Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2170/2021 14.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, atası X2 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, atası X4 onunla birgə yaşayırdı. Atası 04 avqust 2016-cı il tarixdə evdən çıxmış və bir daha geri qayıtmamışdır. Onun itkin düşməsi ilə bağlı Yevlax RPŞ-nə müraciət etmiş və araşdırma aparılmışdır. Lakin heç bir nəticə olmamışdır. Hal-hazırda da onun sağ olub-olmaması və yaşayış yeri barədə heç bir məlumat yoxdur. Atası olmadığından və onun harada olması barədə rəsmi sənəd olmadığına görə onun adına olan əmlakların vərəsələrinin adına rəsmiləşdirilməsi və ya həmin əmlakı idarə etmək mümkün deyil. Ərizəçi məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı orqan Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Səyyar Asan1 tərəfindən 04 iyun 2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Yevlax şəhəri, C.Cabbarlı küçəsi ev 3, mənzil 10-da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Yevlax RPŞ-nin 08 sentyabr 2021-ci il tarixli 195-19384F-3221 saylı məktubundan məlum olur ki, X2 yerinin müəyyən edilməsi məqsədi ilə 12 avqust 2021-ci il tarixdə axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 1 saylı mənzil təmir istismar sahəsi tərəfindən 07 sentyabr 2021-ci il tarixdə verilmiş 396 saylı arayışından məlum olur ki, X1 şəhəri, C.Cabbarlı küçəsi 3 mənzil 10-da qeydiyyatda olmuş və yaşamışdır. 04 avqust 2016-cı ildən itgin düşmüş və bu günə qədər tapılmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 16 iyul 2005-ci il tarixdə verilmiş AZE seriyalı 03075885 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X4 12 fevral 1947-ci il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndinə anadan olmuş, Yevlax şəhəri, C.Cabbarlı küçəsi ev 3, mənzil 10-da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 avqust 1991-ci il tarixli V-JQ 449824 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 ilə X3 ilə ailə qurmuşlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 17 noyabr 2021-ci il tarixdə verilmiş 342 saylı arayışından məlum olur ki, Yevlax şəhəri, C.Cabbarlı küçəsi ev 3, mənzil 10-da yaşamış X4 ailə üzvlərinin deməsinə görə 2016-cı ilin avqust ayında evdən getmiş və geri qayıtmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Yevlax RPŞ-nin 13 noyabr 2021-ci il tarixli 195-26116-1221 saylı məktubundan məlum olur ki, X4 barəsində 13 iyun 2016-cı il tarixdən itkin düşməsi ilə bağlı Yevlax RPŞ-də axtarış işi açılmışdır. Bu günə qədər X2 tapılması ilə bağlı Yevlax RPŞ-də müəyyən əməliyyat-axtarış tədbirləri keçirilsə də, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X4 04 avqust 2016-cı il tarixdən yaşadığı Yevlax şəhəri, C.Cabbarlı küçəsi ev 3, mənzil 10-dan çıxıb naməlum istiqamətdə getmiş, indiyədək onun barəsində heç bir məlumat yoxdur. X2 barəsində yerli icra hakimiyyəti orqanlarında da (Yevlax RPŞ-də, Yevlax şəhəri 1 nömrə icra nümayəndəliyində) hər hansı bir məlumat yoxdur. Yevlax RPŞ-də X2 ətrafda axtarış-sorğu tədbirləri davam etdirilir. X4 olmadığından və onun harada olması barədə rəsmi sənəd olmadığına görə onun adına olan əmlakların vərəsələrinin adına rəsmiləşdirilməsi və ya həmin əmlakı idarə etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.2-ci maddəsinə əsasən İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 314.1-ci maddəsinə əsasən Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 315.1-ci maddəsinə əsasən Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 12 fevral 1947-ci il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş X4 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 315.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12 fevral 1947-ci il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş X4 xəbərsiz itkin düşmüş hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2170/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2170/2021
14.12.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında - Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver