Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2386/2023 06.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, ərizənin və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Ərizəçi ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini nəzərdən keçirib hesab edirəm ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2386/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2386/2023
06.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver