Məhkəmə qərarları › İş №2(039)-2058/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2058/2020

24.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2058/2020 24.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mərhum X7 Ömər oğlunun xx xxxxxxx 1968-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, mərhum X7 Ömər oğlu xx xxxxxxx 1968-ci il tarixdə dünyasını dəyişmiş, ancaq onun ölüm haqqında şəhadətnaməsini almaq üçün müəyyən olunmuş qaydada və müddətdə müvafiq orqanlara müraciət edə bilməmişlər. Sonradan müraciət etdikdə isə ona, atasının ölümünü təsdiq edən “Ölüm haqqında tibbi şəhadətnamə” təqdim edilmədiyindən ölüm haqqında şəhadətnaməni verə bilmədiklərini və yalnız məhkəməyə müraciət etməli olduğunu bildirilmişlər. Həmin tibbi şəhadətnamə isə təcili tibbi yardım çağırıldıqda verilir. Qeyd olunan ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi ona sosial müdafiə hüquqlarını həyat keçirilməsi ilə əlaqədar lazımdır. Ölüm qeydinin başqa formada bərpası mümkün olmadığından hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilən ölüm faktını məhkəmə iclasında dindiriləcək şahidləri, ərizəyə əlavə etdiyi dıgər sənədlər də təsdiq edə bilər. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. X2 məhkəmə iclası zamanı ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. X5 xx xxxxxxx 1968-ci il tarixdə vəfat etmişdir. Lakin həmin zaman onların yaşı az olduğundan atalarının ölüm haqqında şəhadətnaməsinin alınmalı olduğu zərurətini anlamamış və bu şəhadətnaməni almamışlar. X5 Zazalı kəndində dəfn edilmişdir. X1 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçi atası Xıdır Həmidov xx xxxxxxx 1968-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1944-cü il tarixdə Samux rayonu Zazalı kəndində anadan olmuşdur. Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubunda qeyd edilir ki, atanızın ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra ölüm haqqında şəhadətnamə verilə bilər. Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx xxxxxx 2020-ci il tarixli məktubunda qeyd edilir ki, “Vətəndaşlı vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx xxxxxx 2020-ci ilədək daxil edilmiş məlumatlar öyrənilərkən X.Həmidovun ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Həmin xidmət tərəfindən təqdim edilmiş doğum akt qeydindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1944-cü il tarixdə doğulmuşdur. X7 Ömər oğludur. Mülki Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.11 qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin X7 Ömər oğlunun xx xxxxxxx 1968-ci il tarixdə ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə social müdafiə hüquqlarının həyata keçirilməsi üçün gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Həmidov Xıdır Ömər oğlunun xx xxxxxxx 1968-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar