Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-193/2024 30.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə , Ərizəçi, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxsn qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək qardaşı X1 16 aprel 2018-ci ildə Yevlax şəhərində vəfat etməsi faktının (ölüm faktının) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizə təqdim edərək ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Məhkəmə hesab edir ki, ərizəçi ərizəsinin qaytarılması barədə ərizə təqdim etdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi qardaşı X1 16 aprel 2018-ci ildə Yevlax şəhərində vəfat etməsi faktının (ölüm faktının) müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əli
Məhkəmə qərarları › İş №2(039)-193/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-193/2024
30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver