Məhkəmə qərarları › İş №2(039)-2231/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2231/2023

12.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2231/2023 12.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladı X1 28 fevral 2011-ci il tarixdə Yevlax rayonu Hürüuşağı kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəni belə əsaslandırmışdır ki, X4 doğma övladı olmuş, 28 fevral 2011-ci il tarxdə Yevlax rayonu Hürüuşağı kəndində vəfat etmiş və Hürüuşağı kənd qəbristanlığında dəfn edilmişdir. Mərhum övladı Tünzalə Məmmədovanın ölümü qeydiyyat orqanlarında qeyd edilməmişdir. Hazırda miras qalmış əmlaka vərəsəlik işi açılması zərurəti ilə əlaqədar mərhum övladı Tünzalə Məmmədovanın ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu barədə Maraqlı şəxsnə müraciət etmişdir, lakin tələbi təmin edilməmişdir, məhkəməyə müraciət etməyini bildirmişlər. Mərhum övladı Tünzalə Məmmədovanın 28 fevral 2011-ci il tarixdə Yevlax rayonu Hürüuşağı kəndində vəfat etməsini Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 14 avqust 2023-cü il tarixli arayışı, qəbriüstü fotoşəkil və şahidlər də təsdiq edə bilər. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: X3 bildirmişdir ki, Ərizəçi ilə qonşudur. Validənin qızı Tünzalə 28 fevral 2011-ci il tarixdə vəfat etmişdir. Özü şəxsən onun yas mərasimində iştirak etmişdir. X2 bildirmişdir ki, Ərizəçi ilə qonşudur. Validənin qızı Tünzalə xəstə olmuş və xəstəlikdən 28 fevral 2011-ci il tarixdə vəfat etmişdir. Onun yas mərasimində iştirak etmişdir. Vİ-ЖГ 432106 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 01 fevral 1980-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, ata qrafasında X5, ana qrafasında Ərizəçi qeyd olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli arayışda qeyd olunur ki, mərhum qızı X1 ölüm haqqında şəhadətnamə, mərhumun ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. Tanrıqulular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 avqust 2023-cü il tarixdə verilmiş 5-9-16/2-456/2023 №li arayışda qeyd edilir ki, X4 (xx.xx.1980) xx.xx.2011-ci il tarixdə vəfat edib və kənd sakinlərini iştirakı ilə Yevlax rayon Hürüuşağı kənd qəbiristanlığında dəfn edilmişdir. AZE 06307864 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1980-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Hüquqi məsələlər: Mülki-Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə X1 xx.xx.2011-ci il tarixdə ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə müəyyən mülki hüquqlarının həyata keçirilməsi ilə bağlı gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 01 fevral 1980-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş X1 28 fevral 2011-ci il tarixdə Yevlax rayonu, Hürüuşağı kəndində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar