Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2128/2024 22.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi, Maraqlı şəxs Nürədin oğlunun iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Nürədin oğluna qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs Nürədin oğluna qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesində onunla cavabdeh Maraqlı şəxs Nürədin oğlu aralarında bağlanmış 12 dekabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməklə azyaşlı uşaqları 17 dekabr 2013-cü il təvəllüdlü X2 və 10 may 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin maraq şəxs Maraqlı şəxs Nürədin oğlundan tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izah etdi ki, mediasiyada barışıq sazişi bağlamışlar. Lakin aliment ödənilmir. İki övladı var. Onlara baxmalıdır. Maraqlı şəxs Nürədin oğlu məhkəmə iclasında izah etdi ki, birgə nikahlarından iki uşaqları var. Aralarında barışıq sazişi bağlanmışdır. Lakin təqaüdü dayandırılmışdır. Pensiyasını bərpa edib alimenti ödəyəcək. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 dekabr 2023-cü il tarixli barışıq sazişindən məlum olur ki, ikinci tərəf Maraqlı şəxs Nüsrəddin oğlu öz üzərinə öhdəlik götürür ki, övladları X6 və X3 adlı uşaqlar yetkinlik yaşına çatana kimi birinci tərəf X4 yanında qalmasına razıdır; ikinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, birinci tərəf X4 yanında qalan övladları X6 və X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi uşaqların bütün qayğısını çəkməyi, ehtiyaclarını ödəməyi və maddi təlabatlarını ödəmək üçün birinci tərəf X5 hər ay hər uşaq üçün 75 manat olmaqla, ümumilikdı 150 manat sabit pul məbləğində aliment ödənişi ödəməyə könüllü olaraq razılaşmış və barışıq sazişinin bağlanması barədə razılığa gəlmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 21 fevral 2019-cu il tarixli AZ-lV 215268 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 10 may 2017-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 21 fevral 2018-ci il tarixli AZ-lV 082053 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 17 dekabr 2013-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.4-cü maddəsinə əsasən Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355.26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.2-ci maddəsinə əsasən Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər evlənmişlər. Birgə nikahlarından 17 dekabr 2013-cü il təvəllüdlü X6 və 10 may 2017-ci il təvəllüdlü X3 adlı iki uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılıb ayrı yaşayırlar. Tərəflər mediasiya prosesində barışıq sazişi bağlamışlar. Maraqlı şəxs barışıq sazişinin şərtlərini pozmuşdur. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs Nürədin oğlu arasında 12 dekabr 2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs Nürədin oğlu arasında 12 dekabr 2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. 17 dekabr 2013-cü il təvəllüdlü X6 və 10 may 2017-ci il təvəllüdlü X3 adlı uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 75 manat, cəmi 150 manat vəsaiti Maraqlı şəxs Nürədin oğlundan hər ay uşaqların 18 yaşı olana qədər alınaraq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2128/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2128/2024
22.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver