Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2063/2023 03.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 , Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəsini belə əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə ailə qurmuşdur. Birgə nikahlarından iki uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Mediasiya prosesində razılığa gələrək, barışıq sazişi bağlanmışlar. Hazırda Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmir. Belə ki, alimenti ödəmir. Bu səbəbdən də həmin barışıq sazişinin təstiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə baxışı zamanı ərizəni qəbul edərək hər ay iki uşağa cəmi 250 manat aliment ödənilməsinə etirazı olmadığını, hazıradək cəmi 350 manat aliment ödədiyini qalan məbləği və aylıq alimenti də ödəyəcəyini bildirdi. Sübutlar: Mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1. Hər iki tərəfin qarşılıqlı razşlığı əsasında nikah qeydinin məhkəməyə müraciət edəcəklərini razılığa gəldilər. 2. Birgə nikah dövründə əldə etdikləri əmlakı hal hazırda yaşadıqları evin tam ortadan bölünməsi üçün məhkəməyə müraciət edəcəkləri razılığana gəldilər. 3. İkinci tərəf Maraqlı şəxs hər ayın 1-10-na kimi iki azyaşlı uşağına 250 manat aliment ödəyəcəyini bildirdi. Ödənişi birinci tərəf olan Ərizəçi birbank kartı (**********266125) ödəyəcəyini bildirdi. 4. İkinci tərəf X1 tərəf Ərizəçiın cehiz əşyalarını hamısını birgə yaşadıqları evdən çıxarılmasına razılıq verdi. 5. İki azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 anası Ərizəçi himayəsində qalmasına razılıq verdi. 6. Hər həftənin şənbə və bazar günləri uşaqlar atası ilə qalmağa, bayramlarda və özlə günlərdə qarşılıqlı razılıq əsasında həm ata ilə həm ana ilə keçirməklərini öz aralarında həll edəcəklərini razılaşdılar. 7. Hər iki uşağın tərbiyyəsi ilə, təhsilli ilə, gələcəyi ilə hər iki valideyin eyni vəzifəni daşıyacaqlarını razılığına gəldilər. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Maddə 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmənin hüquqi mövqeyi: Tərəflərin arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmur və bu səbəbdən barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 355-25.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi təsdiq edilsin.
1. İki azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 anası Ərizəçi himayəsində qalsın.
2. Maraqlı şəxs oğlundan xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ayın 1-dən 10-na kimi hər ay hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla ümumilikdə 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun.
3. Hər həftənin şənbə və bazar günləri uşaqların atası ilə qalmasını, bayramları və özəl günləri qarşılıqlı razılıq əsasında həm ata ilə həm ana ilə keçirməklərini öz aralarında həll etsinlər. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Kamil Əliyev: