Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2007/2023 06.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X13 Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus zinət əşyaları 1300 manat dəyərində olan 11 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd bilərzik, 900 manat dəyərində olan 7 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzük, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzük, 1000 manat dəyərində olan 8 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd sırğa, 6000 manat dəyərində olan 50 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd mafios sep, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı üzərində klon olan 1 ədəd boyunbağı, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı üzərində klon olan 1 ədəd boyunbağı, 400 manat dəyərində olan 4 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzük, 2000 manat dəyərində olan 17 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı komplekt dəst, 700 manat dəyərində olan 7 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd qolbaq, 3000 manat dəyərində olan 25 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd mafios qolbaq, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzüyün naturada özünün yaxudda dəyərinin, o cümlədən 145 manat dövlət rüsumunun, həmçinin qiymətləndirmə ilə bağlı ödədiyi 100 manat məbləğin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh tanıyaraq, etibar edərək 2022-ci ildə ona zinət əşyalarını 3 ay ərzində qaytarmaq şərti ilə vermişdir. Cavabdeh onu inandıraraq etibarından sui-istifadə edərək onu aldatmış, zinət əşyarını alandan sonra banka qoyaraq pul götürmüşdür. Həmin zinət əşyaları 1300 manat dəyərində olan 11 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd bilərzik, 900 manat dəyərində olan 7 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzük, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzük, 1000 manat dəyərində olan 8 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd sırğa, 6000 manat dəyərində olan 50 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd mafios sep, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı üzərində klon olan 1 ədəd boyunbağı, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı üzərində klon olan 1 ədəd boyunbağı, 400 manat dəyərində olan 4 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzük, 2000 manat dəyərində olan 17 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı komplekt dəst, 700 manat dəyərində olan 7 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd qolbaq, 3000 manat dəyərində olan 25 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd mafios qolbaq, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzükdən ibarətdir. Bu zinət əşyaları cavabdehdə olmaqla mütamadi olaraq ondan bu əşyalarını istəsdə cavabdeh ona çox saylı vədlər verərək əşyalarının verməsini günlərə, aylarla təxirə salaraq bu günə qədər həmin əşyaları ona verməmişdir. Bu zinət əşyaları onun əmlakıdır. Uzun bir müddətdir ki, cavabdeh yalan vədləri ilə onu aldatmaqdadır. Məhkəmə iclasında iddiaçı X13 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, sonradan ona məlum olmuşdur ki, onun cavabdehə verdiyi qızıl əşyaları Ləman Musayeva adlı bir nəfər qadına girov qoyulmuşdur. Bildirir ki, cavabdehlə aralarında baş tutmuş WhatsApp yazışmaları və danışıqlarında da cavabdeh qızılları götürdüyünü qaytaracağını dəfələrlə bildirmişdir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Fərhad Məmmədov iddiaçı ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, guya ki, ona etibar edərək 2022-ci ildə 3 ay ərzində qaytarmaq şərti ilə 12 adda qızıl zinət əşyasını ona vermişdir. O, heç vaxt İddiaçı pul və ya qızıl zinət əşyası almamış və ümumiyyətlə onların aralarında heç bir əmlak və sair münasibəti olmamışdır. İddiaçı xalası X7 tanıyır, o cümlədən Xatirənin oğlu Elçinlə dostluq münasibəti vardır. İddiaçı hazırda ondan tələb etdiyi qızıl – zinət əşyalarının mülkiyyətçisinin dəqiq kim olması ona məlum deyildir. Lakin iddiaçının xalası Əhmədova Xatirənin ona deməsinə görə, həmin qızıllar Yevlax şəhər sakini X8r. X17 ailəsi ilə dostluq münasibətində olduğu üçün həmişə çalışmış, o cümlədən cəhd etmişdir ki, qızıllar X1ytarılsın. Hazırda Yevlax Rayon Məhkəməsinin icraatında X6 X14 qarşı “əmlak tələbinə dair” olan mülki iş üzrə iddianın predmeti də məhz həmin qızıllardır. Bundan başqa, xüsusi olaraq onu da Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hazırda ondan tələb edilən qızılların Ləman Musayevadan tələb edilməsi ilə bağlı İddiaçı anası Almaz Məmmədova və xalası X21 Musayevanın evinə gedərək onunla dalaşmış və bununla bağlı Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X11 icraatında olan HK -1/1878 nömrəli material olmuşdur. Həmin araşdırma ilə bağlı müəyyən edilmişdir ki, tərəflərin arasında olan mübahisə qızıl – zinət əşyaları ilə bağlıdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ona qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, Cavabdeh mənəvi ziyana görə 1000 (bir min) manat pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd edilən mülki işə baxılan zaman o Azərbaycan Respublikasında olmamışdır. Həmin vaxt Rusiya Federasiyasında idi. Orada olarkən ailəsi tərəfindən ona zəng edilərək Məryəm adlı qadınən onların evinə zəng edərək anasını təhqir edərək söyməsi deyilmişdir. O, Məryəmin əlaqə nömrəsinə zəng edərək, hansı səbəbdən səbəbsiz olaraq anasını təhqir etdiyini soruşduqda, onun bütün sülaləsinə, o cümlədən şəhid qohumu – dayısı oğlu Toğrul Bərxudarova söydükdə o da İddiaçı söymüşdür. Onun söyüşlərinə görə, İddiaçı ona qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia qaldırmışdır. O, Rusiya Federasiyasından qayıtdıqdan sonra, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi barədə məlumat əldə etmiş, lakin həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Çünki, həqiqətən də söyüş söymüşdür. Artıq qanuni qüvvəsini almış Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini etirazına əlavə edərək bildirmək istəyir ki, məhkəmə qətnaməsinin “müəyyən etdi” hissəsində 3-cü abzasda yazılmışdır. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehi xalası vasitəsilə tanımışdır və iş qurmağı üçün cavabdehə borc pul vermişdir. Cavabdeh pulu qaytarmadığı üçün o, pulunu tələb etmiş və bundan sonra cavabdeh ona qarşı telefon vasitəsi ilə ifadə edilməsi çətin olan, dilə gətirə bilməyəcəyi nalayiq ifadələr və söyüşlər işlətmişdir. Hazırkı iddia tələbi Yevlax Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə, İddiaçı iddia ərizəsinin birinci cümləsində yazır. Cavabdehi tanıyaraq, etibar edərək 2022-ci ildə ona zinət əşyaları 3 ay ərzində qaytarmaq şərti ilə vermişdir. 2021-ci ildə artıq onunla düşmən mövqeyində olan bir şəxs – İddiaçı, 2022-ci ildə necə ola bilər ki, ona 12 adda qızıl zinət əşyasını versin. Hərgah illər səhf düşmüş olsa belə, iddiaçı mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia tələbində ona pul verdiyini göstərmişdir, qızıl yox. Beləliklə, bütün yuxarıda qeyd edilənlərə əsaslanaraq bildirir ki, İddiaçı ona qarşı hazırkı iş üzrə iddia tələbi qərəzli xarakter daşıyır. Bundan başqa, iş materiallarına əlavə edilmiş audio səs yazılarına qarşı onu bildirir ki, həmin səs yazılarına qulaq asdıqdan sonra münasibət bildirərəcdir. Eyni zamanda, heç vaxt İddiaçı qızılları onda olmayıbdır ki, onun elə bir etirafı olsun. Lakin İddiaçı qızılları, Xatirə Əhmədovanın deməsinə görə X12 olduğuna görə, o cümlədən ona də öz növbəsində Xatirə Əhmədovaya kömək etmək istədiyindən Xatirə Əhmədovaya köməklik etmək üçün çalışmışdır ki, qızıllar Ləman Musayevadan geriyə qaytarılsın. Yevlax Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxrılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; "xxxx" MMC-nin ƏQ-251/2023 saylı xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 11 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl qolbağı “mafioz” toxunuşlunun dəyəri 750 manat, 7 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl üzük (nişan üzüyü üstü bantik formasında, üzərində brilyant qaşı olan) dəyəri 900 manat, 5 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl üzük (nazik, üstü aliyans formasında bəzədilmiş naxışlı) dəyəri 600 manat, 8 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl qızıl sırqa dəsti (üzərində iri sapfir qaşlı, qıraqları xırda qaşlarla bəzədilmiş) dəyəri 1000 manat, 50 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl qəzəl boyunbağı mafioz toxunuşlu dəyəri 6000 manat, 5 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl qolbağı üzərinə klon ilə birlikdə (halqa toxunuşlu) dəyəri 600 manat, 5 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl qolbağı (nazik uzun) dəyəri 600 manat, 4 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl qızıl üzük (gül formasında, üzərində tək qaş olan, qıraqları xırda qaşlarla bəzədilmiş) dəyəri 400 manat, 17 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl sırqa-üzük dəsti (üzəri brilyamt qaşlarla bəzədilmiş) dəyəri 2000 manat, 7 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl qolbağı (qırıq) dəyəri 700 manat, 25 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl qolbağı mafioz toxunuşlu dəyəri 3000 manat, 5 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl üzük (nişan üzüyü, brilyant qaşlı) dəyəri 600 manat və 5 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl klon (5-lik, qulplu) dəyəri 450 manat, xx.xx.2023-cü il tarixə əşyaların cəmi real bazar qiyməti 18150 manat müəyyən edilir. Yevlax Rayon Məhkəməsinin 2(039)-1614/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh mənəvi ziyana görə 1000 (bir min) manat pul İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçının təqdim etdiyi CD diskdə olan səs yazılarından görünür ki, WhatsApp Audio 2023-06-02 at 19.36.04 saylı səs yazısında Cavabdeh bildirir ki, “Məryəm salam, narahat olma qızıllarını çıxardıb səninlə qurtaracam, bu həftənin 5-ci gününə uzağı gələn həftənin 1-ci gününə”; WhatsApp Audio 2023-06-02 at 19.37.32 saylı səs yazısında Cavabdeh bildirir ki, “Sənin qızılların nə qədər edir pulunu qaytaracam, narahat olma, 3-cü gün rayona getməyinə ehtiyac yoxdu, pul göndərəcəm rayona çıxartsınlar qızıllarını versinlər”; WhatsApp Audio 2023-06-02 at 19.39.57 saylı səs yazısında Cavabdeh bildirir ki, “Pulunu göndərəcəm Xatirə xalaya çıxartsın qızıllarını versin, ya da pulunu özünə verəcəm, 3-cü gün Bakıda olacam pulunu sənə verəcəm özün çıxardarsan qızıllarını”; WhatsApp Audio 2023-06-02 at 19.42.14 saylı səs yazısında Cavabdeh bildirir ki, “2-ci gün yox 3-cü gün söhbət bağlanacaq narahat olma”; WhatsApp Audio 2023-06-02 at 19.36.04 saylı səs yazısında Cavabdeh bildirir ki, “Məryəm salam, narahat olma qızıllarını çıxardıb səninlə qurtaracam, bu həftənin 5-ci gününə uzağı gələn həftənin 1ci gününə”; WhatsApp Audio 2023-06-02 at 19.42.15 saylı səs yazısında Cavabdeh bildirir ki, “Məryəm mənim atamda anamda namaz qılır, narahat olma sənin özünə çatacaq, mən danmıram götürmüşəm verecəm pulunu, qızılını”; WhatsApp Audio 2023-06-02 at 19.50.37 saylı səs yazısında Cavabdeh bildirir ki, “Məryəm narahat olma qızılların satılmıyacaq, məndən narahat olma əvəzini çıxaram məndən narahat olma”; WhatsApp Audio 2023-06-02 at 19.51.16 saylı səs yazısında Cavabdeh bildirir ki, “yox gəlib həll edirəm, gələn kimi qızıllarını çıxardıram narahat olma”; WhatsApp Audio 2023-06-02 at 19.54.50 saylı səs yazısında Cavabdeh bildirir ki, “Bizdə qırğın davadı, nəyimiz var nəyimiz yoxdu Məryəmin qızıllarını həftənin 5-ci günü gələn həftənin sonu çıxacaq qızıllar”; İddiaçının təqdim etdiyi CD diskdə olan foto şəkillərdən görünür ki, iddiaçı və cavabdeh arasında WhatsApp sosial şəbəkəsi vasitəsi ilə yazışmalar olmuş və həmin yazışmalarda da Cavabdeh İddiaçı hər dəfəsində ayrı ayrı vaxtlarda qızıllarını qaytaracağı məzmunda mesajlar yazılmışdır. İddiaçı Xatirə Əhmədovanın cavabdeh Ləman Musayevaya qarşı əmlak tələbinə dair idda ərizəsinin surətindən görünür ki, X3rşı qaldırdığı iddiasında hazırki iş üzrə İddiaçı tələb etdiyi 13 adda qızıl əşyalarıda həmin iddia tələbinin predmetini təşkil edir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı özünə məxsus qızıl əşyalarını Cavabdeh vermiş, sonuncu isə həmin qızılları girov qoyaraq pul götürmüş, həmin əşyaları iddiaçıya qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçı X2 əşyaları qaytarılmadığı üçün Cavabdeh qarşı əmlak tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia tələbini qəbul etməməklə etiraz ərizəsində iddianın rədd ediləsini xahiş etmişdir. Cavabdeh mübahisələndirilən qızıl əşyalarını özü götürmədiyini bildirsə də, tərəflər arasında baş tutmuş danışıq və yazışmalarla bu hallar təkzib olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyalara) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81 Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Maddə 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməklə, tələb olunan və dəyəri 1300 manat dəyərində olan 11 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd bilərzik, 900 manat dəyərində olan 7 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzük, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzük, 1000 manat dəyərində olan 8 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd sırğa, 6000 manat dəyərində olan 50 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd mafios sep, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı üzərində klon olan 1 ədəd boyunbağı, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı üzərində klon olan 1 ədəd boyunbağı, 400 manat dəyərində olan 4 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzük, 2000 manat dəyərində olan 17 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı komplekt dəst, 700 manat dəyərində olan 7 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd qolbaq, 3000 manat dəyərində olan 25 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd mafios qolbaq, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzüyün naturada özü yaxudda dəyəri, o cümlədən 145 manat dövlət rüsumu, həmçinin qiymətləndirmə ilə bağlı iddiaçının ödədiyi 100 manat məbləğində pul Cavabdeh alınıb iddiaçı X10 xeyrinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Dəyəri 1300 manat dəyərində olan 11 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd bilərzik, 900 manat dəyərində olan 7 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzük, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzük, 1000 manat dəyərində olan 8 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd sırğa, 6000 manat dəyərində olan 50 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd mafios sep, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı üzərində klon olan 1 ədəd boyunbağı, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı üzərində klon olan 1 ədəd boyunbağı, 400 manat dəyərində olan 4 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzük, 2000 manat dəyərində olan 17 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı komplekt dəst, 700 manat dəyərində olan 7 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd qolbaq, 3000 manat dəyərində olan 25 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd mafios qolbaq, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzüyün naturada özü yaxudda dəyəri, o cümlədən 145 manat dövlət rüsumu, həmçinin qiymətləndirmə ilə bağlı iddiaçının ödədiyi 100 manat məbləğində pul Cavabdeh alınıb iddiaçı X10 xeyrinə verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2007/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2007/2023
06.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver