Məhkəmə qərarları › İş №2(039)-245/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-245/2020

21.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-245/2020 21.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm haqqında akt qeydinə düzəliş edilməsi” barədə ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qeyd etməklə “ölüm haqqında akt qeydinə düzəliş edilməsi” barədə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X1 ölüm haqqında şəhadətnaməsində məhrum atasının ölüm tarixinin xx.xx.2017-ci il deyil, xx.xx.2012-ci il olaraq qeyd edilməsi və bu barədə düzəliş edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, mərhum atası X1 ölüm haqqında şəhadətnaməsində ölüm tarixi xx.xx.2017-ci il kimi qeyd edilmişdir. Halbuki, faktiki olaraq atası xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Bu hal atasına məxsus qəbir daşında da əks olunmuşdur. Lakin hal-hazırda məhrum atasının ölümü haqqında şəhadətnaməsində onun ölüm tarixinin xx.xx.2017-ci il kimi yazılması səbəbindən onların müəyyən sənədləşmə işləri ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Mərhum atası X1 məxsus ölüm haqqında şəhadətnaməsində qeyd olunmuş səhvin düzəldilməsi zərurəti yaranmışdır. Bu səbəbdən ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin mərhum atası X1 ölüm haqqında şəhadətnaməsində ölüm tarixinə düzəliş üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlmədiyindən və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiyindən, məhkəmə ərizəyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2019-ci il tarixli 3891 saylı məktubdan müəyyən olunur ki, Maraqlı şəxs tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş 58 saylı ölüm akt qeydi nəzərdən keçirilərkən məhrumun ölüm tarixi “xx.xx.2012” kimi deyil, “xx.xx.2017” kimi qeyd olunduğu müəyyən edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 928828 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X2xx.xx.2017-ci il tarixdə Yevlax şəhərində vəfat etmişdir. İş materiallarında olan Yevlax şəhəri 2 saylı Mənzil-Təmir- İstismar sahəsinin xx.xx.2019-cu il tarixli, 587 saylı arayışdan görünür ki, X2 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, X2 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Ərizəçi, atası Sahib Məmmədovun xx.xx.2012-ci il tarixdə vəfat etməsi ilə bağlı rəsmi dövlət orqanlarına məlumat verməməklə, saxta sənədlərdən istifadə etməklə dələduzluq etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçi qanunvericiliyin qeyd olunan göstərişlərinə istinad edərək xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 ölüm haqqında akt qeydinə düzəliş edilərək ölüm tarixi xx.xx.2012-ci il kimi qeyd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 ölüm haqqında akt qeydinə düzəliş edilərək, ölüm tarixi xx.xx.2012-ci il kimi qeyd edilsin. Qətnamə düzəlişin edilməsi və yeni ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar