Məhkəmə qərarları › İş №2(039)-2048/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2048/2021

13.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2048/2021 13.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi qızının iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 5 fevral 1995-ci il tarixdə Yevlax rayonunda vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, mərhum həyat yoldaşı X3 ilə rəsmi nikah qeydindən keçməklə evlənib ailə həyatı qurmuşdur. 05 fevral 1995-ci il tarixdə mərhum həyat yoldaşı X1 xəstəlik (sətəlcəm) səbəbindən dünyasını dəyişmiş, ancaq mərhum yoldaşı X2 ölüm haqqında şəhadətnaməsini almaq üçün müəyyən olunmuş qaydada və müddətdə müvafiq orqanlara müraciət edə bilməmişlər. Sonra müraciət etdikdə isə onlar həyat yoldaşının ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə olmadığından mərhum həyat yoldaşı X2 adına ölüm şəhadətnaməni verə bilmədiklərini və yalnız məhkəməyə müraciət etməli olmasını bildirmişlər. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs tərəfindən 07 sentyabr 2021-ci il tarixdə verilmiş, 1854 saylı məktubundan məlum olur ki, Ərizəçi X2 ölümü haqqında şəhadətnamə mərhumun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax RPŞ tərəfindən 30 noyabr 2006-cı il tarixdə verilmiş, AZE 0******* saylı, şəxsiyyət vəsiqənin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxxx 1951-ci ildə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri Nizami prospekti ev 12, mənzil 4-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 09 noyabr 1964-cü il tarixli, A3 788592 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 06 noyabr 1950-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X3 05 fevral 1995-ci il tarixdə vəfat etmişdir. Məhkəmə belə hesab edir ki, X3 05 fevral 1995-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 05 fevral 1995-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar