Məhkəmə qərarları › İş №2(039)-201/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-201/2025

07.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-201/2025 07.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının təstiq edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının təstiq edilməsinə” dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum qardaşı xx.xx.1972-ci il təvəllüdlü X2 vəfat etməsi faktının təstiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, onun qardaşı xx.xx.1972-ci il təvəllüdlü X6 lap körpə ikən vəfat etmişdir. Lakin onun ölmü haqqında şəhadətnamə alınmamışdır, o cümlədən çox körpə olduğu üçün qəbir daş qoyulmamışdır. Qardaşı çox ikən (bir neçə aylıq) vəfat etdiyi üçün bağçaya, məktəbə, hərbi xidmətə getməmişdir. Hazırda hər iki valideynləri vəfat etmiş, ona valideynlərindən miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır, o cümlədən qeyd edilən miras əmlaka dair vərəsəlik işi açdırmaq üçün qardaşı xx.xx.1972-ci il təvəllüdlü X2 ölüm faktının təstiqi lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2162 №li məktubda görünür ki, qardaşı X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş doğum akt qeydindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X2 atası X7 anası X3r. Maraqlı şəxs tərəfindən xx.xx.1965-ci il tarixdə verilmiş AЗ № ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi atası X7 anası X3r. Yevlax rayon X5 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, arxiv qaydalarına əsasən 1972-ci ilə aid olan sənədlər Dövlət Milli Arxivin Yevlax filialına təhvil verilmişdir. Odur ki, sorğunuzda adı qeyd olunan X6 barəsində tərtib edilmiş sənədlərin verilməsi ilə bağlı aidiyyati ilə üzrə müraciət etməsini bildirmişlər. Azərbaycan Respublikası X12 filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X12 filialında mühafizə olunan Yevlax şəhər Mərkəzi Xəstəxanasının sənəd meteriallarını yoxladıq, qardaşı X2 ölümü haqqında heç bir məlumat aşkarlanmadı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X13 ifadələrində bildirmişdirmişlər ki, ərizəçi onların qonşusudur. Ərizəçinin qardaşı X1 olarkən iki üç aylıq olduğunu xx.xx.1972-ci ildə öldüyünü və Yevlax şəhərində dəfn olduğunu bildirmiş və müvafiq fotoşəkilləri təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, X6 xx.xx.1972ci il tarixdə Yevlax şəhərində ölmüşdür. Ərizəçi qardaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.1972-ci il tarixdə Yevlax şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar