Məhkəmə qərarları › İş №2(039)-2097/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2097/2025

15.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2097/2025 15.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X3 20 fevral 2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında göstərmişdir ki, 27 iyun 1977-ci il təvəllüdlü bacısı X8 20 fevral 2025-ci ildə xəstəlik səbəbindən Yevlax şəhərində yaşadığı evdə ölmüşdür. X11 Yevlax rayonu Dəvəçi qəbirstanlığında dəfn etmişlər. Başı qarışıq olduğundan ölümün qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölümü təsdiq edən zəruri sənədlər olmadığından ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ona mərhum bacısına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsnə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Marqlı şəxs Yevlax rayon qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçinin mərhum bacısı X6 ilə uzun müddət qonşu olmuşlar. Kəmalə Cabbarova onkoloji xəstə olmuş və 20 fevral 2025-ci ildə Yevlax şəhərində yaşadığı evdə ölmüşdür. X10 Yevlax rayonu Dəvəçi qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Haxverdiyeva MarifəMöyçüm qızı verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi və onun ailə üzvlərini uzun müddətdir ki, tanıyır. Ərizəçinin mərhum bacısı X4 da uzun müddət qonşu kimi tanımış və münasibətləri yaxşı olmuşdur. Kəmalə Cabbarova onkoloji xəstə olmuş və 20 fevral 2025-ci ildə Yevlax şəhərində yaşadığı evdə ölmüşdür. X12 Yevlax rayonu Dəvəçi qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27 iyun 1977-ci ildə doğulmuşdur, atası X7, anası X5r. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Cabbarova Hicran Sahib qızı xx xxxxx 1987-ci ildə doğulmuşdur, atası X7, anası X5r. İşdə olan Bərdə regional «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi «Yevlax rayon Mərkəzi Xəstəxanası» X20 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X1 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İşdə olan Yevlax şəhər 1 saylı İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanda yaşamış X6 20 fevral 2025ci ildə vəfat etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin bacısı X6 20 fevral 2025-ci ildə xəstəlik səbəbindən Yevlax şəhərində yaşadığı evdə vəfat etmiş və Yevlax rayonu Dəvəçi qəbirstanlığında dəfn edilmişdir. Müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Yevlax rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ərzəçiyə mərhum bacısına ölüm haqqında şəhadətnamə almaq üçün zəruridir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 27 iyun 1977-ci ildə Yevlax şəhərində doğulmuş X3 20 fevral 2025-ci ildə Yevlax şəhərində xəstəlik səbəbindən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar