Məhkəmə qərarları › İş №2(039)-2200/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2200/2023

10.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2200/2023 10.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, həyat yoldaşı X1 12 iyul 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəni belə əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X5 xx.xx.2023-cü ıl tarixdə vəfat etmişdir Həmin tarixdə də, Xanabad kənd qəbristanlığında dəfn edimişdir. Həyat yoldaşının ölüm kağınızı əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubuna əsasən ölümü təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün həmin orqandan ölüm haqqında şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: X3 bildirmişdir ki, Ərizəçi onun atasıdır, mərhum Məlahət Elmiyeva isə onun anası olmuşdur. Anası 12 iyul 2023-cü il tarixdə vəfat etmiş və Xanabad kənd qəbristanlığında dəfn edimişdir X4 bildirmişdir ki, mərhum Məlahət Elmiyeva onun anası olmuşdur. 12 iyul 2023-cü il tarixdə vəfat etmiş və Xanabad kənd qəbristanlığında dəfn edimişdir Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubda qeyd edilir ki, mərhum X2 ölüm haqqında şəhadətnamə, mərhumun ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. Təcili və X6 Stansiyası Xəbərdarlıq vəsiqəsindən görünür ki, 12 iyun 2023-cü il tarixdə KYS-təcili tibbi yardım briqadasının gələrək aparılmış müayinə zamanı Yevlax rayonu Xanabad kəndində xx.xx.1961-ci il təvəllüdlü X1 həkiməqədər ölüm səbəbi ilə qadın cinsli meyit aşkar edilmişdir. Ərəbbəsrə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 24 iyul 2023-cü il tarixdə verilmiş 404 №li arayışda qeyd edilir ki, mərhum X5 (xx.xx.1961) ondan ötrü ki, o, 11 iyul 2023-cü il tarixdə Yevlax rayon Xanabad kəndində vəfat edib və kənd sakinlərini iştirakı ilə Yevlax rayon Xanabad kənd qəbiristanlığında dəfn edilmişdir. AZE ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1961-ci il tarixdə Yevlax rayonu Xaldan kəndində anadan olmuşdur. Hüquqi məsələlər: Mülki-Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə X1 12 iyul 2023-cü il tarixdə ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə müəyyən mülki hüquqlarının həyata keçirilməsi ilə bağlı gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 08 may 1961-ci il tarixdə Yevlax rayonu, Xaldan kəndində doğulmuş X1 12 iyul 2023cü il tarixdə Yevlax rayonu, Xanabad kəndində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar