Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2237/2022 27.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, həyat yoldaşı X6 31 avqust 2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar ölüm faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəni belə əsaslandırmışdır ki, mərhum həyat yoldaşı İzzət Əkbərov, 31 avqust 2022-ci il tarixdə vəfat etmiş və həmin tarixdə də dəfn edimişdir. Onun qəbri hal-hazırda Yevlax şəhərində yerləşən Dəvəçi qəbristanlığındadır. Həyat yoldaşının ölüm kağızını əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli məktubuna əsasən ölümü təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün həmin orqandan ölüm haqqında şəhadətnamə verilmədi və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Qeyd olunan ölüm faktını başqa formada əldə edə bilmədiyindən, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: X4 bildirmişdir ki, Yevlax Rayon Təhsil Şöbsində işləyir. X10 bir kollektivdə işləmişdir. 31 avqust 2022-ci il tarixdə səhər saatlarında iş yerində olarkən İzzət Əkbərovun halı qəfil pisləşmişdir. Buna görə dərhal təcili tibbi yardım çağırılmışdır. Lakin, İzzət Əkbərov bir neçə dəqiqədən sonra, həkim gələnədək ölmüşdür. İzzət Əkbərov həmin gün Yevlax şəhərində yerləşən Dəvəçi qəbiristanlığında dəfn edilmişdir. X2 bildirmişdir ki, mərhum İzzət Əkbərov onun iş yoldaşı olmuşdur. 31 avqust 2022-ci tarixdə səhər saatlarında işdə olan zaman İzzət Əkbərovla görüşmüş, sonuncu bildirmişdir ki, özünü pis hiss edir. Bir neçə dəqiqədən sonra o halsızlaşmışdır. Ona təcili yardım çağırsalar da, həkim gələnədək o ölmüşdür. Təcili və X7 Stansiyası Xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, 31 avqust 2022-ci il tarixdə 08:33-də Təhsil şöbəsinə X6 adına çağırış olmuşdur. Həkimə qədər ölüm halı müəyyən edilmişdir. Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubunda qeyd edilir ki, həyat yoldaşınızın ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra ölüm haqqında şəhadətnamə verilə bilər. Mülki Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.11 qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin əri X6 31 avqust 2022-ci il tarixdə ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 28 iyul 1960-cı il təvəllüdlü X6 31 avqust 2022-ci il tarixdə Yevlax şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2237/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2237/2022
27.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver