Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2122/2025 11.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Kərimov Həsən Ramiz oğlunun katibliyi ilə, Ərizəçi Əlizamin qızının barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas lazında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Əlizamin qızı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında Yevlax 1 saylı Mediasiya Təşkilatında bağlanmış 21 avqust 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasnı xahiş etmişdir. Ərizəçi Əlizamin qızı ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə Yevlax 1 saylı Mediasiya Təşkilatında 21 avqust 2024-cü il tarixdə bağlanmış baraşıq sazişinə əsasən birgə nikahlarından olan uşaqları 07 aprel 2008-ci il təvəllüdlü X1, 19 oktyabr 2010-cu il təvəllüdlü X2 himayəsində qalması və həmin uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat alimentin onun hesabına ödəməyi öhdəsinə götürmüşdür. Yevlax Rayon Məhkəməsinin 2(039)-2263/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə aralarında olan 25 avqust 2006-cı il tarixli nikah pozulmuşdur. Lakin Maraqlı şəxs Mustaya oğlu aralarında bağlanmış barışıq sazişinin şərtlərinə əməl etməyərək saxlanılmaları üçün müəyyən edilmiş alimenti tam şəkildə ona ödəmir. Ona görə də barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Əlizamin qızı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və Yevlax 1 saylı Mediasiya Təşkilatında bağlanmış 21 avqust 2024-cü il tarixli barışıq sazişinin alimentə dair hissədə təsdiq edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan mediasiya prosesi nəticəsində Ərizəçi Əlizamin qızı və Maraqlı şəxs arasında Yevlax 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat alimenti hər ayın 20-dən əg geci 30-a kimi Ərizəçi Əlizamin qızının hesabına ödəməyi öhdəsinə götürmüş və xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Əlizamin qızı ilə Maraqlı şəxs arasında Maraqlı şəxs 21 avqust 2024-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat alimenti Ərizəçi Əlizamin qızının hesabına ödəməsi barədə Yevlax 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2122/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2122/2025
11.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver