Məhkəmə qərarları › İş №2(039)-1943/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1943/2022

28.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1943/2022 28.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Ərizəçi X1 Maraqlı şəxsnə qarşı şəxslərin vəfat etməsi faktının müəyyən edilməsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X2 Maraqlı şəxsnə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum övladları Nofəl Məmmədovun 13 may 1985-ci ildə və Nurlan Məmmədovun 12 dekabr 1994-cü ildə Ağdaş rayonu, Cardam kəndində vəfat etmələri faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən təqdim olunmuş 07 sentyabr 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 283182 №li ölüm haqqında şəhadətnamədən müəyyən olunmuşdur ki, iş üzrə ərizəçi X2 06 avqust 2022-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 09-cu ayının 06-cı günündə 552 № ilə qeyd edilmişdir. Ərizəçinin Maraqlı şəxsnə qarşı irəli sürdüyü iddia tələbini özündə əks etdirən iddia ərizəsi Məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. İddia ərizəsi əsasında hazırki mülki işin icraatı başlanmışdır. İşin məhkəmədə mahiyyəti üzrə baxılması zamanı isə müəyyən edilmişdir ki, ərizəçi xx.xx.2022-ci il tarixdə, yəni ərizəçi hazırki iddia ilə Məhkəməyə müraciət etməmişdən əvvəl ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən müzakirə edilən məsələyə yanaşdıqda müəyyən edilir ki, iddia ərizəsi məhkəməyə daxil olan zaman ərizəçi X2 artıq öldüyündən o, hazırki iş üzrə tərəf olmamış və iş üzrə tərəf olmadığı üçün tərəf kimi sıradan çıxmamışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizəçi X1 Maraqlı şəxsnə qarşı şəxslərin vəfat etməsi faktının müəyyən edilməsinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar