Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-22/2022 28.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bəhram qızına, X4, Cavabdeh6 və Cavabdeh4 qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bəhram qızına, X4, Cavabdeh6 və Cavabdeh4 qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 15042.70 manat - bundan 6696.68 manat əsas, 198.89 manat faiz, 7331.52 manat cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 815.61 manat borcu və iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumunun Cavabdeh1 tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş, paylı mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh3 Bəhram qızına, X4, Cavabdeh6 və Cavabdeh4 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 0.0555 ha torpaq sahəsi və üzərində olan 19 saylı fərdi yaşayış evinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin 35900 manat müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borcun məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər paylı mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh3 Bəhram qızının, X3, Cavabdeh6 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılaraq Ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 aprel 2015-ci il tarixli, 121.LN.2004.240415.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz ödənilmək şərti ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış 24 aprel 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 28 aprel 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh3 Bəhram qızına, X4, Cavabdeh6 və Cavabdeh4 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 0.0555 ha torpaq sahəsi və üzərində olan 19 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh1 müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 8-ci bəndinə əsasən borcalan Cavabdeh1 bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********582 saylı, 30 oktyabr 2020-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmişlər və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh1 həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh1 tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 01 oktyabr 2020-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 15042.70 manat təşkil edir. Bundan 6696.68 manat əsas borc, 198.89 manat faiz, 7331.52 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 815.61 manat hesablanmış faiz borcu təşkil edir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elmar Əliyev məhkəməyə teleqram ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bəhram qızına, X4, Cavabdeh6 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 aprel 2015-ci il tarixli, 121.LN.2004.240415.00002 saylı kredit müqaviləsindən məlum olur ki, Cavabdeh1 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 aprel 2015-ci il tarixli ipoteka müqaviləsindən məlum olur ki, Cavabdeh2, Cavabdeh3 Bəhram qızına, X4, Cavabdeh6 və Cavabdeh4 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 0.0555 ha torpaq sahəsi və üzərində olan 19 saylı fərdi yaşayış evi yüklü edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 aprel 2015-ci il tarixli ipoteka müqaviləsindən məlum olur ki, ipotekanın ilkin satış qiyməti 35900 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, Cavabdeh2, Cavabdeh3 Bəhram qızına, X4, Cavabdeh6 və Cavabdeh4 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 0.0555 ha torpaq sahəsi və üzərində olan 19 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xəbərdarlıq məktublarından məlum olur ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bəhram qızından, X4, Cavabdeh6 və Cavabdeh4 borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 07 oktyabr 2020-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh1 xx xxx 1958-ci il tarixdə Bərdə rayonu, Mircəfərli kəndində anadan olmuş, Bərdə rayonu, Qarağacı kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 07 oktyabr 2020-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh2 xx xxxxxx 1959-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Ş.Qurbanov küçəsi 19-da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 10 dekabr 2020-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh3 Bəhram qızı xx xxxx 1966-cı il tarixdə Bərdə rayonu, Samux kəndində anadan olmuş, Yevlax şəhəri, Ş.Qurbanov küçəsi 19-da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 10 dekabr 2020-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh5 xx xxxxx 1992-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Mingəçevir şəhəri, R.Rza küçəsi ev 16, mənzil 3-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 10 dekabr 2020-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh6 xx xxxx 1988-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 9, H.Əliyev AD.AAHM-da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 10 dekabr 2020-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh4 xx xxxxxxxx 1989-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Ş.Qurbanov küçəsi 19-da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən məlum olur ki, İddiaçı ASC 30 manat dövlət rüsumu ödəmişdir. İş materialları ilə müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(039)-894/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İşdə olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2021-ci il tarixli 9/3964 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 aprel 2015-ci il tarixli, 115.LN.2004.240415.00002 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsasə götürülməklə Cavabdeh1 İddiaçı ASC-yə borcu aşağdakı kimi müəyyən edilir: müqavilə müddətinin bitmə tarixinə yəni 24 aprel 2018-ci il tarixə əsas borc üzrə 7756.01 manat, faiz borcu üzrə 25.85 manat; sualda göstərilən tarixə yəni 01 oktyabr 2020-ci il tarixə illik 5% hesablanmaqla: əsas borc üzrə 4975.80 manat, faiz borcu üzrə 416.72 manat. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin 29 iyul 2022-ci il tarixli M/34 saylı rəyindən məlum olur ki, Cavabdeh2, Cavabdeh3 Bəhram qızına, X4, Cavabdeh6 və Cavabdeh4 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 0.0555 ha torpaq sahəsinin və üzərində olan 19 saylı fərdi yaşayış evinin real bazar dəyəri 46000 (qırx altı min) manat, likvid dəyəri 40000 (qırx min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 7331.52 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 59.3-cü maddəsinin tələbinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd edilir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadının 20-ci bəndinə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mübahisəli məsələ ilə bağlı təqdimat vermiş məhkəmə tərkibi ilə razılaşaraq hesab edir ki, “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 24 aprel 2015-ci il tarixli, 121.LN.2004.240415.00002 saylı kredit müqaviləsi üzrə 4975.80 manat əsas borc, 25.85 manat faiz, gecikdirməyə görə cərimə 100 manat, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 416.72 manat hesablanmış faiz borcu olmaqla, cəmi 5518.37 manat məbləğində borc və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli; Tutma Cavabdeh2, Cavabdeh3 Bəhram qızına, X4, Cavabdeh6 və Cavabdeh4 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 0.0555 ha torpaq sahəsinə və üzərində olan 19 saylı fərdi yaşayış evinə yönləndirilməli; ipoteka predmeti açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilməli; Cavabdeh2, Cavabdeh3 Bəhram qızına, X4, Cavabdeh6 və Cavabdeh4 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 0.0555 ha torpaq sahəsinə və üzərində olan 19 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 Bəhram qızının, X3, Cavabdeh6 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılması və həmin evin iddiaçıya təhvil verilməsi tələbi evə tutma yönəldikdikdən və o satıldıqdan sonra mümkün olduğundan təmin edilməməli; İpoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsi təmin edilməməli; ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 40000 (qırx min) manat məbləğində müəyyən edilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Bəhram qızından, X4, Cavabdeh6 və Cavabdeh4 müştərək qaydada 300 manat ekspertiza xərci tutularaq «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 24 aprel 2015-ci il tarixli, 121.LN.2004.240415.00002 saylı kredit müqaviləsi üzrə 4975.80 manat əsas borc, 25.85 manat faiz, gecikdirməyə görə cərimə 100 manat, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 416.72 manat hesablanmış faiz borcu olmaqla, cəmi 5518.37 manat məbləğində borc və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh2, Cavabdeh3 Bəhram qızına, X4, Cavabdeh6 və Cavabdeh4 məxsus Yevlax şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 0.0555 ha torpaq sahəsinə və üzərində olan 19 saylı fərdi yaşayış evinə yönləndirilsin. İpoteka predmeti açıq hərracda satılsın və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilsin. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 40000 (qırx min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bəhram qızından, X2, Cavabdeh6 və Cavabdeh4 müştərək qaydada 300 manat ekspertiza xərci tutularaq «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-22/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-22/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver