Məhkəmə qərarları › İş №2(039)-205/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-205/2021

18.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-205/2021 18.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mərhum qardaşı X5 xx xxxxxx 2018-ci ildə Yevlax şəhərində vəfat etməsi faktının müəyyən olunmasına dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, mərhum qardaşı X7 xx xxxxxx 2018-ci ildə Yevlax şəhərində vəfat etmişdir. Üzürlü səbəbdən qardaşının vəfat etməsi barədə müvafiq qeydiyyat orqanına müraciət etməmişlər. Ona görə də, qardaşının ölümü barədə şəhadətnamə alınmamışdır. Ölüm haqqında şəhadətnamənin olmaması bəzi mülki hüqüqlarını həyata keçirə bilmir. Bu sənədin başqa formada əldə edilməsi mümkün deyildir. Bildiyinə görə bu faktın müəyyən edilməsi yalnız məhkəmənin səlahiyyətinə aiddir. O, Maraqlı şəxsnə müraciət etdikdə də ona bildirmişdilər ki, bunun üçün məhkəməyə müraciət etmək lazımdır. Ona görə də, aidiyyəti üzrə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi əvvəlki məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, bu faktın təsdiq edilməsi mərhum qardaşının övladlarına doğum haqqında şəhadətnamə alınması ilə əlaqədardır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. X4 məhkəmə iclası zamanı ifadəsində bildirmişdir ki, Ərizəçi əmisi arvadıdır. Ərizəçinin X16 xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Sadıq Bəkirov faktiki nikah münasibətlərində olmuş və bu münasibətlərdən övladları var. Lakin onlar doğum haqqında şəhadətnamələrini ala blmirlər. X16 Yevlax şəhərində “Dəvəçilər” qəbirstanlığına dəfn edilmişdir. X1 bildirmişdir ki, Ərizəçi onun bacısı oğludur. Ərizəçi X16 xx xxxxxx 2018-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubunda qeyd edilir ki, qardaşınızın ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra ölüm haqqında şəhadətnamə verilə bilər. Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş arayışda qeyd edilir ki, X8 xx xxxxxx 2011-ci ildə qaraciyər çatışmamazlıqdan, X6 xx xxxxxx 2020-ci il tarixdə ürək çatışmamazlıqdan vəfat etmişlər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Yevlax Rayon Məhkəməsinə ünvanlanmış məktubunda qeyd edilir ki, Yevlax şəhər sakini 1988-ci il təvəllüdlü X7 xx xxxxxx 2011-ci il tarixdən Yevlax Rayon Hərbi Həkim Komissiyası tərəfindən (Azərbaycan Respublikası NK-nin xx xxxxxx 2008-ci il tarixli, 59 nömrəli qərarı) xəstəliklər cədvəlinin İ qrafasının 18-ci maddəsinin “b” bəndinə əsasən Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab edildiyi üçün ona hərbi bilet çağırış komissiyasının protokolu əsasında yazılmışdır. Sadiq Bəkirovun doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin notariat təsdiq olunmuş kserosurətləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsində yoxdur. AO ******* nömrəli Hərbi biletdən müəyyən olunur ki, xx xxxx 1988-ci il təvəllüdlü X2 rayon Hərbi Komisarlığında qeydə alınmışdır. Mülki-Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.11 qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin qardaşı X5 xx xxxxxx 2018-ci il tarixdə ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə mərhumun faktiki nikah münasibətlərindən olan övladlarına aid sənədləşdirmənin aparılması ilə bağlı gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxx 1988-ci il təvəllüdlü X5 xx xxxxxx 2018-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev Düzdür: Hakim: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar