Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-24/2022 19.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «əmlak və qızıl zinət əşyası» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı «əmlak və qızıl zinət əşyası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qiyməti 2107 manat olan Rusiya istehsallı, 583 əyyarlı, ümumi qızıl çəkisi 30.1 qram olan qızıldan hazırlanmış mafyoz sepin, qiyməti 1184 manat olan, Rusiya istehsallı, 583 əyyarlı, ümumi qızıl çəkisi 14.8 qram qızıldan hazırlanmış mafyoz qolbağını, qiyməti 2000 manat olan, Rusiya istehsallı, 583 əyyarlı, ümumi qızıl çıkisi 25 qram qızıldan hazırlanmış tros sepin, qiyməti 1349 manat olan, İtaliya istehsallı, 750 əyyarlı, ümumi qızıl çəkisi 14.2 qram qızıldan hazırlanmış tors qolbağını, qiyməti 389.50 manat olan İtaliya istehsallı, 750 əyyarlı, ümumi qızıl çəkisi 4.1 qram qızıldan hazırlanmış briliyant qaşdan ibarət nişan üzüyünü naturada əmlakın özünün və yaxud da dəyərinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 əsil İddiaçı ilə əvəz edilmişdir. İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, X2 anasının müalicəsi üçün pul lazım oldu. Cavabdehdən əvvəllərdə sələmə pul götürmüş və tanışdığı var idi. X5 özünə məxsus iddia ərizəsində qeyd olunan qızılları ona verdi o isə həmin qızılları cavabdehə girov verərək əvəzinə 2000 manat pul götürərək X2 vermişdir. Həmçinin borcla bağlı yazılı qəbz də vermişdir. 11 ay cavabdehə hər ay 300 manat pul vermişdir. Lakin sonradan Türkiyə Respublikasına getmiş və 3 ay pulu verməmişdir. Cavabdeh isə qızılları satmışdır. X5 cavabdehdən pulu verib qızılları götürmək istəsə də, cavabdeh ona qızılların satıldığını bilmirmişdir. Həmçinin məhkəməyə müraciət edərək, ondan 2000 manat pulun tutulması barədə qətnamə çxarılmasını xahiş etmiş, cavabdehin iddiası da təmin edilmişdir. Qızılları 2018-ci ilin sentyabr ayında cavabdehə vermişdir. Hazırda da qızılın qiyməti qalxdığından qızılın özünü və ya hazırki bazar qiymətini tələb edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izah etdi ki, Toğrul ondan borca 2000 manat pul almışdır. Həmin pula dair Toğrul ona yazılı qəbz vermişdir. Toğrul onun anasına 1 ədəd sep və 1 ədəd bilərzik verərək ondan da 2000 manat pul götürmüşdür. Həmin qızıllar da Toğrula qaytarılmışdır. O qızılların da bu işə aidiyyəti yoxdur. Qəbz əsasında verdiyi borc pulu da Toğrul ona qaytarmadığından məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən iddiası təmin edilmişdir. Ona qızıl verilməmişdir. Cavabdeh vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, iddiaçı cavabdehdən qəbz əsasında 2000 manat borc pul almışdır. Həmin pulu qaytarmadığından məhkəməyə müraciət olunmuş və iddia təmin edilmişdir. İddiaçı cavabdehə hər hansı qızıl verməmişdir. İddia əsassızdır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, 2018-ci ildə anası xəstə olduğu üçün ona təcili pul lazım oldu. Toğrul cavabdehdən pul götürərək ona verə biləcəyini bildirmişdir. Lakin Zəminə pulu girovsuz verməyəcəyini bildirmişdir. Buna görə özünə məxsus 5 adda qızıl əşyasını Toğrula verdi, Toğrul həmin qızılları girov olaraq Zəminəyə verərək və qəbz yazaraq 2000 manat pul alımış və ona vermişdir. 11 ay həmin pulun üstünü ödəmişlər. Lakin bir neçə ay pulun üstünü verə bilməmişlər. Latareya oynayaraq pul yığıb Zəminənin evinə getmiş və qızılını almaq istəmişdir. Zəminə ona qızılların satıldığını bildirmişdir. Həmçinin Toğrulu da məhkəməyə vermişir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, iddiaçı həm iş yoldaşı, həm də qohumu-dayısı oğludur. O Toğrulla bir kənddə yaşadığı üçün işə də birlikdə gəlib-gedirlər. Təxminən 2-3 il bundan əvvəl iş yoldaşı Səfanın anası xəstə olduğu üçün ona pul lazım olduğunu bildirdi. Toğrul sələm verən Zəmindən ona pul götürə biləcəyini bildirdi. Bir dəfə işdən çıxıb evə gedəndə Toğrul ona pul götürmək üçün Zəminənin evinə getməli olduğunu bildirmişdir. Həmin vaxt Toğrulda Səfanın qızılları var idi. Toğrul qızılları girov qoyaraq, qəbz yazdı və 2000 manat pul götürüb Səfaya verdi. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(039)-49/2021 saylı qətnaməsindən məlum olur ki, cavabdeh İddiaçı 2000 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mobil MMC-nin 06 dekabr 2021-ci il tarixli 265 saylı rəyindən məlum olur ki, mafiyoz sep – 30.1 qram çəkidə 583 əyyarlı Rusiya istahsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 80 manat olmaqla 30.1 qram çəkidə olan qızılın qiyməti 2408 manat; mafiyoz qolbağ – 14.8 qram çəkidə 583 əyyarlı Rusiya istahsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 80 manat olmaqla 14.8 qram çəkidə olan qızılın qiyməti 1184 manat, tros sep – 25 qram çəkidə 583 əyyarlı Rusiya istahsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 80 manat olmaqla 25 qram çəkidə olan qızılın qiyməti 2000 manat, tros qolbağ – 14.2 qram çəkidə 750 əyyarlı İtaliya istahsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 14.2 qram çəkidə olan qızılın qiyməti 1562 manat, briliyan qaşlı nişan üzüyü – 4.1 qram çəkidə 750 əyyarlı İtaliya istahsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 4.1 qram çəkidə olan qızılın qiyməti 451 manat dəyərində qiymətləndirlilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(039)-990/2021 saylı qərardadının surətindən məlum olur ki, İddiaçı Cavabdeh qarşı «əmlak və qızıl zinət əşyası» tələbinə dair mülki iş üzrə mütəxəssis rəyi alınması və qərardadın icrası Mobil MMC-nə həvalə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli 4/1191 saylı məlumatdan görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd üzərinə “Smit Finishing” sözləri yaşılmış fleş yaddaş kartında olan mübahisəli fonoqramadakı danışıqların tədqiq hissədə verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, X2 pul lazım olmuş və o özünə məxsus qızılları İddiaçı vermişdir ki, sonuncu həmin qızılları girov qoyaraq Cavabdeh pul alsın. İddiaçı həmin qızılları Cavabdeh girov qoyaraq ondan 2000 manat pul almış və pulun alınması ilə bağlı Cavabdeh yazılı qəbz də vermişdir. X1 Zəminə Mustafa qızının evinə gedərək, pulu verərək qızıllarını geri götürmək istəmişdir. Lakin Cavabdeh qızılların satıldığını bildirmişdir. Aralarında olan danışığı X5 lentə almışdır (danışığın səs yazmasını yazmışdır). Cavabdeh İddiaçı qarşı pul tələbinə dair məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə iddia təmin edilmişdir. X1 Zəminə Mustafa qızına «əmlak və qızıl zinət əşyası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiaçı X5 əsil iddiaçı olan İddiaçı ilə əvəz edilmişdir. İddiaçı qızılların cavabdehdə olmasının sübutu kimi cavabdehin səsinin yazılmasının olmasını bildirmişdir. Cavabdeh səsyazmada olan səsin ona məxsus olmamasını bildirmiş və məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ekspert səsin Cavabdeh məxsus olması barədə rəy vermişdir. Cavabdeh məhkəmə iclasında ona qızıl verilmədiyini bildirərək, həmin qızılların anasına verildiyi və müqabilində anasından 2000 manat borcun alındığını, onun tərəfindən İddiaçı pulun yazılı qəbz əsasında verildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, səsyazmada cavabdeh qızılların onun tərəfindən satıldığını bildirməsi qızılların İddiaçı tərəfindən ona verilməsini təsdiq edir. Həmçinin məhkəmə qeyd edir ki, qızılların cavabdehdə olması iddiaçı tərəfindən təqdim edilmiş səs yazma və ekspert rəyi ilə sübut olunur. Cavabdeh isə məhkəmə iclasında qızılların 5 ədəd yox 2 ədəd olmasını bildirsə də, məhkəmə hesab edir ki, həmin qızılların 2 ədəd olmasına dair sübut etmə yükü cavabdehin üzərinə düşür və buna dair cavabdeh məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh qiyməti 2107 manat olan Rusiya istehsallı, 583 əyyarlı, ümumi qızıl çəkisi 30.1 qram olan qızıldan hazırlanmış mafyoz sep, qiyməti 1184 manat olan, Rusiya istehsallı, 583 əyyarlı, ümumi qızıl çəkisi 14.8 qram qızıldan hazırlanmış mafyoz qolbağ, qiyməti 2000 manat olan, Rusiya istehsallı, 583 əyyarlı, ümumi qızıl çıkisi 25 qram qızıldan hazırlanmış tros sep, qiyməti 1349 manat olan, İtaliya istehsallı, 750 əyyarlı, ümumi qızıl çəkisi 14.2 qram qızıldan hazırlanmış tors qolbağ, qiyməti 389.50 manat olan İtaliya istehsallı, 750 əyyarlı, ümumi qızıl çəkisi 4.1 qram qızıldan hazırlanmış briliyant qaşdan ibarət nişan üzüyü həmin əmlak olmadıqda isə onun dəyəri alınaraq, İddiaçı xeyrinə verilməlidir. Cavabdeh 300 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, işə obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra, əldə edilən sübutlara hüquqi qiymət verərək iddiaçının iddia etdiyi tələblər üzrə nəticəyə gələrkən, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş, bilavasitəlik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 200-cü maddəsinə əsasən Şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Əgər belə razılıq olmazsa həmin sübutların elan və tədqiq edildiyi məhkəmə iclasları qapalı keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən Şəxsi məlumat xarakterli səsyazma və videoyazının səslənməsi, habelə onların tədqiqinə bu Məcəllənin 200-cü maddəsində təsbit olunan qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh qiyməti 2107 manat olan Rusiya istehsallı, 583 əyyarlı, ümumi qızıl çəkisi 30.1 qram olan qızıldan hazırlanmış mafyoz sep, qiyməti 1184 manat olan, Rusiya istehsallı, 583 əyyarlı, ümumi qızıl çəkisi 14.8 qram qızıldan hazırlanmış mafyoz qolbağ, qiyməti 2000 manat olan, Rusiya istehsallı, 583 əyyarlı, ümumi qızıl çıkisi 25 qram qızıldan hazırlanmış tros sep, qiyməti 1349 manat olan, İtaliya istehsallı, 750 əyyarlı, ümumi qızıl çəkisi 14.2 qram qızıldan hazırlanmış tors qolbağ, qiyməti 389.50 manat olan İtaliya istehsallı, 750 əyyarlı, ümumi qızıl çəkisi 4.1 qram qızıldan hazırlanmış briliyant qaşdan ibarət nişan üzüyü həmin əmlak olmadıqda isə onun dəyəri alınaraq, İddiaçı xeyrinə verilsin. Cavabdeh 300 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-24/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-24/2022
19.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver