Məhkəmə qərarları › İş №2(039)-24/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-24/2020

01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-24/2020 01.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəylər Bayram oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdeh X4 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X3 və X6 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh, Şeyda Gənçimovaya və Arif Muxtarova qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli, 115.LN.1605.140915.00001 saylı kredit müqaviləsi üzrə 5,161.59 ABŞ dolları əsas, 822.42 ABŞ dolları faiz borcunun və 529.94 ABŞ dolları cərimə borcun, cəmi 6,513.95 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdeh Şeyda Gənçimovaya məxsus Yevlax şəhəri, Cavanşir küçəsində, 0.05331 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdə və o, satıldıqda Şeyda Gənçimovanın və Arif Muxtarovun yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması, evə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx xxxxxxxx 2015-ci il tarixli, 115.LN.1605.140915.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh illik 24 faizlə 24 ay müddətinə 6,000 ABŞ dolları məbləğində kredit verilmişdir. Öhdəliklərin icrasının təmin edilməsi üçün iddiaçı Şeyda Gənçimova arasında xx xxxxxxxx 2015-ci il tarixli 115.CL.140915.00001/a saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqavilələrin şərtlərinə görə iddiaçıya Yevlax şəhəri, Cavanşir küçəsində, 0.05331 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində ipoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququnu vermişdir. İddiaçı ASC-nin nümayəndəsi Nazim Məmmədov iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Arif Muxtarov bildirmişdir ki, kredit müqaviləsi əsasında borc Cavabdeh tərəfindən götürülmüşdür. Lakin, Cavabdeh hazırda səhhəti ilə əlaqədar ödənişləri edə bilmir. Ona münasibətdə iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh və Şeyda Gənçimova iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, 115.LN.1605.140915.00001 saylı kredit müqaviləsi, İddiaçı ASCnin Yevlax filialı ilə Şeyda Gənçimova arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli 115.CL.140915.00001/a saylı sonrakı ipoteka müqaviləsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla, habelə maliyyə arayışı ilə təsdiq olunur ki, Cavabdeh illik 24 faizlə 24 ay müddətinə 6,000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kreditin təminatı olaraq Şeyda Gənçimova özünə məxsus Yevlax şəhəri, Cavanşir küçəsi, 20 saylı fərdi yaşayış evini Bank qarşısında ipoteka ilə yüklü etdirmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 319.1. Borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 34. ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması anında yarana bilər. Maddə 41. ipotekasaxlayanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti predmeti açıq bazarda satıla bilər. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdehin müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur və mülki qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımından iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Əsas və faiz borcunun düzgün hesablanmadığına dair cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Lakin, iddianın cərimə tələbi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd edilən cərimənin məbləği tənasübsüz surətdə yüksəkdir və həmin cərimə pulunun məbləği azaldılaraq 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bundan başqa qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə borc yarandığından tutma ipoteka predmeti olan həmin əmlaka yönəldilməli və ipoteka haqqında qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımından ipoteka predmeti açıq hərracdan satılmalı, satışdan sonra bir ay müddətində cavabdeh Şeyda Gənçimova həmin evi tərk etməzsə məcburi çıxarılmalıdır. İddianın bu hissəsi cavabdeh Arif Muxtarova münasibətdə təmin edilən bilməz. Belə ki, iddiaçı, həmin cavabdeh tərəfindən ipoteka predmeti satıldıqda onu tərk edəcəyi barədə onun notariat qaydasında təsdiq edilmiş ərizəsini təqdim etməmişdir. Məhkəmə xərcləri hissəsində iddia əsaslıdır və təmin edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı və cavabdehlər arasında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hər hansı mübahisə müəyyən edilmədiyindən və tərəflər ipoteka predmetinin hazırkı qiyməti ilə bağlı hər hansı sübut təqdim etmədiyindən ipoteka predmetinin dəyəri ipoteka müqaviləsinə qeyd edilmiş 26,388 manat məbləğində müəyyən edilməlidir. İddiada satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi qeyd edilsə də, məhkəmə hesab edir ki, vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə mülki prosessual və icra qanunvericiliyin tələblərinə uyğun icra edildiyindən bunun qətnamədə xüsusi qeyd edilməsinə zərurət yoxdur. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli, 115.LN.1605.140915.00001 saylı kredit müqaviləsi üzrə 5,161.59 ABŞ dolları əsas, 822.42 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 6,084.01 (altı min səksən dörd) ABŞ dolları 01 (bir) sent, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb ipoteka qoyulmuş, cavabdeh X2 mülkiyyətindəki Yevlax şəhəri, Cavanşir küçəsində, 0.05331 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evinə yönəldilərək həmin fərdi yaşayış evin açıq hərracdan satılmaqla satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC-yə ödənilsin. Yevlax şəhəri, Cavanşir küçəsində, 0.05331 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 26,388 (iyirmi altı min üç yüz səksən səkkiz) manat müəyyən edilsin. Yevlax şəhəri, Cavanşir küçəsində, 0.05331 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evi satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədiyi təqdirdə cavabdeh X5 həmin fərdi yaşayış sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar