Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2151/2023 05.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mərhum həyat yoldaşı X2 22 yanvar 2017-ci ıl tarixdə Yevlax şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəni belə əsaslandırmışdır ki, X6 həyat yoldaşı olmuşdur. X6 xəstəliyi ilə əlaqədar olaraq 22 yanvar 2017-ci il tarixdə Yevlax şəhərində yaşadığı evdə vəfat etmiş və Yevlax rayonu Yəldili kənd qəbristanlığında dəfn edilmişdir. Gülyana Mehtiyevanın ölüm faktı qeydiyyat orqanında qeyd edilməmişdir. Hazırda müəyyən mülki hüquqlarının həyata keçirilməsi ilə əlaqədar olaraq Gülyana Mehtiyevanın ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm şəhadətnaməsinin verilməsi ilə əlaqədar olaraq Maraqlı şəxsnə müraciət etmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyinə görə tələbi təmin edilməmiş və məhkəməyə müraciət etməyimi bildirmişlər. Gülyana Mehtiyevanın 22 yanvar 2017-ci il tarixdə Yevlax şəhərində vəfat etməsini şahidlər və qəbirüstü fotoşəkil də təstiq edə bilər. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: X1 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçiun həyat yoldaşı Gülyana Mehtiyeva 22 yanvar 2017-ci il tarixdə Yevlax şəhərində yerləşən evlərində vəfat etmişdir. Onun da iştirakı ilə Yevlax rayonu Yəldili kənd qəbristanlığında dəfn edilmişdir. X3 bildirmişdir ki, Ərizəçi onun həmkəndlisi və qohumudur. Onun arvadı Gülyana həqiqətən 22 yanvar 2017-ci il tarixdə Yevlax şəhərində yerləşən evlərində vəfat etmişdir. Onun yas və dəfn mərasimlərində özü şəxsən iştirak etmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubda qeyd edilir ki, mərhum həyat yoldaşının ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra ölüm haqqında şəhadətnamə verilə bilər. AZE 08176869 №-li, 01 iyul 2011-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 02 iyul 1960-cı il tarixdə Yevlax rayonu Aran qəsəbəsində doğulmuşdur. AZ-İİ 258073 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi ilə X2 nikahları 16 dekabr 1988-ci il tarixdə qeydə alınmışdır. Hüquqi məsələlər: Mülki-Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin arvadı X2 22 yanvar 2017-ci il tarixdə ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə miras qalmış əmlaka vərəsəlik işi açılması ilə bağlı gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 02 noyabr 1960-cı il tarixdə Yevlax rayonu Aran qəsəbəsində doğulmuş X2 22 yanvar 2017-ci il tarixdə Yevlax şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2151/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2151/2023
05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver