Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2258/2024 28.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, babası 1912-ci il təvəllüdlü Ərizəçi İsmayıl oğlunun 05 avqust 1958-ci il tarixdə vəfat etməsi, yəni onun ölümünün qeyd edilmə faktının, habelə mərhum atası X2 mərhum babası Ərizəçi İsmayıl oğlunun oğlu olması faktının, yəni şəxslərin qohumluq münasibətinin məhkəmə qaydasında müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, hazırda tələbin həcmini azaldaraq tələbin ölüm faktının müəyyən edilməsi hissəsinə baxılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izah etdi ki, ərizəçinin babası Ərizəçi İsmayıl oğlunun 05 avqust 1958-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsini xahiş edir. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə əvvəlki iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçinin babası vəfat etmişdir. Həmin vaxt onun 10 yaşı var idi. Bilirdi ki, kənddə Ərizəçi adlı şəxs var. Məhkəmə əvvəlki iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçi vəfat edəndə onun 10-11 yaşı var idi. Oğlu Ələddin və nəvəsi Əsgərdi. Məhkəmə əvvəlki iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, ərizəçi onun sinif yoldaşıdır. Qəbiristanlığa ziyarətə gedən zaman ərizəçinin atası Ələddin babası Əsgərin qəbri üstündə quran oxutduğunu görmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 20 avqust 2024-cü il tarixli aktdan görünür ki, Ərizəçi İsmayıl oğlu 05 avqust 1958-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, X8 filialının 15 avqust 2024-cü il tarixli 3-48-DA-15F/2-224/2024 saylı arayışından görünür ki, Ərizəçi İsmayıl oğlunun ölümü haqqında heç bir sənəd aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, X8 filialının 15 avqust 2024-cü il tarixli 3-48-DA-15F/2-224/2024 saylı arayışından görünür ki, X2 doğum tarixi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 26 avqust 2019-cu il tarixli AZ-ll 006839 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 17 avqust 2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 01 sentyabr 1965-ci il tarixli AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 01 avqust 1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 17 oktyabr 2024-cü il tarixli 727 saylı məktubundan görünür ki, X2 doğum haqqında akt qeydinin məhkəməyə təqdim olunması mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin babası Ərizəçi İsmayıl oğlu 05 avqust 1958-ci il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün ölüm barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, Ərizəçi İsmayıl oğlunun 05 avqust 1958-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi İsmayıl oğlunun 05 avqust 1958-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Ərizəçi İsmayıl oğlunun Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2258/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2258/2024
28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver