Məhkəmə qərarları › İş №2(039)-2356/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2356/2025

16.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2356/2025 16.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı X8 və onun nümayəndəsi X9, Cavabdehlər Cavabdeh2, X3, Cavabdeh1 və onun vəkili X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı cehiz və qızıl-zinət əşyaları tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, mğəyyən etdi: İddiaçı X15 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı cehiz və qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh1 ilə faktiki nikaha girməklə evlənib ailə qurmuşdur. Cavabdeh1 ilə əvvəllər münsibətləri yaxşı olsa da, sonradan münsibətləri cavabdehin təqsiri üzündən pozulmuşdur. Dəfələrlə ailənin dağılmaması üçün təşəbbüslər göstərsə də, lakin heç bir nəticəsi olmamışdır. Nəhayət ki, boşanmaq qərarına gəlmiş və hazırda valideynlərinin yanında yaşayır. Cavabdehlə evlənərkən valideynləri tərəfindən ona bir neçə adda cehiz əşyaları, həmçinin cavabdeh tərəfindən ona bir neçə adda qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Belə ki, sonuncu dəfə evdən çıxarkən anası onu xalça yumaq üçün çağırmışdır. Axşamı isə o (iddiaçı) evə getmək istəyərkən cavabdehlər bildirmişlər ki, evə qayıtmasın. Hazırda cehizləri və qızılları cavabdehlərin yaşadığı evdə yerləşir. Münasibətləri pozulub ayrıldığı vaxtdan cavabdehlər ona valideynləri tərəfindən verilmiş əmlakları və toy zamanı hədiyyə olunmuş qızıllarını könüllü olaraq verməkdən imtina etmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona (iddiaçıya) məxsus 80 manat dəyərində 1 ədəd iki nəfərlik taxt döşəyi, 70 manat dəyərində 1 ədəd iki nəfərli yorğan, 80 manat dəyərində 1 ədəd iki nəfərli balınc (qaz tükündən), 20 manat dəyərində 2 ədəd pambıq balınc, 70 mana dəyərində 1 ədəd buxov odeyal, 30 manat dəyərində 1 ədəd pambıq yorğan, 250 manat dəyərində 1 ədəd samovar,150 manat dəyərində 1 ədəd böyük meyvə qabı, cəmi 170 manat dəyərində (80+50+40) 3 ədəd dəst, 225 manat dəyərində naha dəsti, cəmi 85 manat dəyərində (25+25+35) 3 dəst qədəh, 60 manat dəyərində boşqab dəsti (48 predmet), cəmi 300 manat dəyərində 4 ədəd qazan, 2 ədəd tava, çaydan-çaynik dəsti, 25 manat dəyərində 1 ədəd tor qabı, 15 manat dəyərində podnus dəsti, cəmi 29 manat dəyərində 7 ədəd plsastik ləyən, 20 manat dəyərində çəngəl dəsti (12 ədəd), cəmi 40 manat dəyərində qaşıq dəsti (12 ədəd çay qaşığı, 12 ədəd xörək qaşığı), 6 manat dəyərində abgərdən,30 manat dəyərində 3 ədəd əl-üz dəsmalı, 40 manat dəyərində 3 ədəd hamam dəsmalı, 35 manat dəyərində 1 ədəd gül qabı, 100 manat dəyərində 3 ədəd yataq dəsti, 40 manat dəyərində 2 ədəd tək adamlıq yataq dəsti, 20 manat dəyərində 12 ədəd stəkan, 25 manat dəyərində 6 ədəd armudu stəkan-nəlbəki, 12 manat dəyərində 6 ədəd qulplu stəkan, 35 manat dəyərində 2 ədəd yataq dəsti (prostina), 6 manat dəyərində 1 ədəd vanna, 3 manat dəyərində 1 ədəd avtafa,30 manat dəyərində6 ədəd şirə qabı (qruşka),100 manat dəyərində qrafinka dəsti (əlavə 6 ədəd kiçik), 20 manat dəyərində 6 ədəd kasa (qaşıqları ilə birlikdə), 25 manat dəyərində 2 ədəd konfet qabı, 25 manat dəyərində 2 ədəd qənd qabı, 20 manat dəyərində 12 ədəd meyvə qabı (bıçağı ilə birlikdə), 2500 manat dəyərində mebel dəsti (taxt, termo, 2 tumba, dolab), 35 manat dəyərində 1 ədəd pərdə, 25 manat dəyərində 1 ədəd stolüstü süfrə, 40 manat dəyərində 1 ədəd süfrə (6 ədəd salfetkası ilə birlikdə), 300 manat dəyərində 1 ədəd böyük xalça, 990 manat dəyərində Rusiya istehsalı olan qızıl dəsti (1 ədəd qolbağı 5 qr, 1 ədəd moruq boyunbağı 6 qr.), 270 manat dəyərində Rusiya istehsalı olan 1 ədəd 3 qramlıq qızıl üzük, 360 manat dəyərində Rusiya istehsalı olan 4 qramlıq 1 ədəd qızıl üzük, 540 manat dəyərində Rusiya istehsalı olan 6 qramlıq qızıl üzüksırğa dəsti cavabdehlərdə qalmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respubliksının Mülki Məcəlləsinin 157.2, 225.2-ci maddələrinə və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə istinad edərək, cavabdehlər Cavabdeh1, X1 və X2 80 manat dəyərində 1 ədəd iki nəfərlik taxt döşəyi, 70 manat dəyərində 1 ədəd iki nəfərli yorğan, 80 manat dəyərində 1 ədəd iki nəfərli balınc (qaz tükündən), 20 manat dəyərində 2 ədəd pambıq balınc, 70 mana dəyərində 1 ədəd buxov odeyal, 30 manat dəyərində 1 ədəd pambıq yorğan, 250 manat dəyərində 1 ədəd samovar,150 manat dəyərində 1 ədəd böyük meyvə qabı, cəmi 170 manat dəyərində (80+50+40) 3 ədəd dəst, 225 manat dəyərində naha dəsti, cəmi 85 manat dəyərində (25+25+35) 3 dəst qədəh, 60 manat dəyərində boşqab dəsti (48 predmet), cəmi 300 manat dəyərində 4 ədəd qazan, 2 ədəd tava, çaydan-çaynik dəsti, 25 manat dəyərində 1 ədəd tor qabı, 15 manat dəyərində podnus dəsti, cəmi 29 manat dəyərində 7 ədəd plsastik ləyən, 20 manat dəyərində çəngəl dəsti (12 ədəd), cəmi 40 manat dəyərində qaşıq dəsti (12 ədəd çay qaşığı, 12 ədəd xörək qaşığı), 6 manat dəyərində abgərdən,30 manat dəyərində 3 ədəd əl-üz dəsmalı, 40 manat dəyərində 3 ədəd hamam dəsmalı, 35 manat dəyərində 1 ədəd gül qabı, 100 manat dəyərində 3 ədəd yataq dəsti, 40 manat dəyərində 2 ədəd tək adamlıq yataq dəsti, 20 manat dəyərində 12 ədəd stəkan, 25 manat dəyərində 6 ədəd armudu stəkan-nəlbəki, 12 manat dəyərində 6 ədəd qulplu stəkan, 35 manat dəyərində 2 ədəd yataq dəsti (prostina), 6 manat dəyərində 1 ədəd vanna, 3 manat dəyərində 1 ədəd avtafa,30 manat dəyərində6 ədəd şirə qabı (qruşka),100 manat dəyərində qrafinka dəsti (əlavə 6 ədəd kiçik), 20 manat dəyərində 6 ədəd kasa (qaşıqları ilə birlikdə), 25 manat dəyərində 2 ədəd konfet qabı, 25 manat dəyərində 2 ədəd qənd qabı, 20 manat dəyərində 12 ədəd meyvə qabı (bıçağı ilə birlikdə), 2500 manat dəyərində mebel dəsti (taxt, termo, 2 tumba, dolab), 35 manat dəyərində 1 ədəd pərdə, 25 manat dəyərində 1 ədəd stolüstü süfrə, 40 manat dəyərində 1 ədəd süfrə (6 ədəd salfetkası ilə birlikdə), 300 manat dəyərində 1 ədəd böyük xalça, 990 manat dəyərində Rusiya istehsalı olan qızıl dəsti (1 ədəd qolbağı 5 qr, 1 ədəd moruq boyunbağı 6 qr.), 270 manat dəyərində Rusiya istehsalı olan 1 ədəd 3 qramlıq qızıl üzük, 360 manat dəyərində Rusiya istehsalı olan 4 qramlıq 1 ədəd qızıl üzük, 540 manat dəyərində Rusiya istehsalı olan 6 qramlıq qızıl üzük-sırğa dəstinin naturada və yaxud dəyərinin, həmçinin 94.4 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, xx.xx.2018-ci tarixində Cavabdeh1 ilə rərmi nikaha daxil olmaqla ailə qurmuşdur. Hazırda nikahları pozulmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Uğur adlı uşaqları doğulmuşdur. Cavabdehlə evlənəndə ona toy hədiyyəsi olaraq 3 ədəd üzük, sırğa-üzükdən ibarət sadə ağ qaşlı qızıl dəsti, qolbağı və boyunbağı hədiyyə olunmuşdur. Qızıllar yoldaşının nənəsi Laləzar xanımda olmuşdur. Qızılları öz toyundan sonra 1 dəfə Bakı şəhərinə yoldaşının qohumunun toyuna gedən zaman yoldaşının nənəsi ona vermiş, toydan gələndən sonra isə qaşları düşüb itər deyib geri tələb edib ondan almışdır. Ər evindən çıxan zaman qızıl-zinət və digər əşyaları götürməmişdir. Hər şey cavabdehlərdə qalmışdır. Ər evindən anasına xalça-palaz yumağa kömək üçün getmişdir. Birdəfəlik getmək niyyəti olmamışdır. Lakin keçmiş ərinin qohumlarının ona qarşı olan münasibəti ailənin dağılmasına səbəb olmuşdur. Anasnın evində bir həfdətən az olmuşdur. Qızılları ər evində ərinin nənəsinə məxsus, ağzı qıfılla bağlı sandıqda saxlanılmışdır. Qızılların hamısının alınmasında iştirak etmiş və buna görə də qiymətlərini bilmişdir. Sandıq onunla ərinin yaşadıqları otaqda olmuşdur. Sandıq ərinin nənəsi nənəsi Laləzər xanıma məxsus olduğundan, qapağı həmişə bağlı olmuş, açarı isə Laləzar xanımda olmuşdur. Ev dörd otaqdan ibarətdir, lakin iki otağında yaşayış yoxdur, digər iki otaq isə içiçədir. Yaşayış olan otaqların birində ərinin ailəsi, ikinci otaqda isə o əri ilə yaşamışdır. Anasına kömək etmək üçün gedən zaman özü və uşağı üçün hərəsinə bir dəst paltar götürmüşdür. Həmin Həmin paltarları uşaq çantasına qoyub götürmüş, başqa heç nə götürməmişdir. Evdən çıxan zaman əri və qaynanası işdə olduğundan, həmin vaxt evdə o və ərinin nənəsi olmuşdur. Qardaşı tərəfindən verilmiş üzük isə həmşə onun (iddiaçının) barmağında olmuşdur. Buna görə də, evdən gedən zaman həmn üzük də özündə olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X16 iddianı müdafiə edərək, iddiaçının izahatına uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, X15 ilə ailə həyatı qurmuş, toyları xx.xx.2025-ci il tarixində olmuşdur. Toyda İddiaçı onlar tərəfindən 450 manat dəyərində qızıl üzük-sırğa dəsti hədiyyə olunmuşdur. Həmin üçüz sırğa dəsti alınan zaman Aytac Məmişava iştirak etməmişdir. Bundan başqa, İddiaçı toyda qardaşı tərfindən 1 ədəd üzük hədiyyə olmuşdur. Qızılları həmişə İddiaçı özündə olmuş və evdən gedən zaman Aytac həmin əşyaları özü ilə aparmışdır. İddiaçı onun evinə icra məmuru ilə gəlib anası tərəfindən verilmiş cehizin siyahısını axtarmışdır. Həmin vaxt sandığın açarı onun özündə olmuşdur. İddiaçı evdən çıxanda o evdə olmamışdır. Qızıllar özündə olduğundan özü ilə apardığını bilir. Yaşadıqları evdə iki sandıq var, biri biri İddiaçı, biri isə onun (cavabdehin) nənəsinindir. Sandıqların hər ikisi onların yaşadığı otaqdadır. Nənəsinə aid sandığın qıfılı olmamışdır. İddia ərizəsi ilə tanış olmuşdur. İddia ərizəsində göstərilən bütün cehiz əşyaları mövcud olmuş, lakin həmin əşyaların bəzilərinin dəyəri şişirdilmişdir. Həmin cehiz əşyalarının İddiaçı tərəfindən götürülməsinə etiraz etmir. İddiaçıya məxsus qızıl-zinət əşyaları onun (cavabdehin) yaşıdığı evdə qalmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, iddia ərizəsinin surətini alıb tanış olmuşdur. İddia ərizəsində göstərilən cehiz əşyaları mövcuddur. Sayı düzdür, lakin bəzi əşyaların qiyməti şişirdilmişdir. İddia ərizəsində göstərilən cehiz əşyalarının iddiaçı tərəfindən götürülməsinə etiraz etmir. Qızılzinət əşyalarından İddiaçı toydan sonra anası İsmayılova Laləzar tərəfindən 450 manat dəyərində üzük-sırğa dəsti hədiyyə olunmuşdur. Başqa heç bir qızıl hədiyyə olunmamışdır. Həmin qızıllar həmişə İddiaçı özündə olmuş və İddiaçı evdən gedən zaman həmin qızılları özü ilə aparmışdır. İddiaçı evdən gedən zaman o (cavabdeh) işdə olmuşdur. Məhkəmə iclasında cavabdeh X6 iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, iddia ərizəsini oxuya bilmədiyi üçün tanış olmamışdır. Lakin İddiaçı gətirdiyi bütün cehiz əşyaları onun evindədir və həmin əşyaların götürülməsinə etiraz etmir. İddiaçı toydan sonra 1 dəst 450 manat dəyərində üzük-sırğa almışlar. Həmin qızılları İddiaçı evdən gedən zaman özü ilə aparmışdır. İddiaçı harasa getdiyi vaxtlarda həmişə qızılları özü ilə aparmışdır. İddiaçı evdən gedəndə o (cavabdeh) evdə olmuşdur. İddiaçı evdən rahat şəkildə geyinərək anası ilə birlikdə getmiş və əlavə olaraq özü ilə bir çanta (sumka) əşya götürmüşdür. Məhkəmə, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X17 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı ilə uzaq qohum və yaxın qonşudur. İddiaçı boşanandan sonra ona məxsus qızıl əşyalarının ər evində qaldığını bilir. İddiaçı boşanmamışdan əvvəl anası evinə gələndə 1-2 dəfə üzərində boyunbağı, üzüksırğa görmüşdür. Qızılların ər evində qaldığını ünsiyyət zamanı İddiaçı demişdir. İddiaçı anası evinə gələndə onu həmin gün görməmişdir. Qızılları İddiaçı üzərində boşanmamışdan əvvəl görmüşdür. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı ilə qonşudur. Anası evinə gələndə qızıl və cehiz əşyaları Aytaca verilməmişdir. Onun üzərində qızılları toy kasetinə baxanda görmüşdür. Onun üzərində boşanmadan əvvəl və sonra heç vaxt qızıl əşyaları görməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı ilə uzaq qohum və yaxın qonşudur. İddiaçı boşanandan sonra ona məxsus qızıl əşyalarının ər evində qaldığını bilir. Bunu İddiaçı ayrıdıb anası evinə gələndən 1-2 gün sonra onlara gedəndə İddiaçı özündən eşitmiş, üzərində qızıl əşyaları görməmişdir. İddiaçı ayrılıb gələn gün onlarda olmamışdır. Aytacın üzərində qızıl əşyalarını şəkillərdə görmüşdür. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X18 İddiaçı ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X19 şahid X10 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş toy mərasiminin görüntülərini əks etdirən videodiskə və fotoşəkillərə baxış keçirilən zaman İddiaçı üzərində bir ədəd boyunbağının, üzük-sırğa dəstinin və 1 ədəd əlavə üzüyün olduğu müəyyən eilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-115/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında Yevlax rayon qeydiyyat şöbəsində 2018-ci ilin may ayının 15-ci günündə akt qeydləri kitabında 71 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra 27 aprel 2019-cu il təvəllüdlü X20 anası İddiaçı yanında qalması, 27 aprel 2019-cu il təvəllüdlü X20 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 13 sentyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh1 hər ay 180 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ədəd 5 qramlıq 585 əyar qolbağı 600 manat, 1 ədəd 13 qramlıq 585 əyar boyunbağı 1560 manat, 1 ədəd 13 qramlıq 585 əyar brilyant qaşlı qızıl nişan üzüyü 990 manat, 1 ədəd 1,3 qramlıq 585 əyar qadın üzüyü 270 manat, 1 ədəd 4 qramlq 585 əyar qızıl üzük 480 manat, 1 ədəd 6 qramlıq 585 əyar qızıl sırğa-üzük dəsti 720 manat, cəmi 4620 (dörd min altı yüz iyirmi) manat qiymətləndirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-115/2024 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında olan nikah pozulmuşdur. İddiaçı məxsus iddia ərizəsində qeyd edilən cehiz əşyaları, 1 ədəd 13 qramlıq 1560 manat dəyərində qızıl boyunbağı, 6 qramlıq 720 manat dəyərində qızılüzük sırğa dəsti və 1 ədəd 1.3 qramlıq 270 manat dəyərində qızıl üzük cavabdehlərin yaşadığı evdə qalmışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdehlər həmin əşyaları qaytarmaqdan imtina etmişdirlər. Buna görə də, iddaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə iddianın qızıl-zinət əşyaları tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmn hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə iclasında iddiaçı məhkəmə iclasında mövcudluğu təsdiq edilmiş 1 ədəd 13 qramlıq 1560 manat dəyərində qızıl boyunbağı, 6 qramlıq 720 manat dəyərində qızıl-üzük sırğa dəsti və 1 ədəd 1.3 qramlıq 270 manat dəyərində qızıl üzük istisna olmaqla iddia ərizəsində göstərilən digər qızıl əzyalarının mövcudluğuna dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mövcudluğu təsdiq edilmiş qızıl-zinət əşyaları həmişə iddaçının və cavabdehlərin yaşadıqları evdə olmuşdur. Cavabdehlər İddiaçı tərəfindən evdən gedən zaman həmin qızıl-zinət əşyalarının aparıldığını göstərsələr də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdirlər. Buna görə də, məhkəmə hesab edir ki, həmin qızıl-zinət əşyaları həqiqətədn də cavabdehlərin yaşadıqları evdə qalmışdır. Məhkəmə iddianın cehiz əşyaları tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, iddiaçı tərəfindən tələb edilən iddia ərizəsində göstərilən cehiz əyşalarının iddiaçıya məxsus olması, onun tərəfindən gətirilməsi və hazırda cavabdehlərin yaşadıqları evdə yerləşməsi həm iddiaçının, həm də cavabdehlərin izahatları ilə təsdiq olunur. Cavabdehlər həmin əşyaların həqiqətən də yşadıqları evdə olduğunu etiraf etmiş və iddiaçı tərəfindən götürülməsinə etiraz etmədiklərini bildirmişlər. Bununla yanaşı cavabdehlər qeyd edilən cehiz əşyalarının bəzilərinin dəyərinin artıq göstərildiyini bildirmişlər, lakin cehiz əşyalarından məhz hansının dəyərinin artıq göstərildiyinə aydınlıq gətirə bilməmiş və həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdirlər. Buna görə də, məhkəmə hesab edir ki, həmin cehiz əşyalarının dəyəri iddiaçının göstərdiyi dəyərlə qəbul edilməlidir. Azərbaycan Respublikasgngn Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasgngn Mülki Məcəlləsinin 152.1-ci madəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləlikə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, cavabdehlərdən 80 manat dəyərində 1 ədəd iki nəfərlik taxt döşəyi, 70 manat dəyərində 1 ədəd iki nəfərli yorğan, 80 manat dəyərində 1 ədəd iki nəfərli balınc (qaz tükündən), 20 manat dəyərində 2 ədəd pambıq balınc, 70 mana dəyərində 1 ədəd buxov odeyal, 30 manat dəyərində 1 ədəd pambıq yorğan, 250 manat dəyərində 1 ədəd samovar,150 manat dəyərində 1 ədəd böyük meyvə qabı, cəmi 170 manat dəyərində (80+50+40) 3 ədəd dəst, 225 manat dəyərində naha dəsti, cəmi 85 manat dəyərində (25+25+35) 3 dəst qədəh, 60 manat dəyərində boşqab dəsti (48 predmet), cəmi 300 manat dəyərində 4 ədəd qazan, 2 ədəd tava, çaydan-çaynik dəsti, 25 manat dəyərində 1 ədəd tor qabı, 15 manat dəyərində podnus dəsti, cəmi 29 manat dəyərində 7 ədəd plsastik ləyən, 20 manat dəyərində çəngəl dəsti (12 ədəd), cəmi 40 manat dəyərində qaşıq dəsti (12 ədəd çay qaşığı, 12 ədəd xörək qaşığı), 6 manat dəyərində abgərdən,30 manat dəyərində 3 ədəd əl-üz dəsmalı, 40 manat dəyərində 3 ədəd hamam dəsmalı, 35 manat dəyərində 1 ədəd gül qabı, 100 manat dəyərində 3 ədəd yataq dəsti, 40 manat dəyərində 2 ədəd tək adamlıq yataq dəsti, 20 manat dəyərində 12 ədəd stəkan, 25 manat dəyərində 6 ədəd armudu stəkan-nəlbəki, 12 manat dəyərində 6 ədəd qulplu stəkan, 35 manat dəyərində 2 ədəd yataq dəsti (prostina), 6 manat dəyərində 1 ədəd vanna, 3 manat dəyərində 1 ədəd avtafa, 30 manat dəyərində6 ədəd şirə qabı (qruşka),100 manat dəyərində qrafinka dəsti (əlavə 6 ədəd kiçik), 20 manat dəyərində 6 ədəd kasa (qaşıqları ilə birlikdə), 25 manat dəyərində 2 ədəd konfet qabı, 25 manat dəyərində 2 ədəd qənd qabı, 20 manat dəyərində 12 ədəd meyvə qabı (bıçağı ilə birlikdə), 2500 manat dəyərində mebel dəsti (taxt, termo, 2 tumba, dolab), 35 manat dəyərində 1 ədəd pərdə, 25 manat dəyərində 1 ədəd stolüstü süfrə, 40 manat dəyərində 1 ədəd süfrə (6 ədəd salfetkası ilə birlikdə), 300 manat dəyərində 1 ədəd böyük xalça, 13 qramlıq 585 əyar 1560 (bir min beş yüz altmış) manat dəyərində 1 ədəd qızıl boyunbağı, 6 qramlıq 585 əyar 720 (yeddi yüz iyirmi) manat dəyərində sadə qaşlı qızıl-üzük sırğa dəsti və 1,3 qramlıq 585 əyar 270 (iki yüz yetmiş) manat dəyərində 1 ədəd qızıl üzük naturada və yaxud dəyərinin alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Güstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki PRosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 80 manat dəyərində 1 ədəd iki nəfərlik taxt döşəyi, 70 manat dəyərində 1 ədəd iki nəfərli yorğan, 80 manat dəyərində 1 ədəd iki nəfərli balınc (qaz tükündən), 20 manat dəyərində 2 ədəd pambıq balınc, 70 mana dəyərində 1 ədəd buxov odeyal, 30 manat dəyərində 1 ədəd pambıq yorğan, 250 manat dəyərində 1 ədəd samovar,150 manat dəyərində 1 ədəd böyük meyvə qabı, cəmi 170 manat dəyərində (80+50+40) 3 ədəd dəst, 225 manat dəyərində naha dəsti, cəmi 85 manat dəyərində (25+25+35) 3 dəst qədəh, 60 manat dəyərində boşqab dəsti (48 predmet), cəmi 300 manat dəyərində 4 ədəd qazan, 2 ədəd tava, çaydan-çaynik dəsti, 25 manat dəyərində 1 ədəd tor qabı, 15 manat dəyərində podnus dəsti, cəmi 29 manat dəyərində 7 ədəd plsastik ləyən, 20 manat dəyərində çəngəl dəsti (12 ədəd), cəmi 40 manat dəyərində qaşıq dəsti (12 ədəd çay qaşığı, 12 ədəd xörək qaşığı), 6 manat dəyərində abgərdən,30 manat dəyərində 3 ədəd əl-üz dəsmalı, 40 manat dəyərində 3 ədəd hamam dəsmalı, 35 manat dəyərində 1 ədəd gül qabı, 100 manat dəyərində 3 ədəd yataq dəsti, 40 manat dəyərində 2 ədəd tək adamlıq yataq dəsti, 20 manat dəyərində 12 ədəd stəkan, 25 manat dəyərində 6 ədəd armudu stəkan-nəlbəki, 12 manat dəyərində 6 ədəd qulplu stəkan, 35 manat dəyərində 2 ədəd yataq dəsti (prostina), 6 manat dəyərində 1 ədəd vanna, 3 manat dəyərində 1 ədəd avtafa,30 manat dəyərində6 ədəd şirə qabı (qruşka),100 manat dəyərində qrafinka dəsti (əlavə 6 ədəd kiçik), 20 manat dəyərində 6 ədəd kasa (qaşıqları ilə birlikdə), 25 manat dəyərində 2 ədəd konfet qabı, 25 manat dəyərində 2 ədəd qənd qabı, 20 manat dəyərində 12 ədəd meyvə qabı (bıçağı ilə birlikdə), 2500 manat dəyərində mebel dəsti (taxt, termo, 2 tumba, dolab), 35 manat dəyərində 1 ədəd pərdə, 25 manat dəyərində 1 ədəd stolüstü süfrə, 40 manat dəyərində 1 ədəd süfrə (6 ədəd salfetkası ilə birlikdə), 300 manat dəyərində 1 ədəd böyük xalça, 13 qramlıq 585 əyar 1560 (bir min beş yüz altmış) manat dəyərində 1 ədəd qızıl boyunbağı, 6 qramlıq 585 əyar 720 (yeddi yüz iyirmi) manat dəyərində sadə qaşlı qızıl-üzük sırğa dəsti və 1,3 qramlıq 585 əyar 270 (iki yüz yetmiş) manat dəyərində 1 ədəd qızıl üzük naturada və ya həmin əşyaların dəyəri alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 94.4 (doxsan dörd manat qırx qəpik) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar