Məhkəmə qərarları › İş №2(039)-2353/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2353/2024

04.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2353/2024 04.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X4 26 avqust 2024-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında göstərmişdir ki, Yevlax rayonu Aran qəsəbəsində yaşayan anası X6 26 avqust 2024-cü il tarixdə yaşadığı evdə qocalıq səbəbindən ölmüş və həmin qəsəbədə yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Anasının ölümündən sonra ölüm haqqında şəhadətnamənin alınması barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etmədiklərindən anasının ölümü barədə akt qeydi aparılmamışdır. Ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Qeyd edilənlərin nəzərə ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçini uzun müddətdir ki, tanıyır və onunla qohumluq münasibətləri vardır. Ərizəçinin mərhum anası Məryəm Xəlilova 26 avqust 2024-cü ildə yaşadığı evdə xəstəlikdən vəfat etmiş və Yevlax rayonu Aran qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. X9 dəfnində və yas mərasimində qohum olaraq iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Mərhum anası Məryəm Xəlilova 26 avqust 2024-cü ildə yaşadığı evdə xəstəlikdən vəfat etmiş və Yevlax rayonu Aran qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Həmin vaxt təcili tibbi yardım çağırmadıqlarından anasının ölümü barədə tibbi şəhadətnamə verilməmişdir. Bu səbəbdən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölümün qeydə alınması mümkün olmamışdır. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx xxxxxxx 1968-ci ildə doğulmuşdur, atası X5, anası X1r. İşdə olan Yevlax rayon Aran qəsəbə İnzibati Ərazi Dairi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Yevlax rayonu Aran qəsəbəsində yaşayır və anası X6 26 avqust 2024-cü ildə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X4 ölümünü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi «Yevlax rayon Mərkəzi Xəstəxanası» X16 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 23 aprel 1937-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixində Yevlax rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin anası X6 26 avqust 2024-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsində yaşadığı evdə vəfat etmiş və Yevlax rayonunun Aran qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Həmin vaxt onun ölümü ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən ölümün qeydə alınmaı mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə X4 ölümünün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ərzəçiyə mərhum anasına ölüm haqqında şəhadətnamə almaq üçün zəruridir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, X4 26 avqust 2024-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 23 aprel 1937-ci ildə Yevlax rayonunda doğulmuş X4 26 avqust 2024-cü ildə Yevlax rayonu Aran qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar