Məhkəmə qərarları › İş №2(039)-2176/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2176/2023

15.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2176/2023 15.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanılmış 25 fevral 2023-cü il tarixli barışıq sazişinin təstiq edilməsinə dair qətnamə çıxarlmasını xahiş etmişdir. İşin halları: Ərizəsini belə əsaslandırmışdır ki, Maraqlı şəxs ilə aralarında olan nikah Yevlax Rayon Məhkəməsinin 2(039)-846/2020 №-li, 14 avqust 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaqları 10 fevral 2014-cü il təvəllüdlü X2, 13 iyun 2017-ci il təvəllüdlü X1 yanında qalması və hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat alimentin Maraqlı şəxs alınıb verilməsi qət edilmişdir. Almentin artırılmasına dair müraciəti ilə əlaqədar keçirilən mediasiya prosesində ona 2-ci qrup əlillik təyin olunacağı və təqaüdünün artdığı gündən hər ay 300 manat aliment ödəməsi barədə Maraqlı şəxsla aralarında 25 fevral 2023-cü tarixdə barışıq sazişi imzalamışdır. Lakin Maraqlı şəxs 2-ci qrup əlillik təyin olunsa da o,barışıq sazişinin tələbinə əməl etməyərək aliment ödəmir. Odur ki,barışıq sazişinin təstiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli oldu. Tərəflərin izahatları: İş üzrə ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər. Lakin, hazırlıq iclası zamanı Ərizəçi və Maraqlı şəxs ərizənin təmin edilməsini xahiş etmişlər. Sübutlar: Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış barışıq sazişindən müəyyən olunur ki, birinci tərəf aliment məbləğinin 300 manat olmağını tələb edir, ikinci tərəf özünün bildirdiyinə görə hal-hazırda 330 manat təqaüd alır və özü bildirdiyinə görə ona təyin olunmuş 3-cü qrup əlillik qrupundan imtina edib və 2-ci qrup əlillik üçün müraciət edib və 3-cü qrup əlilliyə görə heç bir müavinət almır. 2-ci qrup əlillik təyin olunanda və təqaüdü hansı gündən artımı olacaqsa o gündən 300 manat alimenti ödəyəcəyi ilə razılaşdı. Hər iki tərəf qarşılıqlı bu fikirlə razılaşdı və barışıq sazişini imzalamaqa razılıq vermişlər. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Maddə 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, mediasiya prosesi zamanı tərəflər arasında barışıq sazişinin bağlanmasını və maraqlı şəxsin də buna etiraz etmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 355-25.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. 10 fevral 2014-cü il təvəllüdlü X3 və 13 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Yevlax Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli 2(039)-846/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 150 (yüz əli) manat sabit pul məbləğində müəyyən edilməklə Maraqlı şəxs Ərizəçi xeyrinə tutulsun. Mediasiya üçün ödənilmiş 50 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 50 manat məbləğin yarısının əvəzi, cəmi 50 (əlli) manat cavabdeh Maraqlı şəxs iddiaçı Ərizəçi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar