Məhkəmə qərarları › İş №2(039)-2121/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2121/2023

04.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2121/2023 04.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 , Ərizəçi, Maraqlı şəxs Rahim oğlunun iştirakları ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, uşaqları X1 üçün hər ay 170 manat alimentin ödənilməsi barədə Maraqlı şəxs Rahim oğlu ilə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəsini belə əsaslandırmışdır ki, Maraqlı şəxs Rahim oğlu ilə aralarında olan nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X2 onun yanında qalması və hər ay 130 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Rahim oğlundan alınıb ona verilməsi qət edilmişdir. Alimentin artırılmasına dair müraciətinə əsasən keçirilən mediasiya prosesində hər ay ona 170 manat aliment ödənilməsi barədə Maraqlı şəxs Rahim oğlu ilə aralarında xx.xx.2023-cü il tarixdə barışıq sazişi imzalamışdır. Lakin Sərdar barışıq sazişinin tələbinə əməl etməyərək alimenti ödəmir. Barışıq sazişinin təstiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edir. Tərəflərin izahatları: Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə baxışı zamanı ərizəni qəbul edərək hər ay cəmi 170 manat aliment ödənilməsinə etirazı olmadığını bildirdi. Sübutlar: Mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs Rahim oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1. hər iki tərəfin nümayəndələrinin iştirakı ilə (birinci tərəfin nümayəndəsi X5, ikinci tərəfin nümayəndəsi X4) alimentin 170 manat artırılmasına ikinci tərəf razılıq verdi və hər ayın 1dən-10-u arası kart vasitəsi ilə qarşı tərəfə ödəyəcəyini bildirdi. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Maddə 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmənin hüquqi mövqeyi: Tərəflərin arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmur və bu səbəbdən barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 355-25.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs Rahim oğlu arasında bağlanmış barışıq sazişi təsdiq edilsin.

1. Maraqlı şəxs Rahim oğlundan xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Kamil Əliyev:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar