Məhkəmə qərarları › İş №2(039)-2291/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2291/2023

02.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2291/2023 02.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladı X5 11 aprel 1998-ci il tarixdə Yevlax şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəni belə əsaslandırmışdır ki, X10 övladı olmuş, 11 aprel 1998-ci il tarixdə Yevlax şəhərində vəfat etmiş və Yevlax rayonu Qaraməmmədli kənd qəbristanlığında dəfn edilmişdir. Mərhum övladı X5 ölüm faktı qeydiyyat orqanında qeyd edilməmişdir. Hazırda miras qalmış əmlaka vərəsəlik işi açılmasıilə bağlı mərhum övladı X5 ölüm haqqında şəhadətnaməsi tələb olunur.Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmiş və məhkəməyə müraciət etməyimi bildirmişlər. Mərhum övladı X5 11 aprel 1998-ci il tarixdə Yevlax şəhərində vəfat etməsini qəbirüstü fotoşəkil və şahidlər də təsdiq edə bilər. Ona görə də şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: X2 bildirmişdir ki, Ərizəçi onun qohumudur. 1996-cı ildə Təranənin Əli adlı oğlu olmuşdur. Uşaq xəstə olduğundan 11 aprel 1998-ci il tarixdə vəfat etmişdir. Özü şəxsən onun yas mərasimində iştirak etmişdir. X1 bildirmişdir ki, Ərizəçi onun qohumudur. Təranənin oğlu Əli iki yaşında 11 aprel 1998-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubda qeyd edilir ki, mərhum X8 ölüm haqqında şəhadətnamə, mərhumun ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. XX-ЖГ 298565 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 07 dekabr 1996-cı il tarixdə Yevlax şəhərində doğulmuş atası X4, anası Ərizəçi Abdurəhim qızı qeyd edilmişdir. Hüquqi məsələlər: Mülki-Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin qardaşı, 07 dekabr 1996-cı il təvəllüdlü X5 11 aprel 1998-ci il tarixdə ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə müəyyən mülki hüquqlarının həyata keçirilməsi ilə bağlı gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 07 dekabr 1996-cı il tarixdə Yevlax şəhərində doğulmuş X5 11 aprel 1998-ci il tarixdə Yevlax şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar