Məhkəmə qərarları › İş №2(039)-2002/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2002/2023

28.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2002/2023 28.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi X2, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi X2 barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Pərişan Quliyeva, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəsini belə əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2015-ci il tarixdə nikahlarını rəsmiləşdirirək ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016cı il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. Əvvəllər ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra xasiyyəti uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Ər-arvad kimi yaşamaları mümkün deyildir. Xeyli müddətdir ki, ayrı yaşayırlar. Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixli nikahları pozulmuş, birgə nikahahdan doğulan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı iki uşaqları onun himayəsində saxlanılmış və iki övladının yetkinlik yaşına çatan kimi saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Maraqlı şəxs isə uşağın saxlanılması üçün heç bir yardım göstərmir, müvafiq məhkəmə qərarı əsasında qət edilmiş aliment məbləğini bilərəkdən həmişə müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırdı, Maraqlı şəxs ona təklif edir ki, o, aliment işi üzrə Bərdə rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında onun xeyrinə ödənilməli aliment pulundan imtina etsə də, birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı iki övladından atalıq hüququndan mərhum etməklə övladıarından imtina edəcəkdir. xx.xx.2023-cü il tarixdə onun Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iki övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşağ üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment məbləği tutularaq onun xeyrinə ödənilməsindən imtina və ataları Maraqlı şəxs atalıq hüququndan məhrum etməklə mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət etmiş, qarşılıqlı razılıq əsasında hazırki Barışıq sazişini imzalamışlar. Tərəflərin izahatları: Ərizəçi Pərişan Quliyeva məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə baxışı zamanı ərizəni qəbul edərək barışıq sazişinin təsdiq edilməsinə etirazı olmadığını bildirdi. Sübutlar: Mediasiya prosesi nəticəsində X6 və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1. Birinci tərəf bildirdi ki, ikinci tərəf ilə 2013-cü il tarixində el adəti ilə ailə həyatı qurmaqla evlənmiş və evliliyi xx.xx.2015-ci il tarixdə AZ-İİ ******* nömrə ilə rəsmiləşdirərək rəsm nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı iki övladları doğulmuşdur. 2. Sonradan münasibəti pozulduğundan Bərdə rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında aralarında bağlanmış xx.xx.2015-ci il tarixdə AZ-İİ ******* nömrli nikahları pozulmuş və birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı iki övladları onun himayəsində qalmaqla uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment onun xeyrinə ödənilməsi qət edilmişdir. Həmin vaxtdan bu günə qədər ikinci tərəf uşaqları ilə bir ata kimi maraqlanmayaraq demək olar ki övladlarını tanımayır və qətnamə üzrə aliment borcunu müxtəlif bəhanələr gətirərək qəsdən ödəməyir. 3. Birinci tərəf bildirdi ki, ikinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahları pozulduğu gündən övladları ilə bir ata olaraq maraqlanmayır və onlara baxmayır, övladlarının üzünü belə tanımayır, hətta müvafiq məhkəmə qətnaməsi əsasında qət edilmiş aliment məbləğini onun xeyrinə ödəməkdən qəsdən müxtəlif bəhanələr gətirərək ödəməyir. Bərdə rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında olan alimentin ödənilməsi barədə icra sənədi cavabdehin yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. O, məhkəmə qərarı üzrə borclunun onun xeyrinə yığılmış 5000 manat aliment pulunu ödəmədiyinə görə silinməsi barədə icra şöbəsinə ərizə vermiş və bundan sonra da bu günkü dövrə qədər 3600 manat yenidən aliment borcu yığılmışdır və ikinci tərəf yenədə aliment borcunu ödəməyir. İkinci tərəf ona bildirir ki, ondan barəsizdə olan müvafiq məhkəmə qətnaməsi əsasında olan aliment işi üzrə alimentin ödənilməsindən imtina etsəm və o da atalıqdan imtina edəcəkdir. Ona görə də birinci tərəf ikinci tərəfin ata kimi övladlarına baxmadığı, onlara heç bir ata qayğısı göstərmədiyindən və aliment pulunu ikinci tərəfin atalıq hüquqlarından məhrum edilməsini tələb edir. 4. İkinci tərəf mediasiya prosesinə dəvət olundu və birinci tərəfin tələb və təklifi ona bildirildi. 5. İkinci tərəfə izah edildi ki, bugünkü dövrə qədər ikinci tərəf ata kimi övladları ilə maraqlanmamış, onlara heç bir atalıq qayğısı göstərməmiş, həttda birinci tərəfin dediyinə görə övladlarını üzünü görsə belə tanımadığını və barələrində olan müvafiq məhkəmə qərarı üzrə Yevlax rayon İcra və probasiya şöbəsində olan aliment pulunu müxtəlif bəhanələr gətirərək qəsdən ödəməmişdir. Bu səbəbdən birinci tərəf məcburiyyət qarşısında qalıb aliment işi üzrə icra sənədindən imtina etməklə ikinci tərəf ilə aralarında birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X1 atalıq hüququnundan məhrumetmə tələbi qaldığı izah olundu. 6. İkinci tələbi ilə tam şəkildə razı olduğunu bildirdi və birinci tərəf ilə barələrində olan müvafiq məhkəmə qətnaməsi üzrə Yevlax rayon İcra və Probasiya şöbəsində olan aliment işindən birinci tərəf tam şəkildə imtina edirsə, atalıq hüququndan imtina etməsinə razı olduğunu bildirdi. 7. Birinci tərəf ikinci tərəf ilə qarşlıqlı razılıq əsasında Bərdə rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında Yevlax rayon İcra və probasiya şöbəsində olan aliment üzrə icra işinin icrasına xitam verilməsini, ikinci tərəf isə övladları ilə maraqlanmadığı və onlara kəsilmiş aliment məbləğini qəsdən ödəmədiyi səbəbindən atalıq hüququndan məhrum edilməsinə etiraz olmadığını bildirdi. 8. Tərəflərə barışıq sazişinin şərtləri izah olundu və tərəflər qarşlıqlı razılıq əsasında heç bir təsir olmadan barışıq sazişinə imza etdilər. Hüquqi məsələlər: Ailə Məcəlləsi: Maddə 64.0. Valideynlər (onlardan biri) valideynlik hüquqlarından öz valideynlik vəzifələrini yerinə yetirmədikdə (64.0.1), alimenti qəsdən ödəmədikdə (64.0.2) məhrum edilə bilərlər. Mülki Prosessual Məcəllə: Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Maddə 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmənin hüquqi mövqeyi: Tərəflərin arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmur və bu səbəbdən barışıq sazişi təsdiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflərin bu məzmunda bağladığı barışıq sazişi məhkəmə mübahisələrində olduğu kimi tərəflərin iş üzrə iddianın etirafına bərabər tutulmalı, habelə tərəflərin öz hüququları ilə bağlı azad iradə ifadəsi hesab olunmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 355-25.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X6 ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi təsdiq edilsin.

1. Bərdə rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında Yevlax rayon İcra və probasiya şöbəsində olan aliment üzrə icra işinin icrasına xitam verilsin.

2. Maraqlı şəxs övladları ilə maraqlanmadığı və onlara müəyyən edilmiş aliment məbləğini qəsdən ödəməməsi səbəbindən valideynlik hüquqlarından məhrum edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Kamil Əliyev:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar