Həyat yoldaşının ölməsi barədə faktın təsdiq olunması onun üçün əhəmiyyətlidir ona görə ki, o, uşaqlarının atası öldüyü üçün sosial yardım almaq üçün vərəsəlik açdırmalıdır. Buna görə də ölüm faktının təsdiqi mütləq lazımdır. Ölüm faktının təsdiqi olmadan ölüm haqqında şəhadətnamə əldə etmək mümkün olmadığı üçün ölüm faktının təsdiqi onun üçün əhəmiyyətlidir. O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmişdir. 10 iyun 2025-ci il tarixli rəsmi məktubla bildirmişlər ki, X4 ölüm haqqında akt qeydi aşkar olunmamışdır, ölüm faktının təsdiqi barədə məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı orqan Bərdə regional “Asan Xidmət” mərkəzi (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş (lər) və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, Ərizəçi onun gəlinidir. Ərizəçinin əri, yəni onun oğlu X6 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, Ərizəçi onun nəvəsidir. Ərizəçinin əri X6 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. O, yas mərasimində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA6590032 saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA6586792 saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA65986791 saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Yevlax Rayon Məhkəməsinə 100.40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbiüstü məzar daşının fotoşəklində görünür ki, X6 07.02 2025-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Şəhər İHB-nın Aran qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 07 fevral 2025-ci il tarixli Arayışda bildirilmişdir ki, 07 fevral 2025-ci il tarixdə X6 vəfat etmiş və Ağdam Quzanlı kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, 5- 9-1/2-1309/2025 saylı Arayışda qeyd olunmuşdur ki, ƏrizəçiTural qızı həqiqətən ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2019-cu il tarixli,AZ- İİ saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmuşlar. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin anası X6 07 fevral 2025-ci il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün ölüm barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X6 07 fevral 2025-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X6 xx.xx.2025-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1900/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1900/2025
12.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver