Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2039/2025 24.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X11 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” haqqında ərizəsi üzrə mülki işə 24 sentyabr 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci il təvəllüdlü X2nun xx.xx.2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunmasına dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah et ki, X2 xx.xx.1995-ci ildə Yevlax şəhərində anadan olmuşdur. X2 xx.xx.2021-ci ildə qara ciyər xəstəliyindən vəfat etmişdir. Bundan sonra o, ərizəçi və ailə üzvləri tərəfindən dəfn edilmişdir. Hazırda ərizəçi Maraqlı şəxsnə “Ölüm haqqında şəhadətnamə”ni almaq üçün müraciət etsə də, şöbənin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, ölümü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 izah etdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin oğlu İlqar xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid X5 izah etdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin oğlu İlqar xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən Yevlax Rayon Məhkəməsinə 100.40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 avqust 1985-ci il tarixli, X-ЖГ 468667 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi 10 iyul 1985-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, 234 saylı məktubdan məlum olur ki, Maraqlı şəxs ərizənin təmin edilməsinin mümkün olmadığını, ona görə də ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 22 aprel 2025-ci il tarixli, 18-1-82/2-D-180-xx-xx/2025 saylı məktubda bildirilmişdir ki, vəfat etmiş X2 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin səlahiyyətləri xaricindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X3 qəbirüstü daşının foto şəkli. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli Təcili və X6 Stansiyası Xəbərdarlıq vərəqəsində göstərilmişdir ki, Yevlax şəhəri, Bakıxanov 03 ünvanına, saat 12:00-da gəlinmiş və həkimə qədər ölüm müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin X2 xx.xx.2021-ci il tarixdə Yevlax şəhərində vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün ölüm barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X3 xx.xx.2021-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X3 xx.xx.2021-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2039/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2039/2025
24.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver