Məhkəmə qərarları › İş №2(039)-2293/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2293/2024

22.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2293/2024 22.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Ərizəçi vəkili Vəkil iştirakları ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası xx.xx.1956-cı il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Yevlax rayonu, Nəmərli kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, onun mərhum atası X2 rayonu, Nəmərli kəndində öz yaşadıqları evdə xx.xx.2024-cü il tarixində ürək tutmasından vəfat etmişdir. Atası Köyük kənd qəbristanlığında dəfn edilmişdir. Qeyd etdiyi kimi atası bu ilin iyun ayında vəfat edəndən sonar onlar ölümün qeydə alınması üçün vaxtında müraciət etmədiyindən qeydiyyat şöbəsində ölümünə dair müvafiq şəhadətnmə verilmmişdir. Həmin şəhadətnamə onları üçün əhəmiyyətlidir. Atasının ölümündən sonar mirasla bağlı yarana biləcək müyyən hüquqları nizamlamaq üçün ölüm haqqında şəhadətnamənin onlar üçün əhmiyyatı var. Buna görə də məhkəməyə müraciət edərək ölümün qeyd edilən faktın məhkəmə qaydasında müəyyən edilməsini istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən Ərizəçi və vəkili Vəkil ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2076 №li məktubda X4 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. Yevlax rayonu, Qaramanlı sovetliyi tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş XV- ЖГ № 392384 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990cu il təvəllüdlü Ərizəçi atası X8 anası X1r. Yevlax rayonu, Qaramanlı sovetliyi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş V-ЖГ seriyalı 273485 №li nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X3 arasında bağlanmış nikah 1900-ci ilin yanvar ayının 12-ci günündə akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Bədəlov, arvada isə Məmmədova soyadı verilmişdir. Yevlax rayonu, Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərədindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Yevlax rayon Nəmərli kəndinin sakini X8 həqiqətən xx.xx.2024-cü il tarixdə ürək tutmasından vəfat etmişdir. Mərhum Köyük kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X7 ifadələrində ərizəçinin əmisi və həyat yoldaşı olduqlarını, mərhum X8 xx.xx.2024-cü il tarixdə Yevlax rayonu, Nəmərli kəndində öldüyünü və Köyük kənd qəbristanlığında dəfn olduğunu bildirmiş və müvafiq fotoşəkilləri təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, X8 xx.xx.2024ci il tarixdə Yevlax rayonu, Nəmərli kəndində ölmüşdür. Ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 xx.xx.2024-cü il tarixdə Yevlax rayonu, Nəmərli kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar