Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2114/2022 19.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «əmlak» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bir ədəd Rusiya istehsallı 583 əyyarlı tərkibində 1 ədəd qızıl çəkisi 18 qram olan kolye sepden, 1 ədəd qızıl çəkisi 8.6 qram bilərzikdən, bir cüt qızıl çəkisi 12 qram olan, üzərində hər birinin 6 ədəd brilyant qaşı olan sırqa və 1 ədəd qızıl çəkisi, 6 qram olan, 5 ədəd böyük brilyant qaşları olan üzükdən ibarət, qiyməti 3000 manat olan komplektin, bir ədəd üzərində 5 ədəd brilyant qaşları olan 585 əyyarlı, Türkiyə istehsallı, qızıl çəkisi 6 qram, qiyməti 700 manat olan nişan üzüyünün, 1 ədəd 6 qram çəkidə 585 əyyarlı Türk istehsallı qiyməti 300 manat olan qızıl üzüyünün naturada özünün, yaxud dəyərinin, həmçinin 1 ədəd ağ rəngli qiyməti 90 manat olan gəlinlik güzgüsünün, 1 ədəd ağ rəngli qiyməti 50 manat olan çırağın, 10 ədəd hər birinin qiyməti 20 manat olan gəlinlik səbətlərinin, 1 ədəd qiyməti 100 manat olan nabatın, 1 ədəd qiyməti 50 manat olan süni gül dəstinin naturada özünün yaxud dəyərinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli 2(039)-1362/2019 saylı qiyabi qətnaməsi ilə İddiaçıya məxsus bir ədəd Rusiya istehsallı 583 əyyarlı tərkibində 1 ədəd qızıl çəkisi 18 qram olan kolye sepden, 1 ədəd qızıl çəkisi 8.6 qram bilərzikdən, bir cüt qızıl çəkisi 12 qram olan, üzərində hər birinin 6 ədəd brilyant qaşı olan sırqa və 1 ədəd qızıl çəkisi, 6 qram olan, 5 ədəd böyük brilyant qaşları olan üzükdən ibarət, giyməti 3000 manat olan komplektin, bir ədəd üzərində 5 ədəd brilyant qaşları olan 585 əyyarlı, Türkiyə istehsallı, qızıl çəkisi 6 qram, qiyməti 700 manat olan nişan üzüyünün, 1 ədəd 6 qram çəkidə 585 əyyarlı Türk istehsallı qiyməti 300 manat olan qızıl üzüyünün naturada özünün, yaxud dəyərinin, həmçinin 1 ədəd ağ rəngli qiyməti 90 manat olan gəlinlik güzgüsünün, 1 ədəd ağ rəngli qiyməti 50 manat olan çırağın, 10 ədəd hər birinin qiyməti 20 manat olan gəlinlik səbətlərinin, 1 ədəd qiyməti 100 manat olan nabatın, 1 ədəd qiyməti 50 manat olan süni gül dəstinin, həmin əmlaklar olmadıqda isə onların dəyəri və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh X4 məhkəmənin qiyabi qətnaməsinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, qiyabi qətnamənin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(039)- 2114/2022 saylı qərardadı ilə məhkəmənin 24 iyun 2019-cu il tarixli 2(039)-1362/2019 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, zinət əşyasından biri, nişan üzüyü, 700 manat dəyərində əşyası ona qaytarıldığından tələbin bu hissəsindən imtina edərək iddianın bu hissəsində azaldılmasını nəzərə alınmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izah etdi ki, Cavabdeh1 ilə ailəli olmuşlar. Birgə nikahlarından bir övladları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Toy ərəfəsində ona qızıl zinət əşyaları hədiyyə olunmuşdur. 09 sentyabrda toy olmuşdur. Toydan sonra Türkiyəyə getmişlər və orada yaşamışlar. Həmin vaxt qızıllar onda idi. Türkiyədən onu atası və gəlinləri götürməyə gəlmişlər. Həmin vaxt əmlaklarını yığarkən qayınanası qızılları əlindən almışdır. Hazırda qayınanası nişan üzüyünü ona qaytardığından iddiasını həmin hissədə azaldır. Lakin qalan qızıllarını və cehiz əşyalarını tələb edir. Cavabdeh X4 məhkəmə iclasında izah etdi ki, Əfsanə ilə oğlu Elçin ailəli olmuşlar. Toydan əvvəl bir ədəd nişan üzüyü alınıb gəlinə hədiyyə edilmişdir. Həmin vaxt o özü Türkiyədə olmuş və toyda iştirak etməmişdir. Toy zamanı qızın üzərində olan qızıllar qardaşının gəlininin olmuşdur. Müvəqqəti olaraq gəlinin üzərinə taxılmışdır. Toyun sabahısı günü sahibinə qaytarılmışdır. Toydan sonra X5 yanına gəldilər. Qız evdən çıxanda nişan üzüyünü onun əlindən almışdır. Qızı tək nişan üzüyü alındığından həmin üzüyü Əfsanəyə qaytardı. Digər əmlakları onlardadır və qaytarmaqdan imtina etmir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, Əfsanə onun baldızıdır. Toy zamanı oğlan evi dedi ki, onların Bərdə şəhərində tanış qızıl satanları var və qızılı oradan alacaqlar. Toyda və üç günlükdə qızıllar Əfsanədə idi. Sonradan Türkiyəyə getdilər. Əfsanəni Türkiyədən o və qayınatası gətirməyə getdilər. Əfsanəni götürüb geri qayıtdılar. Həmin vaxt Əfsanə dedi ki, qızılları əlindən qayınanası aldı. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qaçqınlar və Məcburi Köçkünlər tərəfindən 14 dekabr 2018-ci il tarixdə verilmiş 1147 saylı arayışından məlum olur ki, İddiaçı həqiqətən Kəlbəcər rayonundan məcburi köçkündür. Yevlax şəhəri M.S.Ordubadi küçəsi ev 24/3-də müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ tərəfindən 23 yanvar 2013-cü il tarixdə verilmiş seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxxx 1996-cı il tarixdə Oğuz rayonu Padar kəndində anadan olmaqla, Kəlbəcər rayonu Abdullauşağı kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ tərəfindən 23 oktyabr 2014-cü il tarixdə verilmiş seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh1 xx xxxx 1989-cu ildə Yevlax rayonunda anadan olmaqla, Yevlax rayonu Nurallar kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 31 avqust 2018-ci il tarixdə verilmiş seriya AZ-İV 32295 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X10 11 avqust 2018-ci il tarixdə Yevlax şəhərində anadan olmuş onun atası X11, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qaçqınlar və X8 üzrə Dövlət Komitəsi tərəfindən 17 iyul 2013-cü il tarixdə verilmiş seriya AA 294686 saylı məcburi köçkün vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 nikah qeydindən keçməklə evlənmişlər. Toy zamanı iddiaçıya qızıl-zinət əşyaları hədiyyə etmişdir. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. İddiaçı qızıl tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər iddianı qismən qəbul edirlər. Belə ki, əmlak hissəsini tam qəbul edirlər. İddianın qızıl hissəsində nişan üzüyünü iddiaçıya təhvil vermişlər. Digər qızılların da icarəyə götürüldüyünü və iddiaçıya hədiyyə olunmadığını bildirirlər. Məhkəmə qeyd edir ki, cavabdeh X4 məhkəmə iclası zamanı tək nişan üzyünün hədiyyə olmasını bildirsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən digər qızılların da iddiaçıya hədiyyə olmuşdur. Həmçinin həmin qızıların icayərə (başqa şəxsdən müvəqqəti) götürüldüyünü bildirsə də, həmin qızılların icayərə (başqa şəxsdən müvəqqəti) götürülməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Bundan başqa cavabdeh X4 məhkəmə iclasında Türkiyə Respublikasında iddiaçının əlindən üzüyün alınmasını etiraf etmiş və həmin üzüyü iddiaçıya məhkəmə iclasında təqdim etmişdir. Bu da digər qızılların da cavabdehlərdə qalması qənaətinə gəlməsinə əsas verir. Həmçinin məhkəmə qeyd edir ki, iddianın əmlak hisəsini cavabdeh X4 etiraf edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və X1 bir ədəd Rusiya istehsallı 583 əyyarlı tərkibində 1 ədəd qızıl çəkisi 18 qram olan kolye sepden, 1 ədəd qızıl çəkisi 8.6 qram bilərzikdən, bir cüt qızıl çəkisi 12 qram olan, üzərində hər birinin 6 ədəd brilyant qaşı olan sırqa və 1 ədəd qızıl çəkisi, 6 qram olan, 5 ədəd böyük brilyant qaşları olan üzükdən ibarət, giyməti 3000 manat olan komplekt, 1 ədəd 6 qram çəkidə 585 əyyarlı Türk istehsallı qiyməti 300 manat olan qızıl üzük, 1 ədəd ağ rəngli qiyməti 90 manat olan gəlinlik güzgüsü, 1 ədəd ağ rəngli qiyməti 50 manat olan çıraq, 10 ədəd hər birinin qiyməti 20 manat olan gəlinlik səbətləri, 1 ədəd qiyməti 100 manat olan nabat, 1 ədəd qiyməti 50 manat olan süni gül dəsti, həmin əmlaklar olmadıqda isə onların dəyəri alınaraq, İddiaçı xeyrinə verilməlidir. Cavabdehlər Cavabdeh1 və X1 iddianın təmin edilmiş hissəsinə münasib olaraq 57.90 manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, işə obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra, əldə edilən sübutlara hüquqi qiymət verərək iddiaçının iddia etdiyi tələblər üzrə nəticəyə gələrkən, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş, bilavasitəlik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 bir ədəd Rusiya istehsallı 583 əyyarlı tərkibində 1 ədəd qızıl çəkisi 18 qram olan kolye sepden, 1 ədəd qızıl çəkisi 8.6 qram bilərzikdən, bir cüt qızıl çəkisi 12 qram olan, üzərində hər birinin 6 ədəd brilyant qaşı olan sırqa və 1 ədəd qızıl çəkisi, 6 qram olan, 5 ədəd böyük brilyant qaşları olan üzükdən ibarət, giyməti 3000 manat olan komplekt, 1 ədəd 6 qram çəkidə 585 əyyarlı Türk istehsallı qiyməti 300 manat olan qızıl üzük, 1 ədəd ağ rəngli qiyməti 90 manat olan gəlinlik güzgüsü, 1 ədəd ağ rəngli qiyməti 50 manat olan çıraq, 10 ədəd hər birinin qiyməti 20 manat olan gəlinlik səbətləri, 1 ədəd qiyməti 100 manat olan nabat, 1 ədəd qiyməti 50 manat olan süni gül dəsti, həmin əmlaklar olmadıqda isə onların dəyəri alınaraq, İddiaçı xeyrinə verilsin. Cavabdehlər Cavabdeh1 və X1 iddianın təmin edilmiş hissəsinə münasib olaraq 57.90 manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2114/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2114/2022
19.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver