Məhkəmə qərarları › İş №2(039)-2209/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2209/2023

25.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2209/2023 25.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı «6550 manat dəyərində qızıl-zinət əşyalarının və ya onun dəyərinin, 5000 manat pulun, 1600 manat dəyərində stol-stulun və xrustal qabların dəyərinin, cəmi 13150 manatın cavabdehlərdən tutulması» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı «6550 manat dəyərində qızıl-zinət əşyalarının və ya onun dəyərinin, 5000 manat pulun, 1600 manat dəyərində stol-stulun və xrustal qabların dəyərinin, cəmi 13150 manatın cavabdehlərdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona toyunda alınmış qızıl-zinət əşyalarının və ya onların dəyərinin, iddia əriəsinin predmetini təkil edən və iddia ərizəsinin təsviri hissəsində göstərilən cəmi 6550 manat məbləğində qızıl-zinət əşyalarının və ya dəyərinin, 5000 manat pulun, qırılıb məhv edilmiş əşyalarının dəyəri olan 1600 manatın cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, 2016-cı ildə X4 ilə ailə qurmuşdur. Yeddi il ailəli olmuşlar. Hazırda Vüqar başqa bir qadınla yaşayır. Onu evdən çıxartmışlar. Qızıllar ona toy ərəfəsində hədiyyə edilmişdir. Qızıl üzüyü və sepi qayınanası hədiyyə etmişdir. Lakin onların şəkili yoxdur. Toydan sonra qızılları əlindən almışlar. Qızılları qayınanası saxlayırdı. Qızıllardan gündəlik istifadə etmirdi. Qızıllar evin zirzəmisində pullarla bir yerdə saxlanılırdı. 08 iyul 2023-cü ildə Vüqar evə başqa qadınla gəlmişdir. Evdə mübahisə oldu. Vüqar onu döydüyü üçün məcbur olub qonşuya qaçmışdır. O evə qayıdanda ev dağınıq idi və Vüqar yox idi. Qabları və mebel qırıq idi. O evi yığışdıranda, Vüqar evə qayırdı. Vüqar zirzəmiyə girib pulları və qızılları götürüb, onu da təhqir edərək, qızıl görməyəcək deyərək çıxarıb getmişdir. Həmçinin atası onun üçün cavabdehlərə Rusiyadan pul göndərmişdir. Hazırda qızıllarını, həmin pulu və cehizinə vurulan ziyanı istəyir. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmənin əvvəlki iclasında izah etmişdir ki, Vüqar onun oğludur. Hazırda oğlunun harada olmasını bilmir. Toy ərəfəsində qızılları almışlar. Bir sep bir də üzük olmayıb. O üzük hədiyyə etməmişdir. Digər qızıllar olmuşdur. 08 iyul 2023-cü il tarixdə dava-dalaş olmayıb. Polisə Mədinə döyülməsi ilə bağlı müraciət etmişdir. Cavabdehlər X3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər X2 və Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, toyda qızıllar qızına hədiyyə edilmişdir. Qızı ərə gedəndən sonra qızılları qayınanasına vermişdir. Vüqar qızını itələyib qızılları da götürüb evdən getmişdir. Onları Mədinə evdən çıxsa qızılları qaytaracaqlarını demişlər. Qızı evdən çıxdı. Lakin qızılları vermədilər. Dedilər ki, Vüqar qızılları satıb. Sonrada da onlara Vüqar qızılları satdığı bildirilmişdir. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 21 iyun 2023-cü il tarixli MŞY/MT034/2023-00054 saylı arayışdan məlum olur ki, İddiaçı əmlak tələbi ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(039)-280/2023 saylı qətnaməsində məlum olur ki, Cavabdeh1 ilə Hüseynova (Həsənova) Mədinə İlham qızı arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mobil MMC-nin 04 dekabr 2023-cü il tarixli 181 saylı rəyindən məlum olur ki, briliyant qaşlı nişan üzüyü – 8 qr. çəkidə 750 əyyarlı Bakı istehsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 8 qr. çəkidə olan qızıl brilyant qaşları ilə birlikdə qiyməti 950 manat, boyunbağı – 12 qr. çəkidə 750 əyyarlı Moskva istehsalı olan 1 qram qızılın alış qiyməti 100 manat, satış qiyməti 120 manat olmaqla 12 qr. çəkidə olan qiyməti 1440 manat, briliyant qaşlı Kəpənək formasında sırğa-üzük dəsti – 12 qram 750 əyyarlı Moskva istehsalı olan 1 qram qızılın alış qiyməti 100 manat, satış qiyməti 120 manat olmaqla 12 qr. çəkidə olan qızılın brilyant qaşları ilə birlikdə qiyməti 1500 manat, sep – 10 qr. çəkidə 583 əyyarlı Bakı istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 80 manat olmaqla 10 qr. çəkidə olan qızılın qiyməti 800 manat, firuzə qaşlı üzük – 8 qr. çəkidə 583 əyyarlı Bakı istehsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 80 manat olmaqla 8 qr. çəkidə olan qızılın qiyməti 640 manat dəyərində qiymətləndirlilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə cavabdeh X4 evlənmişlər. Evlilik zamanı iddiaçıya qızıl-zinət əşyaları hədiyyə etmişdir. İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı «6550 manat dəyərində qızıl-zinət əşyalarının və ya onun dəyərinin, 5000 manat pulun, 1600 manat dəyərində stol-stulun və xrustal qabların dəyərinin, cəmi 13150 manatın cavabdehlərdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona toyunda alınmış qızıl-zinət əşyalarının və ya onların dəyərinin, iddia əriəsinin predmetini təşkil edən və iddia ərizəsinin təsviri hissəsində göstərilən cəmi 6550 manat məbləğində qızıl-zinət əşyalarının və ya dəyərinin, 5000 manat pulun, qırılıb məhv edilmiş əşyalarının dəyəri olan 1600 manatın cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddianın qızıl hissəsində qeyd edir ki, iddiaçı tərəf 10 qram çəkidə sepin və firuzə qaşlı üzüyünün mövcud olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Lakin qalan qızılların iddiaçıya hədiyyə edilməsi Cavabdeh2 tərəfindən təsdiq etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiçı izahatında qızılların cavabdeh X4 tərəfindən götürüldüyünü bildirmişdir. Məhkəmə iddianın pul tələbi hissəsində qeyd edir ki, iddiaçı 5000 manat pulun valideyinləri tərəfindən cavabdehlərə göndərilməsini bildirmişdir. Eyni zamannda məhkəmə qırılıb məhv edilmiş əşyaların dəyi ilə bağlı qeyd edir ki, həmin əşyaların kim tərəfindən qırılmaına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 briliyant qaşlı nişan üzüyü – 8 qr. çəkidə 750 əyyarlı Bakı istehsalı olan qiyməti 950 manat, boyunbağı – 12 qr. çəkidə 750 əyyarlı Moskva istehsalı olan qiyməti 1440 manat, briliyant qaşlı Kəpənək formasında sırğa-üzük dəsti – 12 qram 750 əyyarlı Moskva istehsalı qiyməti 1500 manat naturada, əmlaklar naturada olmadıqda əmlakının dəyəri alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, işə obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra, əldə edilən sübutlara hüquqi qiymət verərək iddiaçının iddia etdiyi tələblər üzrə nəticəyə gələrkən, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş, bilavasitəlik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. cavabdeh X1 briliyant qaşlı nişan üzüyü – 8 qr. çəkidə 750 əyyarlı Bakı istehsalı olan qiyməti 950 manat, boyunbağı – 12 qr. çəkidə 750 əyyarlı Moskva istehsalı olan qiyməti 1440 manat, briliyant qaşlı Kəpənək formasında sırğa-üzük dəsti – 12 qram 750 əyyarlı Moskva istehsalı qiyməti 1500 manat naturada, əmlaklar naturada olmadıqda əmlakının dəyəri alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar