Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2422/2025 11.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşları X10 11 aprel 1965-ci ildə, X6 16 fevral 1974-cü ildə və mərhum bacısı X5 05 yanvar 1966-cı ildə Yevlax şəhərində vəfat etmələri faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında göstərmişdir ki, mərhum qardaşı X18 11 aprel 1965-ci ildə, mərhum bacısı X11 05 yanvar 1966-cı ildə, mərhum qardaşı X15 16 fevral 1974-cü ildə Yevlax şəhərində yaşadıqları evdə xəstəlikdən vəfat etmişlər və Yevlax rayonu Yuxarı Qarxun kənd qəbristanlığında dəfn edilmişlər. Mərhum qardaşları X10, X6 və mərhum bacısı X5 ölümü qeydiyyat orqanında qeyd edilməmişdir. Hazırda atasından miras qalmış əmlaka vərəsəlik işi açılması zərurəti ilə əlaqədar olaraq mərhum qardaşlarının və mərhum bacısının ölüm haqqında şəhadətnamələri tələb olunur. Bu barədə Maraqlı şəxsnə müraciət etmişdir, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməyi bildirmişlər. Ona görə də şəxslərin vəfat etmələri faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsnə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Marqlı şəxs Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun əmisi nəvəsidir. Uşaqlıqda ərizəçinin valideynləri ilə qonşu olmuşdur. 1964-1965-ci illərdə qonşuda uşaq ölümü ilə əlaqədar yaş mərasiminin olduğunu və 1974-cü ildə qonşuda yaş mərasimini olduğunu xatırlayır. 1974cü ildə hərbi xidmətdən gələmişdir və yaş mərasimində iştirak etmişdir. Əmisi nəvəsinin üçü də xəstəlikdən ölmüşdür. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun dayısı oğludur. Ərizəçinin qardaş və bacılarından üçü 1965-ci, 1966-cı və 1974-cü illərdə vəfat etmişlər. 1966-cı ildə o əsgərliyə getmişdir yaş mərasimləri də həmin illərdə olmuşdur. 1974-cü ildə onun öladı da ölmüşdür. Bu səbəbdən dayısı uşaqlarının vəfat etməsi yadında qalmışdır. Yaş mərasimlərində iştirak etmişdir. İşdə olan Yevlax şəhər VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1970-ci ildə doğulmuşdur, atası X19, anası X1r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X14 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və arvadı X3 (xx.xx.1939), X7 (xx.xx.1961), X20 (xx.xx.1963), X18 (xx.xx.1964), X11 (xx.xx.1965), X16 (xx.xx.1968), Ərizəçi (xx.xx.1970), X15 (xx.xx.1973), X8 (xx.xx.1976) ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir. İşdə olan 33 saylı Evlər Komitəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum qardaşları İlham İsayev, Nizami İsayev və mərhum bacısı Pərvanə İsayeva vəfat etmişlər və Yevlax rayonu Yuxarı Qarxun kənd qəbirstanlığında dəfn edilmişlər. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X10, X6 və X5 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X25 «Yevlax rayon Mərkəzi Xəstəxanası» X25 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X5, X10, X6 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin xx.xx.1964-cü il təvəllüdlü qardaşı X18 11 aprel 1965-ci il tarixdə, xx.xx.1965-ci il təvəllüdlü bacısı X11 05 yanvar 1966-cı il tarixdə və xx.xx.1973-cü il təvəllüdlü qardaşı X15 16 fevral 1974-cü il tarixdə Yevlax rayonunda xəstəlik səbəbindən vəfat etmişlər və Yevlax rayonunun Yuxarı Qarxun kənd qəbirstanlığında dəfn edilmişlər. Müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ərzəçiyə mərhum bacı və qardaşlarına ölüm haqqında şəhadətnamə almaq üçün zəruridir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X10 11 aprel 1965-ci il tarixdə, xx.xx.1965-ci il təvəllüdlü X5 05 yanvar 1966-cı il tarixdə və xx.xx.1973-cü il təvəllüdlü X6 16 fevral 1974-cü il tarixdə xəstəlik səbəbindən Yevlax rayonunda vəfat etmələri faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2422/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2422/2025
11.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver