Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-202/2025 13.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 02 noyabr 1983-cü ildə doğulmuş bacısı X3 14 sentyabr 2006-cı ildə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkil) Nümayəndə ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ərizəçinin mərhum bacısı X7 02 noyabr 1983-cü ildə Yevlax rayonunun Salamabad kəndində doğulmuşdur. Ruhi xəstəliyi ilə əlaqədar xx.xx.2004-cü il tarixdə Gəncə 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə yerləşdirilmiş, orada yaşamış və 14 sentyabr 2006-cı il tarixdə vəfat etmişdir. Ərizəçinin mərhum bacısı X14 şəhərində yerləşən 2 saylı qəbirstanlıqda dəfn edilmişdir. Lakin X11nın ölümü qeydə alınmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən zəruri sənədlər olmadığından ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ərizəçiyə mərhum bacısına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsnə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Marqlı şəxs Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısının oğlu, X11 isə bacısının qızıdır. X7 ruhi xəstəliyi ilə əlaqədar 2004-cü il tarixdə Gəncə 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə yerləşdirilmiş, orada yaşamış və 14 sentyabr 2006-cı il tarixdə vəfat etmişdir. X11 Gəncə şəhərində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısının oğlu, X11 isə bacısının qızıdır. X7 ruhi xəstəliyi ilə əlaqədar 2004-cü il tarixdə Gəncə 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə yerləşdirilmiş, orada yaşamış və 14 sentyabr 2006-cı il tarixdə vəfat etmişdir. X11 Gəncə şəhərində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X7 02 noyabr 1983-cü ildə doğulmuşdur, atası X8, anası X4r. İşdə olan Yevlax rayon Salamabad kənd İN-i tərəfindən görünür ki, Ərizəçi xx xxxxxx 1995ci ildə doğulmuşdur, atası X8, anası X4r. İşdə olan gəncə şəhəri "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 22 saylı arayışdan görünür ki, X7 2 saylı qəbirstanlıqda xx.xx.2006-cı il tarixdə dəfn edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin 4 saylı Psixonevroloji xidmət müəssisəsi Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində yaşamış və xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən X5 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin bacısı X7 ruhi xəstəliyi ilə əlaqədar xx.xx.2004-cü il tarixdə Gəncə 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə yerləşdirilmiş, orada yaşamış və 14 sentyabr 2006-cı il tarixdə vəfat etmişdir. Ərizəçinin mərhum bacısı X14 şəhərində yerləşən 2 saylı qəbirstanlıqda dəfn edilmişdir. Həmin bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən ölümün qeydə alınmaı mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ərzəçiyə mərhum bacısına ölüm haqqında şəhadətnamə almaq üçün zəruridir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 02 noyabr 1983-cü il təvəllüdlü X3 14 sentyabr 2006-cı ildə Gəncə şəhərində xəstəlik səbəbindən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-202/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-202/2025
13.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver