Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1910/2020 13.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 1968-ci il tarixdə anadan olmuş mərhum qardaşı X3 xx xxxxxxxx 1968-ci il tarixdə , 1937-ci il tarixdə dünyaya gəlmiş mərhum anası X2 xx xxxxxx 1982-ci il tarixdə vəfat etmələri faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, mərhum qardaşım X8 anadan olduğu vaxtan xəstəlik səbəbin ilə çox yaşaya bilməmiş və doğulduğu vaxtan 5 ay sonra , təxminən 1968-ci ilin sentyabr ayında dünyasını dəyişmişdir. Həmçinin mərhum anası X7 x xxxxxx 1982-ci il tarixdə xəstəlik səbəbi ilə dünyasını dəyişmişdir. Mərhum qardaşı X5 və anası X4 ölüm haqqında şəhadətnamə almaq üçün müəyyən olunmuş qaydada və müddətdə müvafiq orqanlara müraciət edə bilməmişlər. Həmçinin mərhum qardaşının qəbir üstü götürülməmiş, torpaq olaraq qalmış, sonradan isə qəbr tədricən yoxa çıxmışdır. Qeyd olunan faktlarla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan “Ölüm haqqında tibbi şəhadətnamə” təqdim edilmədiyindən qeyd olunan faktları yalnız məhkəmə qaydasinda həll oluna biləcəyini və aidiyatı üzrə məhkəməyə müraciət etməsini bildirmişlər. Qeyd olunan faktın məhkəmə qaydasında müəyyən edilməsi ona sosial müdafiə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar lazımdır. Ölüm qeydinin başqa formada bərpası mümkün olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilən fakları məhkəmə iclasında dindiriləcək şahidləri, ərizəyə əlavə etdiyi digər sənədlər də təsdiq edə bilər. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək göstərdi ki, ərizəçinin dayısıdır. Ərizəçinin qardaşı X8 anadan olduğu vaxtan xəstəlik səbəbi ilə çox yaşaya bilməmiş və doğulduğu vaxtan 5 ay sonra xx xxxxxxxx 1968-ci il tarixdə vəfat etmişdir. Həmçinin mərhum anası X7 x xxxxxx 1982-ci il tarixdə xəstəlik səbəbi ilə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin qardaşı X8 anadan olduğu vaxtan xəstəlik səbəbi ilə çox yaşaya bilməmiş və doğulduğu vaxtan 5 ay sonra , təxminən 1968-ci ilin sentyabr ayında dünyasını dəyişmişdir. Həmçinin mərhum anası X7 x xxxxxx 1982-ci il tarixdə xəstəlik səbəbi ilə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin qardaşı X8 anadan olduğu vaxtan xəstəlik səbəbi ilə çox yaşaya bilməmiş və doğulduğu vaxtan 5 ay sonra , təxminən 1968-ci ilin sentyabr ayında dünyasını dəyişmişdir. Həmçinin mərhum anası X7 x xxxxxx 1982-ci il tarixdə xəstəlik səbəbi ilə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş, 1033 və 1033/1 saylı məktublarından məlum olur ki, Ərizəçi X3 və X2 ölümü haqqında şəhadətnamə mərhumun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Mingəçevir ŞPŞ tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş, AZE ******** saylı, şəxsiyyət vəsiqənin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxx 1967-ci ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuş, Mingəçevir şəhəri, Naxçıvan küç., ev. 40-A, m.7 qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Mingəçevir şəhəri MKTK MİS-1İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il traixli, 258 saylı arayışından məlum olur ki, Ərizəçi həqiqətən Mingəçevir şəhəri, Naxçıvan küç., ev. 40-A, m.7 yaşayır. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X8 anadan olduğu vaxtan xəstəlik səbəbi ilə çox yaşaya bilməmiş və xx xxxxxxxx 1968-ci il tarixdə vəfat etmişdir. X1 x xxxxxx 1982-ci il tarixdə xəstəlik səbəbi ilə vəfat etmişdir. Məhkəmə belə hesab edir ki, X3 xx xxxxxxxx 1968-ci il və X7 x xxxxxx 1982-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X3 xx xxxxxxxx 1968-ci il və X2 xx xxxxxx 1982-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1910/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1910/2020
13.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver