Məhkəmə qərarları › İş №2(039)-1960/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1960/2020

20.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1960/2020 20.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə qarşı «şəxsin ölüm faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə qarşı «şəxsin ölüm faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu xx xxxxx 1993-cü il tarixdə anadan olmuş X4 xx xxxx 2020-ci il tarixdə ölməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, X7 onun oğlu olmuşdur. X7 xx xxxx 2020ci il tarixdə özünü asaraq intihar etmişdir, vəfat etdiyi günədək Yevlax şəhəri, Ə. Sıxlinski küçəsi 65 saylı evdə yaşamışdır. X1 ölümü qeydiyyat orqanında qeyd edilməmişdir. Bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməyini bildirmişlər. Mərhum oğlum X4 xx xxxx 2020-ci il tarixdə vəfat etməsini şahidlər də təsdiq edə bilər. Ona görə də ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşam. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, ərizəçi onun uzun illərdir ki, qonşusudur. Ərizəçinin oğlu X7 xx xxxx 2020-ci ildə özünü asaraq intihar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, ərizəçi onun uzun illərdir ki, qonşusudur. Ərizəçinin oğlu X7 xx xxxx 2020-ci ildə özünü asaraq intihar etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş, 1556 saylı məktubundan məlum olur ki, Ərizəçi, X4 ölümü haqqında şəhadətnamə mərhumun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, SƏYYAR ASAN9 tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş, AZE ******** saylı, şəxsiyyət vəsiqənin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxxxx 1964-ci ildə Yevlax şəhərində anadan olmuş, Yevlax şəh., Q.Quliyev küç., ev.2, m. 26 qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il traixli, 3958 saylı arayışından məlum olur ki, X7 vəfat etdiyi günədək, yəni xx xxxx 2020-ci il tarixədək Yevlax şəhəri, Ə.Şıxlinski küçəsi 65 sayli evdə yaşamışdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X7 xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə belə hesab edir ki, X4 xx xxxx 2020-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X4 xx xxxx 2020-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar